Məhkəmə qərarları › İş №3(001)-2161/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2161/2024

03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2161/2024 03.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X4 iştirakı ilə, X4 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 16/1-21688 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 16/1-21688 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ödənilmiş cərimə məbləğlərinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, atası X3 xx.xx.2023-cü il tarixində növbəti texniki baxışdan keçmək üçün özünə məxsus olan “KİA Sportage” markalı **-FZ-*** qeydiyyat nişanlı avtomobillə Lökbatan qəsəbəsində yerləşən texniki müayinə məntəqəsinə yaxınlaşdıqda DYP əməkdaşları avtomobili texniki baxışdan keçirməkdən imtina etmiş, imtinanın səbəbi kimi bir il ərzində avtomobil texniki baxışdan keçmədiyinə görə avtomobilin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə ödənilməmiş cərimələri olduğu göstərilmişdir. Atasının bu cərimələr barədə xx.xx.2023-cü il tarixinədək, yəni DYP əməkdaşı bildirənə qədər heç bir məlumatı olmamışdır. Bu cərimələr barədə atasına rəsmi və ya qeyri-rəsmi heç bir formada məlumat verilməmişdir. “ASANPAY” şəxsi kabinetində də bu cərimələrlə bağlı heç bir məlumat olmamış, hazırda da yoxdur. DYP əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixində Zakir Bayramova təqdim olunmuş məlumat cədvəlindən protokol və qərarların onun - X4 adına tərtib edildiyi görünür. xx.xx.2009-cu il tarixdə atası Zakir Bayramov özünə məxsus olan “KİA Sportage" markalı **-FZ-*** qeydiyyat nişanlı avtomobillə bağlı ona ƏN 878651 nömrəli etibarnamə vermişdir. DYP əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixində Zakir Bayramova təqdim olunmuş məlumat cədvəlindəki “KİA Sportage” maralı **-FZ-*** qeydiyyat nişanlı avtomobili ilə bağlı son 1-2 il ərzində onun adına protokolların yazılmasından və cərimə qərarlarının çıxarılmasından xəbərsiz və məlumatsız olmuşdur. O, özü uzun müddətdir ki, daimi olaraq “ASANPAY” elektron kabinetdən istifadə edir. Əgər “KİA Sportage" markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı adına cərimələr yazılmış olsaydı bu haqda “ASANPAY” kabinetində ən azından hansısa məlumat olardı. Dəfələrlə “ASANPAY” şəxsi kabinetinə daxil olsa da elektron kabinetində “KİA Sportage” markalı **-FZ-*** qeydiyyat nişanlı avtomobillə bağlı onun adına heç bir protokol və ya cərimə qərarı barədə məlumat olmamışdır. "ASAN ÖDƏNİŞ" sistemindən əldə olunmuş 1QLİYGA5WD127Q və 1QLİYGA5WD127R nömrəli çıxarışlara əsasən xx.xx.2023-cü il tarixinə onun və atası Zakir Bayramovun adına “qüvvədə olan (icra olunmamış, ödənilməmiş) inzibati xəta haqqında iş üzrə qərar və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokollar yoxdur”. Qeyd etdiyi faktların araşdırılması, inzibati xəta haqqında cərimə qərarları üzrə faizlərin hesablanmasının dayandırılması, cərimələr barədə məlumatlar onun və atası Zakir Bayramovun “ASANPAY” şəxsi kabinetlərinə daxil edilmədiyinə və məlumat verilmədiyinə görə İnzibati Xəta haqqında protokol və qərarların ləğv edilməsi və eyni zamanda avtomobilin texniki baxışdan keçirilməsinə şərait yaradılması üçün xx.xx.2023-cü il tarixində yazılı şəkildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə ərizə ilə müraciət etmişdir. Barəsində cərimə tətbiqi haqqında sonuncu elektron qərar 12 11.2023-cü il tarixində çıxanlmışdır. Mövcud qanunvericiliyə görə avtomobil texniki baxışdan halda hər 20 gündən bir yeni cərimə tətbiq edilə bilər. Cərimə tətbiqi barədə qərarların qanuniliyini mübahisələndirsə də, hələ ki bununla bağlı BDYPİ tərəfindən ona heç bir cavab verilməmiş, avtomobilin texniki baxışdan keçirilməsi üçün şərait yaradılmamış, əksinə texniki baxışdan keçmək üçün barəsində çıxarılmış və elektron kabinetinə yerləşdirilməmiş qərarlar üzrə cərimə məbləğlərinin tam şəkildə ödənilməsi şərti qanunsuz olaraq irəli sürülmüşdür. xx.xx.2023-cü il tarixdə texniki baxışdan keçmək üçün Zakir Bayramov özünə məxsus olan KİA Sportage ** FZ *** qeydiyyat nişanlı avtomobillə Lökbatan qəsəbəsində yerləşən Texniki müayinə məntəqəsinə gedərkən DYP əməkdaşı avtomobili yolda saxlayaraq cərimələr yerindəcə ödənilməzsə avtomobilin cərimə meydançasına aparılacağını bildirmişdir. Bu barədə telefonla ona məlumat verildikdə o, məcburiyyət qarşısında elektron qaydada plastik kart hesabından siyahı üzrə ona göndərilən bütün cərimələri və hesablanmış faizləri ödəmiş, bundan sonra avtomobil sərbəst buraxılmışdır. xx.xx.2023-cü il tarixində isə Zakir Bayramov öz avtomobilini texniki baxışdan keçirmişdir. O, “KİA Sportage” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməmiş, inzibati tənbeh vermə haqqında elektron qərarlar barədə qanunla müəyyən olunmuş müddətdə ona heç bir məlumat verilməmiş, bu qərarlar barədə “ASANPAY” kabinetində heç bir məlumat yerləşdirilməmişdir. Sözügedən elektron qərarların mövcudluğu ilk dəfə ona xx.xx.2023-cü il tarixində məlum olsa da, qərarlar ona təqdim olunmamış, “ASANPAY” kabinetinə heç vaxt yerləşdirilməmişdir. Barəsində qəbul olunmuş həmin elektron qərarları əldə etmək üçün xx.xx.2023-cü il tarixində BDYP-yə şəxsən müraciət etmiş və qərarların surətini əldə etmişdir. 2023-cü ilin dekabr ayında ümumilikdə 8 elektron qərarın qanuniliyi onun tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarları ilə bütün elektron qərarlar ləğv edilməklə inzibati xəta haqqında işlərə yenidən baxılması üçün qərarlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə göndərilmişdir. 8 elektron qərardan verilmiş şikayətlərə baxılması ilə əlaqədar ümumilikdə 20-yə yaxın məhkəmə iclaslarının keçirilməsinə və bu iclaslara BDYPİ-nin səlahiyyətli nümayəndəsinin dəvət edilməsinə baxmayaraq, BDYPİ-nin nümayəndəsi heç bir məhkəmə iclasına gəlməmiş və heç bir mövqe bildirməmişdir Qeyd olunan 8 elektron qərar ləğv edilərək yenidən araşdırılması üçün BDYPİ-yə göndərilsə də, BDYPİ tərəfindən məhkəmə qərarları ilə müəyyən edilmiş hallar nəinki nəzərə alınmamış, hətta heç bir araşdırma aparılmadan, ərizəçi araşdırmaya dəvət edilmədən, əlavə heç bir sübut müəyyən edilmədən yenidən qanunsuz və əsassız olaraq inzibati xəta haqqında iş üzrə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, 16/1-21688 nömrəli qərar qəbul olunmuşdur. Bu qərar ləğv olunmuş 8 elektron qərardan yalnız 5-i ilə bağlı olmuşdur. Qərarda göstərilmişdir ki, guya “inzibati xəta haqqında işlərə yenidən baxılarkən yol hərəkəti qayda pozuntuları tam olaraq sübuta yetirilmiş, habelə elektron qərarların sənədləşdirilməsində qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunmamışdır." Lakin bu cümlə qərarda heç nə ilə əsaslandırılmamışdır. Poçt məlumatına əsasən həmin qərar ona xx.xx.2024-cü il tarixində təqdim edilmişdir. Odur ki, “KİA Sportage" markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı DİN BDYPİ- nin rəis müavini tərəfindən barəsində əsassız və qanunsuz olaraq qəbul edilmiş inzibati xəta haqqında iş üzrə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, 16/1-21688 nömrəli qərar ləğv edilməsini, ödənilmiş bütün cərimə məbləğləri və hesablanmış faizlər geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında X6 şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verib məhkəmədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 16/1-21688 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi və ödənilmiş cərimələrin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “ASAN ödəniş” sistemindən çıxarışdan görünür ki, X4 barəsində 14 noyabr 2023-cü tarixinə qüvvədə olan (icra olunmamış, ödənilməmiş) inzibati xəta haqqında iş üzrə qərar və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokollar yoxdur. xx.xx.2023-cü il tarixli “ASAN ödəniş” sistemindən çıxarışdan görünür ki, X2 barəsində 14 noyabr 2023-cü tarixinə qüvvədə olan (icra olunmamış, ödənilməmiş) inzibati xəta haqqında iş üzrə qərar və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokollar yoxdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)- 5401/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13457533 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-12/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 12622937 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-13/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14539527 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-14/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17370628 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-15/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 18007870 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, 16/1-21688 nömrəli inzibati tənbeh vermə qərardan görünür ki, inzibati xəta haqqında işlərə yenidən baxılarkən yol hərəkəti qayda pozuntuları tam olaraq sübuta yetirilmiş, habelə elektron qərarların sənədləşdirilməsində qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilməmişdir. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş 5 inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində hər bir 50 manat məbləğində olmaqla 5 inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 16/1-21688 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli qərarları ilə X6 oğlu barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 tərəfindən qəbul edilmiş EQ 13457533 nömrəli, EQ 12622937 nömrəli, EQ 14539527 nömrəli, EQ 17370628 nömrəli və EQ 18007870 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilərək yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə göndərilmiş, inzibati xəta haqqında işlərə yenidən baxılarkən X4 iştirakı təmin edilməmiş, məhkəmə qərarlarında qeyd edilmiş nöqsanlara qiymət verilmədən kifayət qədər əsaslanıdırılmamış xx.xx.2024-cü il tarixli, 16/1-21688 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bununla yanaşı, səlahiyyətli orqanın məhkəmədə iştirak edərək şəxsin təqsirliliyinə dəlalət edə biləcək sübutları olduğu təqdirdə məhkəməyə təqdim etməməsi toplanmış material üzrə məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasına mane olur və qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X4 müraciətində qeyd olunan xüsusatlarla barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat arasında ziddiyyət yaradır. Bundan başqa, səlahiyyətli orqan tərəfindən X4 inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilsə də, sonuncu barəsində aparılmış icraat üzrə qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X6 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 16/1-21688 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. X6 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 16/1-21688 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. X5 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 tərəfindən qəbul edilmiş EQ 13457533 nömrəli, EQ 12622937 nömrəli, EQ 14539527 nömrəli, EQ 17370628 nömrəli və EQ 18007870 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar üzrə ödənilmiş cərimələrin geri qaytarılması ilə bağlı müvafiq dövlət orqanına, imtina cavabı aldıqda həmin dövlət orqanının hərəkət və ya hərəkətsizliyindən müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar