Məhkəmə qərarları › İş №3(001)-2154/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2154/2023

07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2154/2023 07.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Barəsində X6 protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC, AZ1130, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi ev 13C, mənzil 146, VÖEN **********, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş X6 protokola və olan əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X2 tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 18 may 2023-cü il tarixli EP № ******* saylı X6 Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. X6 Protokoldan görünür ki, hüquqi Şəxs MMC Rusiya Federasiyasından 99KU638/99ZD753 nömrəli nəqliyyat vasitəsi ilə idxal edilmiş yükləri **********2623 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan etdiyi halda mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Belə ki, sözügedən mallar xx.xx.2023-cü ildə saat 14:55-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postundan Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olsa da, mallara dair qısa idxal bəyannaməsi xx.xx.2023-cü ildə saat 16:23-də, yəni malların daşındığı nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olduqdan sonra verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmişdir. Məhkəmə X6 Protokola Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində X6 protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi X5 təmsil etdiyi cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilməyərək izahında göstərmişdir ki, malları göndərən şirkət yükə dair sənədləri Şəxs MMC-yə gec göndərdiyinə, habelə 99KU638/99ZD753 nömrəli nəqliyyat vasitəsinin çatmasına dair cəmiyyətə vaxtında məlumat vermədiyinə görə Şəxs MMC mallara dair qısa idxal bəyannaməsini xx.xx.2023-cü ildə saat 16:23-də, yəni malların daşındığı nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olduqdan sonra vermişdir. Yaranmış vəziyyətdə cəmiyyətin təqsiri olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə X6 işin materiallarını yoxlayıb, X6 protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində X6 icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən cəmiyyət inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan çıxarışdan görünür ki, 99KU638/99ZD753 nömrəli nəqliyyat vasitəsi ilə hüquqi şəxs Şəxs MMC-in ünvanına Rusiya Federasiyasından göndərilən mallar xx.xx.2023-cü ildə saat 14:55-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postundan Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuşdur. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, 99KU638/99ZD753 nömrəli nəqliyyat vasitəsi ilə hüquqi şəxs Şəxs MMC-in ünvanına Rusiya Federasiyasından göndərilən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Belə ki, sözügedən mallar xx.xx.2023-cü ildə saat 14:55-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postundan Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olsa da, mallara dair qısa idxal bəyannaməsi xx.xx.2023-cü ildə saat 16:23-də, yəni malların daşındığı nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olduqdan sonra verilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə barəsində X6 protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-yə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs MMC-yə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi X6 protokol, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-in 485.2-ci maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə barəsində X6 protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi N.İ.Axundovun təmsil etdiyi cəmiyyətin baxılan işdə təqsirsizliyi ilə bağlı mövqeyini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin qısa idxal bəyannaməsini təqdim etmək qaydalarını tənzimləyən 113-cü maddəsinin mənasına görə qanunverici qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edilməsini malları gətirən şəxsin öhdəliyi kimi müəyyən etmişdir. Malları gətirən şəxsin isə bunu ixracatçıdan asılı etməsi, yəni ixracatçının malların çatmasına dair gec məlumat verməsi ilə əlaqələndirməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələbinin pozulmasına əsas vermir. Məhkəmənin qənatəinə görə bu kimi hallar həqiqiliyi nəzərə alınmış olsa belə, idxalçı və ixracatçı arasında bağlanan müqavilədə tərəflərin məsuliyyəti qaydasında həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alınır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar