Məhkəmə qərarları › İş №3(001)-2148/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2148/2020

05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2148/2020 05.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Dövlət X9 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən X2 Bakı şəhər Dövlət X9 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsi aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. X4 ərizə ilə müraciət edərək, Bakı şəhər Dövlət X9 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhər Dövlət X7 inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bakı şəhər Dövlət X6 nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Bakı şəhər Dövlət X6 nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Şikayət onunla əsalandırılmışdır ki, “Mercedes Bens C230” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsüdür. xx.xx.2020-ci il tarixdə saat 18:05 radələrində idarə etdiyi avtomobil ilə yol-nəqliyyat hadisəsi baş vermiş və Bakı şəhəri DYPİ-nin əməkdaşı polis katitanı X1 tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Həmin protokolla razı deyildir. xx.xx.2020-ci il tarixdə saat 18:05 radələrində “Renault” markalı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yolun sol hərəkət zolağı ilə hərəkətdə olan (sxem 1 avtomobil) zaman məcburi dayanma əsasları olmadan və arxadan gələn nəqliyyat vasitələrini nəzərə almadan qəflətən tormozdan istifadə etmiş, nəticədə arxada hərəkətdə olan nəqliyyat vasitərləri ilə (sxem cədvəli 2 və 3 avtomobil) toqquşaraq zəncirvari yol nəqliyyat hadisənin baş verməsinə səbəb olmuşdur. Hadisədən sonra DYP əməkdaşları oraya gəlmiş və heç bir tədbir görməmişlər. Daha sonra X1 hadisə yerinə gəlmiş nəqliyyat vasitələrinin və sürücülərin sənədlərini toplayaraq xx.xx.2020-ci il tarixdə Bakı şəhəri DYPİ-də olmağımızı bildirmişdir. Lakin hadisə yerinə gələn polis əməkdaşları hadisə yerində heç bir araşdırma aparmamışdırlar. Protokol xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixi ilə tərtib olunmuş təqdim olunmuşdur. Birinci nəqliyyat vasitəsi (sxem üzrə) qəflətən tormozlamadan istifadə etmiş, ikinci nəqliyyat vasitəsi birinci nəqliyyat vasitəsinə dəymiş və sxem üzrə üçüncü nəqliyyat vasitəsi ikinci nəqliyyat vasitəsinə dəymişdir. Lakin müstəntiq tərəfindən üçüncü nəqliyyat vasitəsinin ikinci nəqliyyat vasitəsinə dəyməsi nəticəsində ikinci nəqliyyat vasitəsinin birinci nəqliyyat vasitəsinə dəymiş kimi qeydə almış və ara məsafə saxlamadığını bildirərək onu günahlandırmışdır. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa əsasən məcburi dayanmanın əsasları (texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır;) göstərilmişdir. "Renault" Markalı avtomobil (sxem 1 avtomobil) qeyd olunan əsaslar olmadan və həmin qanunun 50-ci maddəsinin 5-ci bəndinin 3 hissəsi ilə yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, nəqliyyat vasitəsini sərt tormozlamaq qadağan olunmasına baxmayaraq qanunvericiliyini tələblərini pozaraq yolun sol hərəkət hissəsində hərəkətdə olarkən arxadan gələn nəqliyyat vasitələrini nəzərə almamış qəflətən sərt tormozlamadan istifadə edərək "qəsdən" qəza şəraiti yaratmış, nəticə də qəza baş vermişdir. İXM-in 13-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Qeyd olunan maddənin şərhindən görünür ki, hər bir sürücü yol hərəkəti qanunvericiliyinə əməl etməli, yolun sol hərəkət hissəsində məcburi dayanma olmadan qəflətən tormozlamadan istifadə etməməyi, həmçinin sürücü yolun hərəkət hissəsində manevr edərkən qanunvericiliyə uyğun hərəkət etmə qaydalarını bilməli və riayət etməli olduğu halda bunları etməməsi inzibati xətanı qəsdən törətmiş hesab olunur. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. İnzibati Xətalar Məcəlləsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin qanunvericiliyə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Qeyd olunduğu kimi DYP-nin əməkdaşı X1 xx.xx.2020-ci il tarixdə hadisə yerinə gəlmişdir. Heç bir araşdırma aparmadan bizim sənədlərini almış və xx.xx.2020-ci il tarixdə DYP-də olmasını bildirmişdir. xx.xx.2020-ci il tarixdə protokol tərtib olunmuş, lakin protokolun tarixi xx.xx.2020-ci il tarixli olmuşdur. Bunun özü qanun pozuntusudur. Qanuncericiliyin tələblərinə əsasən protokol dərhal tərtib olunmalı və ya xüsusi araşdırma tələb olunan hallarda isə 2 gün müddətində tərtib edilməlidir. Protokol tərtib edirlərkən tərtib edildiyi günün tarixi yazılmalı və tərəflərə təqdim olunmalıdır. Baş vermiş hadisə ilə bağlı əlavə araşdırma tələb olunan hissəsi hadisə yerində olan kameralara baxmaqdır. xx.xx.2020-ci il tarixdə video görüntülərə baxmağı tələb etsə də həmin görüntülər ona göstərilməmişdir. Bundan əlavə sənədlərlə tanış olmaq hüquqları da pozulmuşdur. Digər sürücülərə hər hansı bir protokolun tərtib olunub-olunmamasından heç bir məlumatı yoxdur. Lakin həmin videolar digər sürücülərə göstərilmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən inzibati tənbeh edilməsinə dair Bakı şəhər Dövlət X9 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhər Dövlət X9 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində inzibati tənbeh olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhər Dövlət X9 tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Çünki, şikayət vermiş şəxs tərəfindən qeyd edilmişdir ki, onun əməlinə araşdırma zamanı düzgün qiymət verilməmiş, iş materialları ilə tanış olmasına şərait yaradılmamış və hadisəni əks etdirən videogörüntüyə baxmaq imkanı məhdudlaşdırılmışdır. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən X3 iş materialları ilə lazımi qaydada tanış etməmiş və hadisənin görüntülərini əks etdirən videogörüntülərlə tanış edilməmiş, bir sözlə səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə məhkəmə, şikayətçi X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X4 inzibati tənbeh olunmasına dair Bakı şəhər Dövlət X9 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 inzibati tənbeh olunmasına dair Bakı şəhər Dövlət X9 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X7 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar