Məhkəmə qərarları › İş №3(001)-2177/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2177/2022

01.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2177/2022 01.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şəxs nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 200198,25 Avro məbləğində vəsaiti bank hesabından xx.xx.2020ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 200198,25 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2022-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X2 bildirmişdir ki, Şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə xaricə köçürülmüş 200198,25 Avro məbləğində vəsait hesabına alınan mallar 03 iyul 2020-ci il tarixdən 28 iyul 2020-ci il tarixədək tam şəkildə ölkəyə idxal edilmiş və hazırda cəmiyyətin həmin köçürməyə dair heç bir borcu qalmamışdır. xx.xx.2020-ci il tarixdə xaricə köçürülmüş 200198,25 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal edilməsinə dair bank tərəfindən verilmiş sorğuya cavab məktubu cəmiyyətin əməlində inzibati xəta tərkibinin olmamasını sübut edir. Çünki tərəflərindən banla əlaqə saxlanılıb malların gəlməsinə dair gömrük bəyannamələri təqdim edilən zaman bankın səhv etdiyi etiraf etmişlər və onlara 200198,25 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal edilməsini təsdiq edən rəsmi cavab vermişlər. Ona görə də, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli Köçürmə ərizəsindən görünür ki, Şəxs tərəfindən «X4 Azərbaycan» bankında olan hesabdan 200198,25 Avro məbləğində pul vəsaiti «PAO SİBUR XOLDİNQ İNN» şirkətinin hesabına köçürülmüşdür. «X4 Azərbaycan» bankı tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şəxs tərəfindən 200198,25 Avro məbləğində olan vəsaiti bank hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin cəmiyyət tərəfindən 720 gün müddət tamam olmasına baxmayaraq mallar ölkəyə idxal olunmamış, xidmətləri göstərilməmiş və qabaqcadan ödənilmiş məbləğləri geri qaytarılmamışdır. xx.xx.2022-ci il tarixli «X4 Azərbaycan» bankın Şəxsnə ünvanladığı məktubdan görünür ki, bank tərəfindən xx.xx.2020-ci il tarixdə avans olaraq ödənilmiş 200198,25 Avro məbləğində qabaqcadan ödənişə görə alınmış mallara dair YGB Şəxs tərəfindən banka təqdim edilmişdir. **********7103, **********7192, **********7219, **********7248, **********7277, **********7295 və **********7332 nömrəli Gömrük bəyannamələri xx.xx.2020-ci il tarixdə, **********4978 nömrəli Gömrük bəyannaməsi xx.xx.2020-ci il tarixdə, **********3566, **********3600 nömrəli Gömrük bəyannamələri xx.xx.2020-ci il tarixdə, **********7495, **********7511, **********7534 nömrəli Gömrük bəyannamələri xx.xx.2020-ci il tarixdə, **********7915 nömrəli Gömrük bəyannaməsi xx.xx.2020-ci il tarixdə, **********1602 nömrəli Gömrük bəyannaməsi isə xx.xx.2020-ci il tarixdə verilmişdir. **********7103, **********7192, **********7219, **********7248, **********7277, **********7295 və **********7332 nömrəli xx.xx.2020-ci il tarixdə verilmiş Gömrük bəyannamələrindən görünür ki, Şəxs tərəfindən «PAO SİBUR XOLDİNQ İNN» şirkətinin hesabına köçürülmüş 200198,25 Avro vəsait hesabına alınan malların 93425,85 Avro (hər bir Gömrük bəyannaməsi üzrə 13346,55 Avro) dəyərində olan hissəsinin köçürülməsinə dair qeyd olunan Gömrük bəyannamələri rəsmiləşdirilməsi üçün xx.xx.2020-ci il tarixdə verilmiş və bununla bağlı «X4 Azərbaycan» bankı tərəfindən müvafiq qeydlər aparılmışdır. **********4978 nömrəli xx.xx.2020-ci il tarixdə verilmiş Gömrük bəyannaməsindən görünür ki, Şəxs tərəfindən «PAO SİBUR XOLDİNQ İNN» şirkətinin hesabına köçürülmüş 200198,25 Avro vəsait hesabına alınan malların 13346,55 Avro dəyərində olan hissəsinin köçürülməsinə dair qeyd olunan Gömrük bəyannaməsi rəsmiləşdirilməsi üçün xx.xx.2020ci il tarixdə verilmiş və bununla bağlı «X4 Azərbaycan» bankı tərəfindən müvafiq qeydlər aparılmışdır. **********3566 və **********3600 nömrəli xx.xx.2020-ci il tarixdə verilmiş Gömrük bəyannamələrindən görünür ki, Şəxs tərəfindən «PAO SİBUR XOLDİNQ İNN» şirkətinin hesabına köçürülmüş 200198,25 Avro vəsait hesabına alınan malların 26.693,1 Avro (hər bir Gömrük bəyannaməsi üzrə 13346,55 Avro) dəyərində olan hissəsinin köçürülməsinə dair qeyd olunan Gömrük bəyannamələri rəsmiləşdirilməsi üçün xx.xx.2020-ci il tarixdə verilmiş və bununla bağlı «X4 Azərbaycan» bankı tərəfindən müvafiq qeydlər aparılmışdır. **********7495, **********7511 və **********7534 nömrəli xx.xx.2020-ci il tarixdə verilmiş Gömrük bəyannamələrindən görünür ki, Şəxs tərəfindən «PAO SİBUR XOLDİNQ İNN» şirkətinin hesabına köçürülmüş 200198,25 Avro vəsait hesabına alınan malların 40.039,65 Avro (hər bir Gömrük bəyannaməsi üzrə 13346,55 Avro) dəyərində olan hissəsinin köçürülməsinə dair qeyd olunan Gömrük bəyannamələri rəsmiləşdirilməsi üçün xx.xx.2020-ci il tarixdə verilmiş və bununla bağlı «X4 Azərbaycan» bankı tərəfindən müvafiq qeydlər aparılmışdır. **********7915 nömrəli xx.xx.2020-ci il tarixdə verilmiş Gömrük bəyannaməsindən görünür ki, Şəxs tərəfindən «PAO SİBUR XOLDİNQ İNN» şirkətinin hesabına köçürülmüş 200198,25 Avro vəsait hesabına alınan malların 13346,55 Avro dəyərində olan hissəsinin köçürülməsinə dair qeyd olunan Gömrük bəyannaməsi rəsmiləşdirilməsi üçün xx.xx.2020ci il tarixdə verilmiş və bununla bağlı «X4 Azərbaycan» bankı tərəfindən müvafiq qeydlər aparılmışdır. **********1602 nömrəli xx.xx.2020-ci il tarixdə verilmiş Gömrük bəyannaməsindən görünür ki, Şəxs tərəfindən «PAO SİBUR XOLDİNQ İNN» şirkətinin hesabına köçürülmüş 200198,25 Avro vəsait hesabına alınan malların 13346,55 Avro dəyərində olan hissəsinin köçürülməsinə dair qeyd olunan Gömrük bəyannaməsi rəsmiləşdirilməsi üçün xx.xx.2020ci il tarixdə verilmiş və bununla bağlı «X4 Azərbaycan» bankı tərəfindən müvafiq qeydlər aparılmışdır. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən «X4 Azərbaycan» bankından köçürülmüş 200198,25 Avro məbləğində olan vəsait hesabına alınan malları hissə-hissə, yəni **********7103, **********7192, **********7219, **********7248, **********7277, **********7295, **********7332 nömrəli xx.xx.2020-ci il tarixdə, **********4978 nömrəli xx.xx.2020-ci il tarixdə, **********3566, **********3600 nömrəli xx.xx.2020-ci il tarixdə, **********7495, **********7511, **********7534 nömrəli xx.xx.2020-ci il tarixdə, **********7915 nömrəli xx.xx.2020-ci il tarixdə və **********1602 nömrəli xx.xx.2020-ci il tarixdə verilmiş Gömrük bəyannamələri ilə olmalqa ümumilikdə 200198,25 Avro (hər bir Gömrük bəyannaməsi üzrə 13346,55 Avro (15 ədəd Gömrük bəyannaməsi * 13346.55 Avro = 200198,25 Avro)) dəyərində olan malları tam şəkildə ölkəyə idxal etməklə, həmin mallara dair gömrük bəyannamələrini rəsmiləşdirilməsi üçün göndərmişdir. Göründüyü kimi, Şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə “X4 Azərbaycan» ASC hesabına ölkə xaricinə köçürdüyü 200198,25 Avro məbləğində vəsait hesabına olan malları hissə-hissə olaraq xx.xx.2020-ci il tarixdə tam şəkildə ölkəyə idxal etmiş və bu barədə bank tərəfindən müvafiq qeydiyyat aparılmışdır. Bu isə onu göstərir ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar «X4 Azərbaycan» bankının məktubu və yuxarıda sadalanan Gömrük bəyannamələri ilə öz təsdiqini tapır. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar