Məhkəmə qərarları › İş №3(001)-2154/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2154/2020

27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2154/2020 27.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qarayev Rövşən İntiqan oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərarından şikayət vermiş şəxs – X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən X1 barəsində tərtib edilmiş TP seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə Bakə şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində tərtib edilmiş TP seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İnzibati tənbeh vermə haqqında qərarından şikayət vermiş şəxs – X2 ərizə yazaraq, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş TP seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN BDYPİ-nə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati tənbeh vermə haqqında qərarından şikayət vermiş şəxs – X1 izahatını, o cümlədən sözügedən ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş TP seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş TP seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Sədrlik edən Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar