Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2165/2020 06.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Binəqədi RPİ-nin 4cü Polis Bölməsi tərəfindən tərtib edilən MN №0238027 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: X2 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Binəqədi RPİ-nin 4-cü Polis Bölməsi tərəfindən tərtib edilən MN №0238027 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, o, ünvan 1 mənzil 5 ünvanında daimi qeydiyyatda olmaqla yaşayır. xx.xx.2020-ci il tarixində Asan Pay kabinetinə daxil olmuş adına xx.xx.2020-ci il tarixində MN №0238027 nömrəli protokol tərtib olunduğunu, İXM 211-ci maddəsi ilə 100 manat cərimə olunduğunu görmüşdür. X6 kabinetinə xx.xx.2020-ci il tarixində yüklənib. Aprel ayının əvvəlində (üzərindən 3 ay keçdiyi üçün dəqiq tarixi xatırlamır) o bazarlıq etmək üçün qəsəbələrində yerləşən SPAR supermarketinə gedərkən, supermarketin qabağında bir polis əməkdaşı ona yaxınlaşaraq karantin tətbiq olunduğunu, nə üçün maska taxmadığını soruşmuş, həmin tarixlərdə apteklərdə maska tapılmırdı və o polis əməkdaşına maska tapmadığı üçün ala bilmədiyini bildirmişdir. Polis əməkdaşı onun şəxsiyyət vəsiqəsinin şəklini mobil telefonu ilə çəkib ondan uzaqlaşmış və onun yanında həmin anda heç bir protokol tərtib etməmişdir. Başa düşdüyü qədəri ilə vəsiqəsinin şəklini sonradan ona protokol tərtib etmək üçün çəkibmiş. O, Asan Pay kabinetindən protokoldan şikayət yazmış və xx.xx.2020-ci il tarixində heç bir karantin qaydalarını pozmadığı, bu protokolun da harada, hansı səbəbdən, kim tərəfindən tərtib olunması ilə bağlı məlumatı olmadığını bildirmişdir. Bu günə qədər bu məsələ ilə bağlı ona məlumat verilmədiyini, Asan kabinetə daxil olmasaydı belə bir protokoldan da xəbəri olmayacağını şikayətində bildirmış və protokolun ləğv olunmasını xahiş etmışdır. xx.xx.2020-ci il tarixində Binəqədi Rayon Polis İdarəsi tərəfindən ona xx.xx.2020-ci il tarixində tərtib olunmuş İnzibati tənbeh vermə haqqında qərarın (MN №0160783) surəti göndərilmiş və onun İXM 211-ci maddəsi ilə cərimə olunduğu bildirilmişdir. Tərtib olunmuş MN №0238027 nömrəli protokolun surəti hələ də ona verilməyib. Əgər protokol qeyd etdiyi hadisə ilə bağlı tərtib olunubsa həmin tarixdə Azərbaycanda açıq havada maska taxmaq məcburi deyildir. Maska taxmamaqla bağlı cərimələr xx.xx.2020-ci il tarixindən etibarən İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişiklikdən sonra tətbiq olunmuşdur. Göstərilənlərə əsasən barəsində tərtib olunan protokol əsasında qəbul edilmiş qərar üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PB-nin rəis polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilən MN №0160783 saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X1 şikayəti təmin edilərək inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərarın icrasına xitam verilməlidir. Məhkəmə iş materialları araşdıraraq qeyd edir ki, X1 barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə əsas verən heç bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsində qeyd olunur ki, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunur ki, qərarın surəti bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qəbul edilmiş qərarların qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməlidir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda həmin Məcəllənin 135.1.1-ci və 135.1.6ci maddələrində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsində qeyd olunur ki, hakimin, sələhiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması halı müəyyən olunduqda inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərarı nəzərdən keçirərkən müəyyən etmişdir ki, qərarda X.Heydərovun epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasının nədə ehtiva olunbuğunu müəyyən etmək mümkün olmur. Hadisənin barəsində inzibati protokl tərtib edilmiş X.Heydərovun göstərdiyi kimi baş verdiyini qəbul etsək yəni, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə məsuliyyət xx.xx.2020-ci il tarixdən yaranmışdır. Məhkəmə iş materiallarını araşdırıb şikaytçini dinləyib belə qənaətə gəlir ki, X1 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilərək Binəqədi RPİ-nin 4-cü Polis Bölməsi tərəfindən tərtib edilən MN №0160783 saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq qərara aldım: Şikayət təmin edilsin. X1 inzibati məsuliyyətə cəlb olunmasına dair Binəqədi RPİ-nin 4-cü Polis Bölməsi tərəfindən tərtib edilən MN №0160783 saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edilərək inzibati icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: VüqarMəmmədov
Məhkəmə qərarları › İş №3(001)-2165/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2165/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver