Məhkəmə qərarları › İş №3(001)-2170/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2170/2021

16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2170/2021 16.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 iclas katibliyi ilə X1 iştirakı ilə, X1 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin 31.03.2021-ci il tarixli, EPQ ******* saylı qərarından verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsinin iclasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: X2 Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin 31.03.2021-ci il tarixli, EPQ ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, 31 mart 2021 -ci il tarixdə günorta saat 13:30- 14:00 radələrində o, nahardan çıxıb maşın yolunu keçəndə tibbi maska pencəyinin cibində olmuş və o, yolun kənarına yaxınlaşıb səkiyə qalxdıqda tibbi maskanı çıxardıb taxmışdır.Buna baxmayaraq polis sahə rəisi X5 ona yaxınlaşaraq bildirmişdir ki, o yolu keçərkən maskasız olduğu üçün fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərini pozmuşdur.Buna cavab olaraq o, bildirmişdir ki, “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli, 189 saylı və 19 noyabr 2020-ci il tarixli, 451 saylı Qərarlarının 1 -ci hissələrində açıq havada fərdi vasitələrdən, yəni tibbi maskalardan istifadə edilməsinin məcburiliyi iki şərtin mövcud olmasıyla əlaqələndirilmişdir:açıq havadakı ictimai yerlərdə; Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması. Polis sahə rəisi Ərəstun Qurbanovla bir xeyli fikir mübadiləsi apardıqdan sonra o, bildirmişdir ki, cərimənin tətbiqi ilə bağlı rəis ilə məsləhətləşməlidir və o da ərazidən uzaqlaşıb getmişdir.Lakin həmin günün axşamı AsanPay elektron sistemi vasitəsilə ona sms bildirişi göndərilmişdir.Həmin bildirişdə EXP ******* saylı protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə olunmağı qeyd edilmişdir.O hesab edir ki, bu cərimənin tətbiq olunması ilə bağlı qəbul edilən qərar “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli, 189 saylı və 19 noyabr 2020-ci il tarixli, 451 saylı Qərarlarının müddəalarına zidd olduğu üçün İnzibati tənbeh vermə haqqında 31.03.2021-ci il tarixli, EPQ ******* saylı qərar ləğv edilməlidir.Həmçinin, o qeyd etmişdir ki, qərarın surəti onun qeydiyyatda olduğu ünvana 07.05.2021-ci il tarixində göndərilsə də, məktub 24.05.2021-ci il tarixdə 22 saylı poçt şöbəsinə geri qaytarılmış və o, həmin məktubu yalnız 01.06.2021 -ci il tarixdə 21-ci Polis Bölməsinin növbətçi hissəsinə şəxsən yaxınlaşaraq əldə edə bilmişdir. X2 yuxarıda göstərilənləri nəzərə alaraq Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin 31.03.2021-ci il tarixli, EPQ ******* saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə çıxış edən X2 şikayətində göstərilənləri təsdiq edərək, məhkəmədən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin 31.03.2021-ci il tarixli, EPQ ******* saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. İnzibati orqan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci PB-nə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Buna görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci PB tərəfindən qəbul edilmiş EPQ ******* saylı, 31 mart 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, X3 rejiminin tələbləri pozduğuna (yəni maska taxmadığına görə) Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən 100 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd edilməlidir.Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci PB tərəfindən qəbul edilmiş EXP ******* saylı, 31 mart 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, araşdırma zamanı X9 tərəfindən qanunun qeyd edilən tələblərinə tam əməl olunmamış,Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsininin tələbləri pozulmuş,qəbul edilmiş qərar düzgün qərara alınmışdır.Belə ki, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabr ayının 19-da qəbul etdiyi yeni qaydalara əsasən həmin tarixdən Azərbaycan Respublikasında açıq və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi müəyyən olunmuşdur.Həmin qaydalara əsasən məlum olur ki, tibbi maskadan düzgün istifadə edilməməsi də (məsələn: üz nahiyyəsinin, yəni-ağız və burun nahiyyəsinin natamam örtülməsi, maskanın aşağı çəkilməsi, çənədə saxlanılması və sair) İXMnin 211-ci maddəsinin tərkibini yaradır. Belə ki, vətəndaş Anar Umudov məhkəməyə ünvanladığı ərizədə özü də etiraf etmişdir ki, yolu keçən tibbi maskadan istifadə etməmişdir.Buna görə də, məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci PB tərəfindən qəbul edilmiş EXP ******* saylı, 31 mart 2021-ci il tarixli tarixli qərardan verdiyi şikayətə rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 128 və 130-cu maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin 31.03.2021-ci il tarixli, EPQ ******* saylı qərarının ləğv edilməsi barədə şikayət rədd edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar