Məhkəmə qərarları › İş №3(001)-2170/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2170/2020

29.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2170/2020 29.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qarayev Rövşən İntiqam oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2, Tələbkar – X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs – Şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: xx.xx.1984-cü ildə Cəbrayıl rayonu, Alıkeyxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Cəbrayıl rayonunda qeydiyyatda olmaqla Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi ünvanında yaşayan – Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində xx xxxx 2020-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-7330/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşağa görə 154 (yüz əlli dörd) manat, ümumilikdə 308 (üç yüz səkkiz) manat manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon icra və probasiya Şöbəsinin böyük icra məmuru X7 protokolu müdafiə edərək bildirdi ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-7330/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşağa görə 154 (yüz əlli dörd) manat, ümumilikdə 308 (üç yüz səkkiz) manat manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. Lakin, sözügedən icra sənədini tam icra etməməsi səbəbi ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda borclunun tələbkara 6200 manat borcu vardır. Qeyd olunanlara əsasən Şəxs barəsində inzbati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, o, maddi vəziyyətinin aşağı olması ilə əlaqədar aliment borcunu tam ödəyə bilməmişdir.Hazırda tələbkarla aralarında razılığa gəlmişlər.Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X6 izahat verərək və məhkəməyə yazılı ərizə təqdim edərək bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxslə aralarında razılığa gəlmişlər. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, tələbkarın və barəsində inzibati icraat aparılan şəxsin izahatlarını dinləyib, sübutları məcmu halında qiymətləndirib hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında Binəqədi Rayon Məhkəməsinin 2(001)-7330/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşağa görə 154 (yüz əlli dörd) manat, ümumilikdə 308 (üç yüz səkkiz) manat manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-7330/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2019-cu tarixli bildirişin surətindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-7330/2018 saylı, xx.xx.2018ci il tarixli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs vaxt verilmişdir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırkı işdə isə qeyd edilən hallar yoxdur. Məhkəmə qeyd edilənləri nəzərə alıb hesab edir ki, borclu Şəxs əməlində qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından qərəzli boyun qaçırma kimi əlamətlər yoxdur. Məhkəmə bu qənaətini həmçinin onunla əsaslandırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi... Hazırkı işdə isə qeyd edilən əlamətlər yoxdur. Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Binəqədi Rayon Məhkəməsinin 2(001)-7330/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Binəqədi Rayon Məhkəməsinin 2(001)-7330/2018 saylı, xx.xx.2018ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar