Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2149/2020 24.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qarayev Rövşən İntiqam oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı- X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Qazax rayonu, Qırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən,ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs müayinə aparılması üçün müvafiq Narkoloji Mərkəzə göndərilmiş və həmin Mərkəzin “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 1/3890 saylı, xx xxxx 2020-ci il tarixli tibbi müayinə protokoluna əsasən sidiyində psixotrop maddə olan opi qrupu preparat (metanfetamin) aşkar edilmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı- X2 tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx xxxx 2020-ci il tarixli MN seriyalı, ******* saylı protokol tərtib edilmiş və inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx xxxx 2020-ci il tarixdə gündüz saatlarında işlə bağlı evdən çıxıb Binəqədi Mərkəz adlanan yerə gəlmişdir.Orada bir nəfər tanımadığı şəxsə yaxınlaşaraq ondan hər-hansı iş tapıb işləməyin mümkün olub olmadığını soruşmuş həmin şəxs isə cavabında bir iş tapacağını söyləmişdir.Söhbət əsnasında ona “kakos” adlı maddə təklif etmişdir. O da təklifi qəbul etmiş və həmin maddəni çəkərək istifadə etmişdir. xx xxxx 2020-ci il tarixdə 03:00 radələrində Binəqədi mərkəz adlanan yerdə Polis əməkdaşları ona yaxınlaşaraqq özlərini təqdim etdikdən sonra ondan şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd təqdim etməsini tələb etmişlər. Üzərində heç bir sənəd olmadığına görə polis əməkdaşları onu Binəqədi RPİ-nin 4-cü PBə gətirmişlər.Müayinə aparılması üçün müvafiq Narkoloji Mərkəzə göndərilmiş və həmin Mərkəzin “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 1/3890 saylı, xx xxxx 2020-ci il tarixli tibbi müayinə protokoluna əsasən sidiyində psixotrop maddə olan opi preparat (metanfetamin) aşkar edilmişdir. Əməlindən səmimi peşmandır. Yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı- X2 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Binəqədi rayonu ərazisində narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir.Müayinə aparılması üçün müvafiq Narkoloji Mərkəzə göndərilmiş və həmin Mərkəzin “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 1/3890 saylı, xx xxxx 2020-ci il tarixli tibbi müayinə protokoluna əsasən sidiyində psixotrop maddı olan opi preparat (metanfetamin) aşkar edilmişdir. Buna görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 1/3890 saylı, xx xxxx 2020-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində psixotrop maddə olan opi preparat (metanfetamin) aşkar edilmişdir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”larına əsasən metanfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddədir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında tam sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-cü fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbyacan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, onun məsuliyyətini yüngülləşdirən hal hesab edilir. Məhkəmə Şəxs Azərbyacan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olan tənbehin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində göstərilmiş cərimə növündə tənbeh təyin edilməlidir. İşdə olan AZA seriyalı, 000472 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə tutulmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə iclas zalında inzibati qaydada tutmadan dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-2149/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2149/2020
24.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver