Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-218/2022 12.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-nin sahə rəisi, polis kapitanı Maqsud Mikayılovun, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Sabirabad rayonu, Cavad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, natamam orta təhsilli, Sabirabad rayonu, Cavad kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, xxxxxxx FİN-ə malik olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə rəisi, polis kapitanı Maqsud Mikayılov tərəfindən Şəxs barəsində 12.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola baxılması üçün iş materialları ilə birlikdə aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə rəisi, polis kapitanı Maqsud Mikayılov izahat verərək bildirmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3ında yaşayan vətəndaş X3 05.01.2022-ci il tarixdə, saat 19-53-də DİN-nin 102 xidməti-zəng mərkəzinə zəng edərək, yaşadığı evin həyətinə hasardan daxil olaraq hamam otağından su qızdırıcısının və elektrik qızdırıcısının naməlum şəxs(lər) tərəfindən oğurlanmasını aşkar etməsini bildirmişdir. Şübhəli bilinən Şəxs saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilmişdir. Bölmədə Şəxs izahatı alınmış, izahat verərkən törətdiyi əməli etiraf etmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 10 yanvar 2022-ci il tarixdə o, saxlanılaraq polis bölməsinə gətirilmiş və barəsində İXM-in 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. O, maddi imkanı olmadığı üçün oğurluq hadisəsi törətmişdir. Belə ki, ünvan 3ında hasardan daxil olaraq hamam otağından su qızdırıcısını və elektrik qızdırıcısını oğurlamışdır. Hazırda əməlindən peşmandır, həmçinin zərərçəkmiş şəxs X3 ilə barışıq əldə etmiş və dəymiş zərəri ödəmişdir. Ona görə də, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahat verərək bildirmişdir ki, 05.01.2022-ci il tarixdə, səhər saatlarında evi tərk edərək işə getmişdir. Həmin gün axşam ardıcıl olaraq ilk öncə anası, daha sonra isə saat 20 radələrində özü işdən çıxaraq yaşadığı ev ünvanına geri qayıtmışdır. Evə gəldikdə isə anası ona evin hasarından aşmaq yolu ilə naməlum şəxs(lər) tərəfindən ilk öncə həyətə daxil olmasını, daha sonra isə evin həyətində ayrıca birmərtəbəli tikili olan hamam otağından su qızdırıcısının və onunla üzbəüz yerləşən otaqdan bir ədəd elektrik qızdırıcısının oğurlanması barədə məlumat vermişdir. Bundan sonra isə o, həmin vaxt DİN-nin 102 xidməti-zəng mərkəzinə zəng edərək hadisə barəsində məlumat vermişdir. Ona hadisə nəticəsində 100 manat zərər dəymişdir. Hazırda o ,Şəxs ilə barışmış və ona dəymiş zərər ödənilmişdir. Ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Şəxs hazırda inzibati qaydada məsuliyyətə cəlb oluna bilməz. Belə ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətsə belə qanunvericiliyin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışdığından və dəymiş zərər ödənildiyindən barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Ona görə də, məhkəmədən Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 11.01.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-nin 4-cü PŞ-nə göndərilməsi qərara alınmışdır. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı X2 məxsus ümumi dəyəri 100 manat olan bir ədəd su qızdırıcısının və bir ədəd elektrik qızdırıcısının dələduzluq yolu ilə ələ keçirilməsi nəticəsində ona ümumilikdə 100 (yüz) manat məbləğində maddi ziyan dəymişdir. 10 yanvar 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 10 yanvar 2022-ci il tarixdə, saat 13:15-də inzibati qaydada tutulmuşdur. Şəxs barəsində tərtib edilmiş 12.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. X1 ərizəsindən görünür ki, Şəxs tərəfindən dəymiş ziyan ödənilmiş, barışıq əldə olunmuş və sonuncudan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şəxs əməli nəticəsində X2 100 (yüz) manat məbləğində maddi ziyan dəyməsi, həmin halın izahatlar və iş materiallarında olan sübutlarla öz təsdiqini tapması və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi müəyyən edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki Şəxs əməlində İXM-in 227-ci maddəsinin tərkib əlamətləri olsa da, həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 114.2.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara və qanunun tələblərinə əsasən məhkəmə hesab edir ki, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 39, 48-53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-218/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-218/2022
12.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver