Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2182/2020 30.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qarayev Rövşən İntiqam oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı- X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsindən xx xxxx 2020-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Başı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2020-ci ildə Ordubadi küçəsi, nömrəsiz evlərdən birinin həyətinə daxil olaraq X2 məxsus 2 ədəd samovar oğurlayaraq ona 320 manat həcmində maddi ziyan vurmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı- X7 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, 0.7.07.2020-ci il tarixdə saat 08:10-da Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi nömrəsiz evdə yaşayan vətəndaş X4 DİN-in 102 xidmətinə zəng edərək ona məxsus 2 ədəd samovarının oğurlanması barədə məlumat vermişdir. Həmin məlumat əsasında tərtib edilmiş raport Binəqədi RPİ-nin 4-cü PŞ-də “Cinayət xarakterli ərizə və məlumatların qeydiyyatı” kitabında “801” sayı ilə qeydiyyata alınaraq araşdırılma aparılmışdır. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi nömrəsiz evdə yaşayan vətəndaş X1 RPİ-nin 4-cü PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə keçən zaman evinin həyətyanı sahəsində olan uzun müddətdir ki, istifadə etdiyi 2 ədəd çay samovarı naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bununla da aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, vət. X2 320 manat məbləğində maddi ziyan dəymişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində MN seriyalı, ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, inzibati xəta haqqında protokolda, iş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda göstərilən və polis sahə inspektoru tərəfindən qeyd edilən əməli törətmişdir. Əməlini səmimi etiraf edir və peşmandır. Odur ki, qeyd edilənlərə əsasən ədalətli qərar qəbul edilməsini xahiş edir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 0.7.07.2020-ci il tarixdə saat 08:10-da Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi nömrəsiz evdə yaşayan vətəndaş X4 DİN-in 102 xidmətinə zəng edərək ona məxsus 2 ədəd samovarının oğurlanması barədə məlumat vermişdir. Həmin məlumat əsasında tərtib edilmiş raport Binəqədi RPİ-nin 4-cü PŞ-də “Cinayət xarakterli ərizə və məlumatların qeydiyyatı” kitabında “801” sayı ilə qeydiyyata alınaraq araşdırılma aparılmışdır xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi nömrəsiz evdə yaşayan vətəndaş X1 RPİ-nin 4-cü PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə keçən zaman evinin həyətyanı sahəsində olan uzun müddətdir ki, istifadə etdiyi 2 ədəd çay samovarı naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bununla da aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, vət. X2 320 manat məbləğində maddi ziyan dəymişdir. Lakin, sözügedən əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin tərkibinin olmaması səbəbi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, özünün etirafedici ifadəsi, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsüf edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-cü fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbyacan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə ictimai işlər tənbehinin təyin edilməsini kifayət hesab etmir. Bu qənaətini onunla əsaslandırır ki, cəmiyyətin maraqları şəxsin hüququndan üstündür. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyası çərçivəsində nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1 (bir) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx xxxx 2020-ci il saat 18:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-2182/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2182/2020
30.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver