Məhkəmə qərarları › İş №3(001)-2179/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2179/2020

10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2179/2020 10.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxx 2020-ci il tarixli, №00100-1476/20 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan “xxxxxxxxxx” MMC tərəfindən 2020-ci ilin iyul ayının 14-də ölkə ərazisinə Rusiya Federasiyasından 50DT340/50ZA340 qeydiyyat nişanlı avtomaşınla idxal etdiyi 18000 kq sementlər və betonlar üçün hazır əlavələr və 2000 kq ilkin formalarda vinilasetatin yükünü Bakı Baş Gömrük İdarəsində **********7699 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilmişdir. “xxxxxxxxxx” MMC xx.xx.2020-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə 50DT340/50ZA340 qeydiyyat nişanlı avtomaşınla ünvanına daxil olmuş yüklərə dair əvvəlcədən tərtib etdiyi və gömrük orqanına elektron qaydada verildiyi **********0459 sorğu nömrəli xx.xx.2020-ci il tarixli qısa idxal bəyannaməsinin 21-ci qrafasında yük nəqliyyat vasitəsinin qeydiyyat nişanını 50DT340/50ZA340 kimi bəyan etməli olduğu halda, 50DK340/50ZA340 kimi qeyd etməklə gömrük orqanına təhrif olunmuş məlumat verdiyi müəyyən edilmişdir. Nəticədə “xxxxxxxxxx” MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/012/019023 saylı xx.xx.2020-ci il tarixli raport, **********7699 sorğu nömrəli gömrük bəyənnaməsi, **********0459 sorğu nömrəli xx.xx.2020-ci il tarixli qısa idxal bəyannaməsi, “xxxxxxxxxx” MMC-nin nümayəndəsi olan Azərbaycan Respublikası vətəndaşı X3 izahatı ilə təsdiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxxxxxxxx” MMC-nin nümayəndəsi olan Azərbaycan Respublikası vətəndaşı X1-sual zamanı bildirmişdir ki, Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından faktiki olaraq 50DT340/50ZA340 qeydiyyat nişanlı avtomaşınla ünvanımıza 18000 kq sementlər və betonlar üçün hazır əlavələr və 2000 kq ilkin formalarda vinilasetatin yükü göndərilsədə, biz qısa idxal bəyannaməsi üçün yazdığımız, bizə malları göndərən Rus şirkətindən elektron poçt vasitəsilə göndərilən CMR sənədində avtomaşının nömrəsi 50DK340/50ZA340 kimi qeyd edildiyindən bizdə xx.xx.2020-ci il tarixdə tərtib etdiyimiz **********0459 sorğu nömrəli Qısa idxal bəyannaməsində CMR sənədində qeyd olunan avtomaşının nömrəsi yazılmışdır. Ona görədə qısa idxal bəyannaməsi ilə mallara görə verdiyimiz **********7699 sorğu nömrəli gömrük bəyannaməsi arasında uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndələri məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə İdarənin və MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli №00100-1476/20 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. “xxxxxxxxxx” MMC-nin nümayəndəsi olan Azərbaycan Respublikası vətəndaşı X4 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə sorğu-sual zamanı bildirmişdir ki, “xxxxxxxxxx” MMC-nin ünvanına Rusiya Federasiyasından faktiki olaraq 50DT340/50ZA340 qeydiyyat nişanlı avtomaşınla ünvanımıza 18000 kq sementlər və betonlar üçün hazır əlavələr və 2000 kq ilkin formalarda vinilasetatin yükü qöndərilsədə, biz qısa idxal bəyannaməsi üçün yazdığımız, bizə malları göndərən Rus şirkətindən elektron poçt vasitəsilə göndərilən CMR sənədində avtomaşının nömrəsi 50DK340/50ZA340 kimi qeyd edildiyindən bizdə xx.xx.2020-ci il tarixdə tərtib etdiyimiz **********0459 sorğu nömrəli qısa idxal bəyannaməsində CMR sənədində qeyd olunan avtomaşının nömrəsi yazılmışdır. Ona görədə qısa idxal bəyannaməsi ilə mallara görə verdiyimiz **********7699 sorğu nömrəli gömrük bəyannaməsi arasında uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardadından görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi, gömrük xidməti polkovniki Gündüz Əliyev tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru X5 ünvanlanan xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Şəxs MMC-nin ünvanına xx.xx.2020-ci il tarixində 50DT340/50ZA340 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********7699 saylı GB ilə bəyan olunann zaman qısa idxal bəyənnaməsində nəqliyat vasitəsinin dartıcısının nömrəsini düzgün bəyan edilməməsi aşkar edilmişdir. İş materiallarında olan BBGİ-nin rəisi X6 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli “inzibati xəta haqqında işin aidiyyəti qzrə göndərilməsi barədə” qərardaddan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan “xxxxxxxxxx” MMC tərəfindən 2020-ci ilin iyul ayının 14-də ölkə ərazisinə Rusiya Federasiyasından 50DT340/50ZA340 qeydiyyat nişanlı avtomaşınla idxal etdiyi 18000 kq sementlər və betonlar üçün hazır əlavələr və 2000 kq ilkin formalarda vinilasetatin yükünü Bakı Baş Gömrük İdarəsində **********7699 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilmişdir. Şəxs MMC xx.xx.2020-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə 50DT340/50ZA340 qeydiyyat nişanlı avtomaşınla ünvanına daxil olmuş yüklərə dair əvvəlcədən tərtib etdiyi və gömrük orqanına elektron qaydada verildiyi **********0459 sorğu nömrəli xx.xx.2020-ci il tarixli qısa idxal bəyannaməsinin 21-ci qrafasında yük nəqliyyat vasitəsinin qeydiyyat nişanını 50DT340/50ZA340 kimi bəyan etməli olduğu halda, 50DK340/50ZA340 kimi qeyd etməklə gömrük orqanına təhrif olunmuş məlumat verdiyi müəyyən edilmişdir. Nəticədə, “xxxxxxxxxx” MMC tərəfindən AR İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. Şəxs MMC barəsində tətbiq olunmuş inzibati xəta haqqında protokolın və digər materialların baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyənnaməsində nəqliyat vasitəsinin dartıcısının nömrəsi düzgün bəyan edilməmişdir. Bununla da MMC-nin Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alınır. Məhkəmə aparılmış araşdırma zamanı müəyyən etmişdir ki, MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törədilmişdir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131, 485.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə xx xxxx 2020-ci il tarixli, №00100-1476/20 saylı protokol üzrə təqsirli bilinib, 250 (iki yüz əlli) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar