Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2145/2020 24.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, Şikayət vermiş şəxs x1 Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru, polis kiçik serjantı x3 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına x1 Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru, polis kiçik serjantı x3 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət daxil olmuşdur. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, x2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, x2 tərəfindən Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru, polis kiçik serjantı x3 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş eyni məzmunlu şikayət xx xxxx 2020-ci il tarixdə 3(001)-1868/2020 nömrəsi altında məhkəmənin icraatına qəbul edilmiş və həmin şikayət üzrə işin baxılması xx.xx.2020-ci il tarixə saat 11:15-ə təyin edilərək proses iştirakçılarına rəsmi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Ona görə də, hesab edirəm ki, məhkəmənin icraatında Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru, polis kiçik serjantı x3 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətçi x2 tərəfindən eyni məzmunlu iki şikayət ərizəsi olduğundan və hazırkı işin məhkəmə baxışına təyin edilib baxılması mümkün olmadığından x1 Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru, polis kiçik serjantı x3 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: x1 Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru, polis kiçik serjantı x3 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-2145/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2145/2020
24.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver