Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2156/2024 28.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X7 iclas katibliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, X1 AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 X13 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhəri idarəsinin (bundan sonra - Bakı şəhər idarəsi) xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.1.5-ci –maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir.Qərara əsasən rəhbərlik etdiyi "xxxx" QSC-nin Mühafizə departamentinin işçisi X.S.Fərzəliyevin xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023. xx.xx.2023. xx.xx.2023-cü il tarixlərdə iş günü hesab edilməyən bayram günləri, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixləri isə iş vaxtından artıq iş saatlarına cəlb edildiyi, xx.xx.2023, və xx.xx.2023-cü il tarixləri isə iş günü hesab edilməyən bayramqabağı olmasına baxmayaraq qısaldılmanın edilmədiyi müəyyən edilmişdir. Hesab edir ki, Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassızdır. Belə ki, "xxxx" QSC-nin Mühafizə departamenti hərbiləşdirilmiş qurum olaraq "xxxx" QSC-nin balansında olan inzibati binaların, qurğuların, obyektlərin mühafizəsini həyata keçirir. Mühafizənin aparılması bütün sutka ərzində olduğundan, mühafizəçilər növbəlilik qaydasında xidmət aparırlar. X.S.Fərzəliyevlə bağlanmış xx.xx.2021 -ci il tarixli 243 nömrəli əmək müqaviləsində onun iş vaxtı rejimi növbəli olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 103.4-cü maddəsinə əsasən növbəli iş vaxtı rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir. Qeyd olunanlardan da göründüyü kııni X.S.Fərzəliyev növbəlilik cədvəli əsasında işə çıxmış və iş günü olmayan bayram günü onun işə çıxması növbəlilik cədvəlinə əsasən həyata keçirilmişdir. X.S.Fərzəliyev növbəlilik iş rejimində, növbəlilik cəvdvəlinə əsasən iş günü hesab edilməyən bayram günləri işə cəlb edildiyi tam qanuni və əsaslıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin tələblərini rəhbər tutaraq X13 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq şikayətçi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Odur ki, məhkəmə iclasının şikayətçinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati orqanın nümayəndəsi şikayətin təmin edilməsi üçün əsas olmadığını və rədd edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. İşdə materiallarında olan və tədqiq edilən: AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin elektron ünvanına "xxxx" QSC-nin Mühafizə departamentinin işçisi X6 tərəfindən xx.xx.2023-cü il tarixdə şikayət daxil olmuşdur. Bu şikayət əsasında AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" QSC-yə xx.xx.2023cü il tarixli, 3-17-5/2-44907/2023 nömrəli məktub ünvanlanmışdır."xxxx" QSC tərəfindən həmin məktuba cavab olaraq, X4 məktubda göstərdiyi iddiaların əsassız olduğu bildirilmişdir. X13 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında qərarı ilə müəyyən edilir ki, "xxxx" QSC-nin Mühafizə departamentinin rəisi X11 tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında qərarına əsasən "xxxx" QSC-nin Mühafizə departamentinin işçisi X.S.Fərzəliyevin xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023. xx.xx.2023. xx.xx.2023-cü il tarixlərdə iş günü hesab edilməyən bayram günləri, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixləri isə iş vaxtından artıq iş saatlarına cəlb edildiyi, xx.xx.2023, və xx.xx.2023-cü il tarixləri isə iş günü hesab edilməyən bayramqabağı olmasına baxmayaraq qısaldılmanın edilmədiyi,nəticədə AR Əmək Məcəlləsinin 99-cu,107-ci və 108-ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol, qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Məhkəmə qeyd edir ki, şikayətçinin şikayətində qeyd etdiyi hallar inzibati tənbeh tətbiq edilməsinə dair qərarın əsassızlığına səbəb olmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 99-cu maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır .Lakin iş materiaallarında olan "xxxx" QSC-nin Mühafizə departamentinin işçisi X4 iş vaxtından artıq işlərə onun razılığının olmadan cəlb edildiyi müəyyən edilmişdir. Həmçinin qeyd edilir ki, X11 məhkəmənin iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəməyə şikayətinin əsaslı olması ilə bağlı mötəbər sübut təqdim etməmişdir. Odur ki, məhkəmə X8 şikayətində və məhkəmədə qeyd etdiyi halları onun məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirərək, həmin arqumentlərin işin faktiki hallarına uyğun gəlmədiyi qənaətinə gəlmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-2156/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2156/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver