Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2169/2020 28.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Tələbkar X2, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyat olan - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, M ü ə y y ə n e t d i m: Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsi Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1940/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay qazancının ¼ hissəsi miqdarında aliment və 40 manat əlavə xərc tutularaq X3 ödənilməlidir. Şəxs ona təyin edilmiş alimenti ödəməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdilmişdir. Qeyd olunanlara əsasən icra məmuru Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X4 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Şəxs icra məmurunun icra vərəqəsindən irəli gələn qanuni tələblərini üzürsüz səbəbdən təmin etmir. Onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yarandığından məhkəməyə bu barədə protokolla müraciət etməli olmuşdur və məhkəmədən onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar X5 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1940/2009 saylı, xx.xx.2009-cu il tarixli məhkəmə qərarının icra edilmədiyini bildirərək, icra sənədi üzrə borclu Şəxs aliment borcunu ödəmədiyinə görə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala baxarkən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, hal-hazırda işsiz olduğuna görə 10 aydır ki, aliment ödəyə bilmir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1940/2009 saylı, xx.xx.2009-cu il tarixli icra vərəqəsinə əsasən bir uşağın saxlanılması üçün o, hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimenti, həmçinin 40 manat məbləğində əlavə xərci X3 verməlidir. İşlədiyi müddətdə hər ay əmək haqqından aliment tutularaq tələbkarın hesabına köçürülürdü. Lakin işdən çıxdığına görə 10 aydır ki, aliment borcunu ödəyə bilmir. Borcunun yığılıb qalmasına əsas səbəb ölkədə yaranmış karantin vəziyyətinin olmasıdır. O, karantin rejimi başa çatandan sonra qısa müddət ərzində borcunu ödəcəyinə söz verir. İşləmədiyi üçün alimenti ödəyə bilmir, bu onun iradəsindən asılı olmayan vəziyyətdir. Qeyd edilənləri nəzərə alıb məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə xitam verilməsini xahiş etmişdir. Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdayiə etdiyi Şəxs əməlində qərəzli olaraq aliment borcunu ödəməkdən yayınmasına dair inzibai xəta tərkibinin olmadığı bildirmişdir. Belə ki, Şəxs tərəfindən karantin rejimindən qabaq ödənişlər aparıldığını, ölkədə yaranmış karantin rejimi ilə əlaqədar iş tapa bilmədiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1940/2009 saylı, xx.xx.2009-cu il tarixliicra sənədindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün borclu Şəxs hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment, həmçinin 40 manat məbləğində əlavə xərc tələbkar X2 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 30 mart 120 №-li qərarının 1-ci maddəsinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə xx xxxxx 2020-ci il tarixli 144 saylı qərarınnın 4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəmi və sözü “4 may” rəqəmi və sözü ilə əvəz edilməsi, 5-ci bəndinə əsasən “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəmi və sözü “4 may” rəqəmi və sözü ilə əvəz edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə xx xxx 2020-ci il tarixli 163 saylı qərarına əsasən “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarında dəyişiklik edilməsi 6.1 maddənin 1-ci hissədə “4 may” sözləri “31 may” sözləri ilə əvəz edilməsi qərara alınmış, karantin rejimi xx xxx 2020-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə xx xxxx 2020-ci l tarixli 208 saylı qərarı ilə Yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək xüsusi karantin rejimi sərtləşdirilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə xx xxxx 2020-ci il tarixli 236 saylı qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində xüsusi karantin rejiminin xx xxxx 2020-ciil tarixdən 20 iyul saat 06:00-dək uzadılması qərara alınmışdır. İnzibati xəta haqqında materialda olan sübutlarla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1940/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədini karantin rejimindən əvvəlki dövr üçün də icra etməməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Məhkəmə, Şəxs borcunu ödəmək niyyətində olmasını və aliment borcunu ödəməməsinin səbəb kimi ölkə ərazisində xüsusi karantin rejiminin olmasını qeyd etməsinə dair verdiyi izahatına tənqidi yanaşır və bunu məsuliyyətdən yayınmaq üçün seçdiyi üsul kimi qiymətləndirir. Belə ki, iş materialları ilə muüəyyən olunur ki, karantin rejiminin ölkə ərazisində tətbiq edilməişdən əvvəlki dövürdə də o, alimnnt öhdəliyini icra etməmiş, məhkəmə qərarını icra etməkdən yayınmışdır. Məhkəmə ölkədə xüsusi karantin rejimi olmasını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri təyin edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Cərimə cəzasının icrası Şəxs yaşayış yeri İcra Qurumuna həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-2169/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2169/2020
28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver