Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2181/2023 07.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 iclas katibliyi ilə, Protokolu tərtib edən inzibati orqan - Azərbaycan Respublikasının X6nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 428.7.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikasının X6 Bakı şəhər Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının X6 Bakı şəhər Reklam idarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikasının X6nin etibarnamə üzrə nümayəndəsi X2 protokolda göstərilənləri müdafiə etdiyini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müvafiq icazə olmadan “Azumi Motors” adlı obyektin üzərində açıq məkanda reklam yerləşdirdiyi aşkar edilmişdir. Buna görə də, tərtib edilən protokol əsaslı olduğundan Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə protokolu tərtib edən idarənin nümayəndəsini dinləyərək və iş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Respublikasının X6 Bakı şəhər Reklam idarəsinin baş müfəttişi X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov 29/41 ünvanında xx.xx.2023-cü il tarixdə saat 12:18-də “Azumi Motors” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmişdir. İXM-nin 428.7.1-ci maddəsinə görə açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov 29/41 ünvanında xx.xx.2023-cü il tarixdə saat 12:18-də “Azumi Motors” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirməklə AR İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs AR İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə, Şəxs İXM-nin bu maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə törədilmiş inzibati xətanın xarakteri, şəxsin məlum olan maliyyə və əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs AR İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddədə göstərilən minimum həddə cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmçinin, həmin Məcəllənin Qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər.İş materiallarından görünür ki, Şəxs fərdi sahibkardır və VÖEN ********** əsasında fəaliyyət göstərir, buna görə də, o, İXM-nin 17-ci maddəsinin Qeyd hissəsinə əsasən vəzifəli şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Azərbaycan Respublikası İXMnin 17, 40, 43, 48-51, 110, 114-117,128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib ona inzibati tənbeh olaraq 1500 (min beş yüz) manat məbləğində cərimə təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2181/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2181/2023
07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver