Məhkəmə qərarları › İş №3(001)-2142/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2142/2020

24.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2142/2020 24.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Binəqədi rayon prokurorluğunun nümayəndəsi X2, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin sahə inspektoru, polis mayoru X4, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Biləsuvar rayonu, Ovçubərə kəndindədoğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Biləsuvar rayonu, Ovçubərə kəndində qeydiyyatda olan, Binəqədi rayonu, DSK yolu adlanan ərazidə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 211.1-ci maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsinin 43cü PB-dən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə baxılması üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 211.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 16:05 radələrində xüsusi karantin qaydalarını pozmuş, intizama dəvət olunsa da polis əməkdaşının tələblərinə tabe olmamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 və 211.1-ci maddələrində nəzərdə tutulmuş izibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin sahə inspektoru, polis mayoru X7 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 16:05 radələrində 19 saylı piyada marşurutunda Binəqədi Mərkəzdə xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar yoxlamalar aparılan zaman vətəndaşları yoxlayan zaman 1 nəfər şəxsə yaxınlaşaraq özlərini təqdim edərək özünü təqdim etməsini və yaşayış yerini tərk etməsi üçün lazımi icazəsinin olub-olmamasını soruşduqda, həmin şəxs onların ünvanına nalayiq ifadələr işlədərək uzaqlaşmağa başlamış, onlar təkrarən həmin şəxsə yaxınlaşaraq tabe olmasını xahiş etsələr də, bu o, onlara yenə nalayiq ifadə işlədərək fiziki güc tətbiq edərək əl-qol hərəkətləri etmişdir. Onlar, həmin şəxsə fiziki qüvvə tətbiq edərək 43-cü PB-nə gətirə bilmişlər. Bölmədə həmin şəxsin Biləsuvar rayonu, Ovçubərə kənd sakini Şəxs olduğu müəyyən olunmuşdur. Göstərilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, həqiqətən xx.xx.2020-ci il tarixdə saat təxminən 16:05 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsi mərkəzdə Xırdalan şəhərinə işdən pul almaq məqsədilə gedərkən yolda yoxlama zamanı polis işçiləri onu saxlamış, onun üzərində maska olmadığından və cərimə olacağından qorxaraq qaçmağa başlamış, lakin polis işçiləri onu saxlayıb 43-cü Polis Bölməsinə aparmışlar. Polis Bölməsində onun izahatı alınmış, hüquqları izah olunmuşdur. O, özünü inzibati xətanı törətməkdə təqsirli bildiyini, səmimi peşmanlıq hissi keçirdiyini bildirərək məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Müdafiəçi Vəkil Şəxs səmimi etirafı və peşmanlıq hislərinin nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Binəqədi rayon Prokurorluğunun nümayəndəsi X1 Şəhriyar Bilal oğlu barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2020-ci il tarixli raportdan, həmçinin MN № 0669000-2996 saylı və MN № 0698029-2997 saylı inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx xxxx 2020-cı il tarixdə Binəqədi rayonu Binəqədi qəsəbəsi Mərkəzdə xüsusi karantin rejimi qaydalarını pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş AZA № 000566 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 211.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə inzibati xətalarıın xarakterini nəzərə alaraq inzibati xəta törədən şəxs Şəxs barəsində daha ciddi xətaya görə, yəni Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 211.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib Məcəllənin 34.3cü maddəsinə əsasən 211.1-ci maddəsi ilə 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar