Məhkəmə qərarları › İş №3(001)-2164/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2164/2020

28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2164/2020 28.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin polis sahə inspektoru polis leytenantı X2, Müdafiəçi 11 saylı Vəkil Bürosunun vəkili Vəkil1, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “X6” MMC-də infomasiya texnologiyası meneceri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdim: Şəxs sanitariya-gigiyena və karantin rejimlərin pozulmasına görə onun barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin polis sahə inspektoru polis leytenantı X3 tərəfindən xx xxxx 2020-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Davud X1 rayonu, Rəsulzadə qəsəbəsi, sıra 1 ünvanında yoxlanılarkən müvafiq icazəsi olmadan küçəyə çıxması aşkar edilmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin polis sahə inspektoru polis leytenantı X3 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, Davud X1 rayonu, Rəsulzadə qəsəbəsi, sıra 1 ünvanında yoxlanılarkən müvafiq icazəsi olmadan xüsusi karantin qaydalarını pozaraq, Nazirlər kabinetinin operativ qərargahının “Korona virusun” ölkə ərazisi hüdudlarında yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi karantin rejiminin tələblərini kobud surətdə pozulması aşkar edildiyi üçün məhkəmədən onun inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesində inzibati xəta haqqında materiala baxarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixində saat 09:00 radələrində “Yeganə” şadlıq evinin yanında polis əməkdaşları tərəfindən saxanılmış, yoxlama zamanı müvafiq icazəsi olmadan çölə çıxdığı müəyyən olunmuşdur. Bununla bağlı onu Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə aparmışlar. Onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, əməlindən peşiman olduğunu bildirərək məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Müdafiəçi 11 saylı Vəkil Bürosunun vəkili Vəkil1 Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Binəqədi RPİ-nin 7-ci PB-nin rəisi polis polkovnik-leytenantı Turab Paşayevə 7-ci Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Süleyman Qəşəmli və 7-ci Polis Bölməsinin Cinayət Axtarış üzrə k/inspektoru polis serjantı Babək Mahmudov tərəfindən yazılan xx.xx.2020-ci il tarixli raportdan aydın olur ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 09:00 radələrində inzibati ərazidə xidmətdə olarkən karantin rejimi qaydaların yoxlanılması zamanı Rəsulzadə qəsəbəsi sıra 1-in qarşısında bir nəfər şəxsə yaxılaşıb müvafiq icazəsinin olubolmamasını yoxlamışlar, yoxlama zamanı aydın olub ki, həmin şəxs icazəsi olmadan yaşayış yerini tərk eləmişdir. Tərəflərindən həmin şəxs 7-ci Polis Bölməsinə dəvət olunmuşdur. Bölmədə həmin şəxsin xx.xx.1991-ci il təvəllüdlü Şəxs olduğu müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan məlum olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Hesab edirəm ki, Şəxs sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasında ifadə olunan əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Şəxs sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasında ifadə olunan əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan inzibati xəta olduğundan o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs özünü təqsirli bilməsi məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Hesab edirəm ki, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsini, eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə Şəxs tənbehin, inzibati həbs növündə təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu xx xxxx 2020-ci il tarixdən saat 12:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar