Məhkəmə qərarları › İş №3(001)-2181/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2181/2020

18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2181/2020 18.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin nümyəndəsi X4, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin xx.xx.2020-ci tarixli 10 saylı qərarının ləğv edilməsi barədə şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X5 şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin xx.xx.2020-ci tarixli 10 saylı qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin 10 saylı xx.xx.2020-ci il tarixli, Azərbaycan Respublikasının Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini X2, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi üzrə törədilmiş inzibati xəta haqqında işə baxaraq, vətəndaş X5 Bakı şəhəri, Binəqədi rayonu, Höküməli qəsəbəsi ünvanında müvafiq icra hakimiyyətindən razılıq alınmadan apardığı qanunsuz tikinti işlərinin nəticəsini bir ay müddətində öz vəsaiti hesabına aradan qaldırması və tikinti işlərini apardığı sahəni əvvəlki vəziyyətinə qaytarılması, vətəndaş X5 törətdiyi hüquqpozmanın aradan qaldırılması barədə dərhal Binəqədi Rayon İcra Hakimiyyətinə məlumat verilməsini təmin etməsi, müəyyən olunmuş müddət ərzində hüquqpozma aradan qaldırılmadığı halda özbaşına tikinti işləri apardığına görə İnzibati Xətalar Məcəlləsinin 395-cİ maddəsinə əsasən 500 (beş yüz) manat miqdarında cərimə olunması və hüquqpozmanın aradan qaldırılması müvafiq icra icra hakimiyyəti tərəfindən aidiyyatı qurumlara müraciət etməklə təmin edilməsi qət edilmişdir. Qəbul olunmuş qərar tam haqsız və qanunsuz qərardır.Heç bir hüquqi əsası yoxdur.Qeyd etmişdir ki, onun qəbul edilmiş qərardan xəbəri olmayıbdır. Onun xəbəri olmadan,iştirakıolmadan belə bir qanunsuz qərar qəbul edilmişdir.Qəbul edilmiş qanunsuz qərarla qətiyyən razı deyildir. O, X5 xx.xx.1963-cü ildə Azərbaycan Respublikası, Kürdəmir Rayonunda anadan olmuşdur. 1992-ci ildən Binəqədi Rayonunda Su Nasoslarının maşinisti vəzifəsində işləyir. Ailəlidir. Bir qızı, bir oğlu vardır. Qızı da ailəlidir. Qızının yoldaşı Zığda gizli vayennidi. Neçə illər Qazaxda döyüş bölgəsində işləyibdir. Hal-hazırda Bakıda hərbidə işləyir. Oğlu subaydır. İşləmir. Evi tək o dolandırır. Çox çətinliklə dolanırlar. Hal-hazırda ailəsilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Bünyadzadə, ev9, 8 saylı mənzildə yaşamaq üçün yararsız bir otaqlı evdə çətin vəziyyətdə üç nəfər yaşayırlar. Oğlunu evləndirmək istəyir, lakin gəlin gətirməyə şəraiti olan evləri yoxdur. xx xxxxxxxx 2018-ci ildə Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çiçək massivində yerləşən 5 sot (500 m2) torpaq sahəsini çox çətinliklə borc, xərc edərək almışlar. O, oranın bir hissəsi, zaborlu yəni daş hasarla çəkilmiş vəziyyətdə yəni yarım tikili vəziyyətdə almışdır. Məqsədi o idi ki, ailəsilə birlikdə normal bir ev tikisin yəni yaşamaq üçün istifadəyə yararlı bir ev tikib və orda yaşasınlar. Aldıqları ev yarım tikili idi. Əlində yetərincə dəlil subutu var. Aldığı yer yarım tikili olduğuna görə bəzi hissələrində o, tamamlayıb və sonra isə bununla əlaqədar aidiyyatı qurumlara məlumat vermək istəmişdir. Üstünə dəmir şiferlər (yəni dam örtükləri) qoydurmuş və bir neçə daşla yarım qalmış tikilini tamamlamağa çalışmışdır. Bəzi çatışmamazlıqlar qalmışdı. O, onları almaq üçün (yəni material almaq) üçün gedib, gəldikdə görüb ki, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri əllərində heç bir əsas olmadan və məhkəmənin qərarı olmadan qanunsuz olaraq onun min bir əziyyətlə aldığı və tikdiyi balaca daxmanı söküblər. O, orda ev tikməmişdir sadəcə o alanda yarım tikili vəziyyətdə olduğuna görə üç künc vəziyyətdə daş hasar qaldırmışdır. Maddi xərci çıxmışdır. İcra hakimiyyəti ona heç bir xəbərdarlıq etmədən gəlib sökmüşdür və ona maddi1000 (min) manat dəyərində maddi zərər vurmuşdular. O, əvvəl tikilmiş yarım tikilini söküb 7-8 kamaz istifadəyə yararsız köhnə daş kubikləri çıxartdırmışdır. Məqsədi o idi ki, dam kimi etsin materialları yığıb sonra isə qanunvericiliyə uyğun gedib icazəsini alıb və tikilintiyə davam etsin. Lakin buna imkan vermədilər. Ona həm maddi, həmdə mənəvi ziyan vurdular. Onun niyyəti öncəliklə materialları üstü örtülü yerə yığıb sonra isə qanuni addımları etmək idi. Lakin buna Binəqədi Rayon İcra hakimiyyəti icazə verməmişdir. Ona çatan məlumata görə xx xxxx 2020-ci ildə iclas olub 12 iyulda isə xəbəri olmayan iclasın qərarınıona göndəriblər. Bütün bunları nəzərə alıb, Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin 10 saylı xx.xx.2020-ci il tarixli qərarını qanunsuz və əsassız hesab edilməsini və qəbul olunmuş qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 3 saylı Asan xidməti tərəfindən xx.xx.2018-ci il tarixində X3 verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X1 qeydiyyat ünvanı ünvan 2baycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə şikayət vermiş şəxsin qeydiyyat və yaşayış ünvanının ünvan 3 olmasını nəzərə alaraq iş materiallarının Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin xx.xx.2020-ci tarixli 10 saylı qərarından verdiyi şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Yasamal Rayon Məhkəməsinə göndərilsin. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar