Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2152/2023 26.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, X1 barəsində qəbul edilmiş protokolun ləğv edilməsi barədə verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına X3 tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə verdiyi şikayət daxil olmuşdur. X3 şikayət ərizəsində göstəmişdir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti 18 aprel 2023-cü ildə nömrəsi 02/qd olan qərardadı saxta sübutlar əsasında qəbul etmişdir. Belə ki, Türkiyə Respublikası vətəndaşı olan Ramazan Ceylan 2 saatlığa onun icarəsində olan “İnsta” kafesində Türk milli yeməyi olan bəzi kababların hazırlanmasını onlara öyrətməyə gəlmişdir. Həmin vaxtda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları onun icarəsində olan kafeyə gələrək inzibati xəta protokolu tətbiq etmişlər. Artıq onlara məlum olmuşdur ki, Türkiyə Respublikası vətəndaşı olan Ramazan Ceylan “İnsta kafesinə" gəldikdən 10-15 dəqiqə sonra Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları da gəldilər və inzibati xəta haqqında protokol tətbiq edirlər. Çox maraqlıdır ki, Türkiyə Respublikası vətəndaşı olan Ramazan Ceylan əvvəl gəlir sonra isə inzibati xəta haqqında protokol tətbiq edən şəxslər gəlir və oyunu planlayan xidmətin əməkdaşları niyə və nəyə görə vəzifələrindən sui istifadə etməklə qərəzli protokol tətbiq edirlər. Ancaq niyə və nəyə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti əməkdaşları öz müxbirləri vasitəsilə plan qurur, öncədən Türkiyə Respublikası vətəndaşı olan Ramazan Ceylan gəlir və ondan 10-15 dəqiqə sonra özləri gələrək inzibati xəta haqqında protokol onun məhvi deməkdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində qeyd olunur ki, Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddənin 4-cü bəndində qeyd olunur ki, Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsində qeyd olunur ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 127.2-ci maddəsində qeyd olunur ki, Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsində qeyd olunur ki, İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsində qeyd olunur ki, İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126,128,129-cu maddələrini rəhbər tutaraq məhkəmədən onların barəsində qanunsuz tətbiq olunan İnzibati xəta protokolunun ləğv olunması barədə qərar qəbul etməklə öncədən qəbul olunmuş qərardadın ləğvinə günahsız olduqları barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti nəzərdən keçirərək hesab edirəm ki, X3 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsində inzibati xətanın hansı ünvanda törədilməsi, şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin hansı maddəsi ilə protokol və ya qərar tərtib edilməsi göstərilməmiş, şikayət ərizəsinə şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın surəti əlavə edilməmişdir. Bundan başqa şikayət ərizəsində inzibati xətanın xx.xx.2023-cü il tarixdə törədilməsi göstərilsə də, şikayət ərizəsində şikayətin tərtib edilmə tarixi və barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın alınma tarixi göstərilməmişdir. Lakin şikayətin göndərilməsi barədə zərfin üzərindəki poçt ştampından müəyyən edilir ki, həmin ərizə xx.xx.2023-cü il tarixdə poçta təqdim edilmiş, xx.xx.2023-cü il tarixdə isə məhkəməyə daxil olmuşdur. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarında qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə biləcəyi, habelə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edildiyi göstərilmişdir. Göründüyü kimi, qanunvericilik səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət vermə qaydasını fiziki şəxsə münasibətdə fiziki şəxsin yaşayış yeri, hüquqi şəxsə münasibətdə isə hüquqi şəxsin ünvanının olduğu yer üzrə müəyyən etsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydalara əsasən veriləməlidir. Bundan başqa İXM-nin 130.1-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1– 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İXM-nin 130.2-ci maddəsinə əsasən həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd edilən qanunvericiliyin normalarından göründüyü kimi, barəsində inzibati xəta haqqında tənbeh edilmiş şəxs protokoldan deyil, qərardan şikayət verə bilər. Lakin təqdim edilmiş şikayətə şəxsin barəsində inzibati tənbeh tətbiq etmə barədə qərarın surəti əlavə edilməmiş, şikayət ərizəsində də belə bir qərar barəsində hər hansı məlumat (qərarın qəbul edilmə tarixi, seriyası və nömrəsi, həmin qərarın rəsmi qaydada təqdim edilmə tarixi) göstərilməmişdir. Eyni zamanda şikayət ərizəsindən həmin inzati xətanın hansı ünvanda törədilməsi göstərilmədiyindən şikayətə baxılmasının hansı rayon məhkəməsinin səlahiyyətinə aid olmasını da müəyyən etmək mümkün deyildir. Çünki inzibati xəta Binəqədi rayonunun inzibati ərazi dairəsində törədilməmişdirsə, şikayət vermiş şəxsin ünvanı ünvan 2ərardan şikayətə baxılması da Binəqədi Rayon Məhkəməsinin səlahiyyətinə aid olmayacaqdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin hüquqi ünvanının Binəqədi rayonu ərazisində olması, həmin xidmət tərəfindən qəbul edilmiş qərardan verilmiş şikayətin məhkəmə aidiyyatının Binəqədi Rayon Məhkəməsi olması mənasına gəlmir. Azərbaycan Respublikasının İXM-nin 106.0.1-ci maddəsinin tələbinə görə hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını həll etməlidir. Lakin hazırkı şikayət ərizəsi ilə bunu müəyyən etmək mümkün deyildir. Odur ki, qeyd olunanlara əsasən X2 şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Qərardadda göstərilən çatışmazlıqlar aradan qaldırılmaqla X3 İXM-nin 130-cü maddəsinin tələblərinə riayət etməklə yenidən aidiyyəti üzrə səlahiyyətli məhkəməyə şikayət verə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X6 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X2 inzibati xəta protokolunun ləğv edilməsinə dair verdiyi şikayət geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim:Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-2152/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2152/2023
26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver