Məhkəmə qərarları › İş №3(001)-2141/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2141/2020

24.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2141/2020 24.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru, polis mayoru x2, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxs x3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru, polis mayoru x6 tərəfindən Şəxs barəsində xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola baxılması üçün iş materialları ilə birlikdə aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru, polis mayoru x6 izahat verərək bildirmişdir ki, x1 RPİ-nin 7-ci PB-nə müraciət edərək ona məxsus, 200 (iki yüz) manat nağd pul və 77 (yetmiş yeddi) manat dəyərində elektrik malları tanımadığı şəxs tərəfindən etibarından suiistifadə edilərək dələduzluq yolu ilə ələ keçirilməsini bildirmişdir. Həmin müraciət əsasında Binəqədi RPİ-nin 7-ci PB-də araşdırılma aparılmış və araşdırma nəticəsində xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanılması rədd edilmişdir x3 etibarından sui-istifadə edərək 200 (iki yüz) manat nağd pulunu və 77 (yetmiş yeddi) manat dəyərində elektrik mallarını ələ keçirməkdə şübhəli bilinən Şəxs saxlanılaraq Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilmişdir. Bölmədə Şəxs izahatı alınmış, izahat verərkən törətdiyi əməli etiraf etmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmədən x7 barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, xx.xx.2020-ci il tarixdə Nəsimi rayonu ərazisində yerləşən Təzə bazarda olan zaman x3 işlətdiyi elektrik malları mağazası üzərindən mobil nömrəni götürmüş, xx.xx.2020-ci il tarixdə x3 nömrəsinə zəng edərək ona elektrik malları lazım olduğunu bildirmişdir. x4 bir neçə elektrik malının adını deyib həmin malları hazırlamağını və bir neçə dəqiqədən sonra xalası oğlunun həmin malları gəlib aparacağını demişdir. Həmçinin 9-cu mikrorayonda mənzillərdən birində seyf satıldığını və həmin seyfə görə 200 (iki yüz) manat verməli olduğunu, xalası oğlunda pul olmadığından, xalası oğlu ilə birlikdə kiminsə gəlməyini və həmin seyfə görə 200 (iki yüz) manat xalası oğluna verməyini bildirmişdir. Sonra seyfi həmin ünvandan götürüb onun olduğu yerə çatdırdıqda, elektrik mallarına görə 77 (yetmiş yeddi) manat və seyfə görə 200 (iki yüz) manatı xalası oğlu ilə gələcək adama ödəyəcəyini bildirmişdir. Bundan sonra özü Təzə bazarda yerləşən x3 mağazasına gələrək özünü müştərinin xalası oğlu kimi təqdim etmiş və qabaqcadan sifariş verdiyi malları icarəyə götürdüyü avtomaşına yükləmişlər. Orada satıcı işləyən şəxs aldığı elektrik mallarının pulunu götürmək üçün onunla birlikdə gəlmişdir. O, oradan həmin satıcı ilə birlikdə Binəqədi rayonu, 9-cu mkr, M.Cəlal küçəsində yerləşən 9-mərtəbəlı binaların yanına gəlmiş, seyf almaq üçün guya xalası oğlunun dediyi 200 (iki yüz) manat pulu onunla birlikdə gələn satıcıdan götürmüşdür. Sonra onunla birlikdə gələn satıcıya seyfin açarının binanın arxasında komendantda olduğunu və ayağı ağradığı üçün gedib komendantdan götürməsini xahiş etmişdir. Həmin şəxs maşından düşüb binanın arxa tərəfinə keçdikdə, o oradan uzaqlaşmışdır. Aldığı elektrik mallarını zibilliyə atmış, 200 (iki yüz) manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. xx xxxx 2020-ci il tarixdə o, saxlanılaraq polis bölməsinə gətirilmiş və barəsində İXM-in 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. O, maddi imkanı olmadığı üçün bu əməli törətmişdir. Hazırda əməlindən peşmandır, həmçinin zərərçəkmiş şəxs x7 ilə barışıq əldə etmiş və dəymiş zərəri ödəmişdir. Ona görə də, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs x7 izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə səhər saatlarında tanımadığı şəxs ona zəng edərək etibarından istifadə edib, 200 (iki yüz) manat pulunu və icarəyə işlətdiyi elektrik malları mağazasından 77 (yetmiş yeddi) manat dəyərində elektrik əşyalarını dələduzluq yolu ilə ələ keçirmişdir. Hazırda ona qarşı dələduzluq etmiş şəxs Şəxs ilə barışmış və ona dəymiş zərər ödənilmişdir. Ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Şəxs hazırda inzibati qaydada məsuliyyətə cəlb oluna bilməz. Belə ki, İ Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətsə belə qanunvericiliyin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışdığından barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Ona görə də, məhkəmədən Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, x3 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-nin 7-ci PB-nə göndərilməsi qərara alınmışdır. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı x4 məxsus 200 (iki yüz) manat nağd pul və 77 (yetmiş yeddi) manat dəyərində elektrik əşyalarının dələduzluq yolu ilə ələ keçirilməsi nəticəsində ona ümumilikdə 277 (iki yüz yetmiş yeddi) manat məbləğində maddi ziyan dəymişdir. xx xxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 20:30-da inzibati qaydada tutulmuş və xx xxxx 2020ci il tarixdə, saat 13:10-da azad edilmişdir. Şəxs barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. x3 ərizəsindən görünür ki, Şəxs tərəfindən dəymiş ziyan ödənilmiş və sonuncudan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şəxs dələləduzluq əməli nəticəsində x4 277 (iki yüz yetmiş yeddi) manat məbləğində maddi ziyan dəyməsi, həmin halın izahatlar və iş materiallarında olan sübutlarla öz təsdiqini tapması və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi müəyyən edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 227-ci maddəsinin tərkib əlamətləri olsa da, həmin Məcəllənin 53.0.10-cu maddəsinə əsasən Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. İXM-in 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərinə əsasən inzibati iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara və qanunun tələblərinə əsasən məhkəmə hesab edir ki, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 39, 40, 43, 48-53, 61, 105, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar