Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2160/2024 08.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ/17975303 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ/17975303 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, “Chevrolet Cruze” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin baş etibarnaməsi onun adına verilsə də (09.02 2024-ci il tarixə saat 23:59-dək), avtomobilin idarə edilməsinə dair etibarnamə tərəfimdən xx.xx.2024-cü il tarixədək rəfiqəsinin adına verilmişdir. Protokol üzrə müəyyən edilmiş cərimə rəfiqəsi tərəfindən ödənilmədiyinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında TP ******* saylı qərar qanuni qüvvəyə minmişdir. Həmin qərar rəfiqəsi tərəfindən 03 ay müddətində icra edilmədiyindən inzibati protokol və qərar baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Sonradan qərar rəfiqəsi tərəfindən icra edilərək, qəbzi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərmiş və Gəncə Şəhər Məhkəməsinin 3(125)-3025/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən inzibati məsuliyyətdən azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən qanunsuzluğa yol verilərək, inzibati protokol və qərar Gəncə Şəhər Məhkəməsinə göndərilən kimi və nəticə məlum olmamış, baş etibarnamə onun adına olduğu üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci və iki dəfə də 332.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Onun sürücülük vəsiqəsi olmamışdır. O, sonradan müəyyən etmişdir ki, rəfiqəsinin idarə etdiyi avtomobil üzrə cəmi 4 balı mövcuddur. Belə olan halda sürücülük vəsiqəsinin məhdudlaşdırılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən mümkün deyildir. Belə ki yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsində (327.7. Bu Məcəllənin 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır və Bu Məcəllənin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 20 və daha çox bal topladıqda, inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılır.) nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. Gəncə Şəhər Məhkəməsinin 3(125)-3025/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı müşahidə məktubu ilə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinə göndərilmişdir. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ/17975303 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında X5 şikayəti müdafiə edib bildirmişdir ki, onun sürücülük vəsiqəsi yoxdur. “Chevrolet Cruze” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobil heç vaxt onun tərəfindən idarə ediləməmişdir. Barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ/17975303 nömrəli inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən vaxtda avtomobil etibarnamə əsasında X7 tərəfindən idarə edilsə də, cərimə onun adına yazılmışdır. Bundan əlavə X3 nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırlmadığı halda onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, EQ/17975303 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək cərimə olunmuşdur. Odur ki, məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ/17975303 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, X6 tərəfindən X4 “Chevrolet Cruse” minik markalı **-VO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək etibar edilmişdir. xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X7 xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görər 40 manat məbləğində cərimə olunmuşdur. xx.xx.2023-cü il tarixli, EQ/17975303 nömrəli qərarından görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 300 manat cərimə olunmuşdur. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında yazılmış cərimə və dəbbə pulu ödənilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-3025/2023 nömrəli qərarından görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X8 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ/17975303 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə- üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 idarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə ki, X1 vəsiqəsinin olmamasına və “Chevrolet Cruse” minik markalı **-VO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun tərəfindən idarə edilməməsinə baxmayaraq xx.xx.2023-cü il tarixli, EQ/17975303 nömrəli qərarla, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 300 manat cərimə olunmuşdur. Bundan əlavə “Chevrolet Cruse” minik markalı **-VO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edən X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmiş, həmin protokolun tərtib edilməsinə əsas olmuş cərimə və dəbbə pulu ödənildiyinə görə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-3025/2023 nömrəli qərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bununla yanaşı, səlahiyyətli orqanın məhkəmədə iştirak edərək şəxsin təqsirliliyinə dəlalət edə biləcək sübutları olduğu təqdirdə məhkəməyə təqdim etməməsi toplanmış material üzrə məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasına mane olur və qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X2 müraciətində qeyd olunan xüsusatlarla barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat arasında ziddiyyət yaradır. Bundan başqa, səlahiyyətli orqan tərəfindən X2 inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilsə də, sonuncu barəsində aparılmış icraat üzrə qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ/17975303 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 tərəfindən verilmiş şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ/17975303 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-2160/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2160/2024
08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver