Məhkəmə qərarları › İş №3(001)-2162/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2162/2020

28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2162/2020 28.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin sahə inspektoru polis mayoru Muradov Şöhrət Nəriman oğlunun, Müdafiəçi 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Kəlbəcər rayonu, Zivel kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində azyaşlı övladı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta ixtisas təhsilli, Kəlbəcər rayonu, Zivel kəndində qeydiyyatda olmaqla Binəqədi rayonu, Sulutəpə qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdim: Şəxs sanitariya-gigiyena və karantin rejimlərin pozulmasına görə onun barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin sahə inspektoru polis mayoru Muradov Şöhrət Nəriman oğlu tərəfindən xx xxxx 2020-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 11:30-da Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Firavan” şadlıq evinin yaxınlığında xüsusi karantin rejimini pozaraq icazəsiz hərəkət edərək Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin sahə inspektoru polis mayoru Muradov Şöhrət Nəriman oğlu məhkəməyə verdiyi izahatında göstərmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 11:30-da Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Firavan” şadlıq evinin yaxınlığında müvafiq icazəsi olmadan xüsusi karantin qaydalarını pozaraq, Nazirlər kabinetinin operativ qərargahının “Korona virusun” ölkə ərazisi hüdudlarında yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi karantin rejiminin tələblərini kobud surətdə pozulması aşkar edildiyi üçün məhkəmədən onun inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesində inzibati xəta haqqında materiala baxarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Himayəsində azyaşlı övladı vardır. xx.xx.2020-ci il tarixində səhər saatlarında heç bir icazəsi olmadan yaşadığı evi tərk etmiş, bu zaman polis əməkdaşları ona yaxılaşaraq icazəsinin olub-olmamasını yoxlamışlar, icazəsinin olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, əməlindən peşmanlıq hissi keçirdiyini bildirərək məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Müdafiəçi 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Binəqədi RPİ-nin 40-cı PB-nin rəisi polis polkovnik-leytenantı Ramil Cəbiyevə 40-cı Polis Bölməsinin sahə inspektoru polis mayoru Şöhrət Muradov tərəfindən yazılan xx.xx.2020-ci il tarixli raportdan aydın olur ki, xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Firavan” şadlıq evinin yaxınlığında xidmətdə olarkən bir nəfər şəxsin tibbi maskadan istifadə etmədiyi üçün tərəfindən saxlanılarkən onun xx.xx.1996-cı il təvəllüdlü, Kəlbəcər rayonu, Zivel kəndində qeydiyyatda olan, Sulutəpə qəsəbəsi, nömrəsiz ünvanda yaşayan Şəxs olduğu və SMS icazə almadan mənzili əsassız tərk edərək karantin qaydasını pozduğu müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan məlum olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında əlavə edilmiş xx xxxx 2020-ci il tarixli, AZA № 000735 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 09:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Hesab edirəm ki, Şəxs sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasında ifadə olunan əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Şəxs sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasında ifadə olunan əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan inzibati xəta olduğundan o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını himayəsinə azyaşlı övladının olmasını məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Hesab edirəm ki, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsini, eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə Şəxs tənbehin, inzibati həbs növündə təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu xx xxxx 2020-ci il tarixdən saat 09:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar