Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2151/2021 31.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu, X9 oğlunun iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, Müdafiəçi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Protokolu tərtib etmiş orqan Binəqədi rayon icra şöbəsinin icra məmuru X4, X1 iştirakı ilə xx.xx.1986-cı il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, hal-hazırda subay, himayəsində 1 azyaşlı övladı olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Binəqədi rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 31 may 2021-ci il tarixli, MN № ******* saylı protokola əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-380/2019 saylı, 20.06.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-380/2019 saylı, 20 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdeh Şəxs iddiaçı X2 xeyrinə 3 402 manat pul tutulması qət edilmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – (borclu) Şəxs bildirdi ki, maddi vəziyyəti ağır olduğuna və hal-hazırda rəsmi olaraq daimi gəliri olmadığına, himayəsində 1(bir) azyaşlı övladının olmasına görə məhkəmə qərarını icra edə bilmir.Buna görə də, məhkəmədən ailə və maddi vəziyyətini nəzərə alaraq ona inzibati qaydada yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil oğlu bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin maddi vəziyyəti ağır olduğuna və hal-hazırda rəsmi olaraq daimi gəliri olmadığına, himayəsində 1(bir) azyaşlı övladının olmasına görə məhkəmə qərarını icra edə bilmir.Buna görə də, məhkəmədən ailə və maddi vəziyyətini nəzərə alaraq ona inzibati qaydada yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən tələbkar X5 borclunun maddi imkanı olduğu halda uzun müddət icra sənədini icra etmədiyini nəzərə alaraq borclu Şəxs ciddi şəkildə cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra şöbəsinin icra məmuru X7 üzün müddət ərzində borclu icra sənədi üzrə borcunu ödəmədiyini və bunun nəticəsində tələbkarın çoxsaylı şikayətlər etdiyini və protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə (borclunu) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, müdafiəçini, tələbkarı, icra məmurunun çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Beləki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Hesab edirəm ki, icra sənədini üzürsüz səbəbdən uzun müddət icra olunmadığından və icra sənədinin icra edilməməsində Şəxs oğlunun təqsiri sübuta yetirildiyindən, o, inzibati qaydada cəzalandırılmalı və Şəxs oğlunun şəxsiyyəti, təqsirini etiraf etməsi, gələcəkdə icra sənədini icra etməyə söz verməsini, himayəsində 1 (bir) azyaşlı övladının olmasını nəzərə alınaraq o, inzibati qaydada cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin 500 (beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2151/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2151/2021
31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver