Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2159/2020 28.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, Alıyev Məmməd X1 barəsində tərtib olunan inzibati xəta haqqında protokolundan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxx 2020-ci ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Alıyev Məmməd X1 barəsində tərtib olunan inzibati xəta haqqında protokolundan verdiyi şikayət daxil olmuşdur. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət icraata qəbul edilmədən onu vermiş şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XVİİ fəslində inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydaları qeyd olunmuşdur. Həmin fəsildə inzibati xəta haqqında protokolda şikayətlərə baxılması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6.-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edildikdə, protokol və digər materiallar natamam olduqda işə baxarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, fiziki şəxs onun barəsində tərtib olunan inzibati xəta haqqında protokoldan yox qərardan şikayət verə bilər. Alıyev Məmməd X2 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərardan yox, inzibati xəta haqqında protokoldan şikayət verdiyindən məhkəmə hesab edir ki, Alıyev Məmməd X1 barəsində tərtib olunan inzibati xəta haqqında protokolundan verdiyi şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Alıyev Məmməd X1 barəsində tərtib olunan inzibati xəta haqqında protokolundan verdiyi şikayət icraata qəbul edilmədən geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra Binqədi Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Hakim Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-2159/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2159/2020
28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver