Məhkəmə qərarları › İş №3(001)-2184/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2184/2020

03.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2184/2020 03.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayətçi «xxxxxxx» X2 etibarnamə üzrə nümayəndəsi və vəkili X3, Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X8 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X1 Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X5 şikayətində göstərmişdir ki, o, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 4000 (dörd min) manat cərimə tətbiq edilmişdir. Barəsində şikayət etdiyi MN ******* №li, xx xxxx 2020-ci il tarixli qərarda adları çəkilən X9 və X12 rəhbərlik etdiyi “xxxxxxx” MMC tərəfindən hərhansı işə cəlb edilməmişdir. Əgər həmin şəxslər “xxxxxxx” MMC tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişlərsə “xxxxxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 22.1.2-ci maddəsinə əsasən inzibati cərimə inzibati tənbeh növləri sırasına daxildir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Göründüyü kimi qanunun tələbinə görə barəsində şikayət etdiyi qərar Azərbaycan Respublikası DƏMX-nin Bakı şəhər İdarəsinin rəisi tərəfindən çıxarıla bilməzdi və bu baxımdan həmin qərar qanunsuzdur. Barəsində şikayət etdiyi Azərbaycan Respublikası DƏMX-nin Bakı şəhər İdarəsinin rəisinin MN ******* №li, xx xxxx 2020-ci il tarixli qərarının mətnindən aydın olur ki, həmin qərar xx xxxx 2020-ci il tarixli, ******* №li protokol əsasında qəbul edilmişdir. Həmin protokol tərtib edilən zaman rəhbərlik etdiyi “xxxxxxx” MMC fəaliyyət göstərməmişdir. Əgər “xxxxxxx” MMC fəaliyyət göstərmirdisə inzibati xəta necə təsbit edilib və harada təsbit edilib? Bu protokol harada təsbit edilib? Sadalananlardan tam aydın olur ki, xx xxxx 2020-ci il tarixli, ******* №li protokol tərtib edilərkən inzibati protokol haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. “xxxxxxx” MMC-nin qanuni təmsilçisi olaraq onun xx xxxx 2020-ci il tarixli, ******* №li protokol və həmin protokol əsasında çıxarılmış ******* №li, xx xxxx 2020-ci il tarixli qərar barəsində heç bir məlumatı olmamışdır. Yalnız xx.xx.2020-ci il tarixdə onun mobil telefon nömrəsinə 4000 (dörd min) manat cərimə ödənilməli olduğu barədə bildiriş daxil olduqdan sonra xx.xx.2020-ci il tarixdə barəsində şikayət etdiyi qərarı əldə edə bilmişlər. “xxxxxxx” MMC tərəfindən barəsində şikayət etdiyi fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişlər. Bu səbəblə də tam qətiyyətlə demək olar ki, inzibati xəta hadisəsi olmamışdır. Rəhbərlik etdiyi “xxxxxxx” MMC tərəfindən Azərbaycan Respublikası İnizibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmiş inzibati xətanın törədilməməsi səbəbiylə xx xxxx 2020-ci il tarixli, ******* №li protokolun və həmin protokol əsasında qəbul edilmiş Azərbaycan Respublikası DƏMX-nin Bakı şəhər İdarəsinin rəisinin MN ******* №li, xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahişdir. Məhkəmə iclasında iştirak edən Şikayətçi «xxxxxxx» X2 etibarnamə üzrə nümayəndəsi və vəkili X10 şikayətin məzmununa uyğun izahat verib və zəruri sənədləri məhkəməyə təqdim edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X15 yoxlama zamanı «xxxxxxx» X6 tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu, X4 və X7 «xxxxxxx» MMC-nin rəhbərliyi tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmədiyi, nəticədə X5 tərəfindən Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilərək Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarı ləğv edilməli, həmin iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin MN №0462504 saylı xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat miqdarında inzibati cərimə edilmişdir. Qərarda həmçinin qeyd edilmişdir ki, X9 və X12 «xxxxxxx» MMC-nin rəhbərliyi tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X16 tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, «xxxxxxx» MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, şikayətə baxılarkən müəyyən edilmişdir ki, X5 tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı öz təsdiqini tapmamışdır. İnzibati tənbeh vermə haqqında qərarda qeyd edilən şəxslərin əmək müqaviləsi olmadan işə cəlb edilmədiyi qeyd olunduğu halda, X5 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat miqdarında inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat işə baxılarkən müəyyən edilmiş hallar göstərilir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəllləsinin 115.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərar onu qəbul etmiş hakim, kollegial orqanın iclasına sədrlik edən şəxs, habelə vəzifəli şəxs tərəfindən imzalanır. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələblərinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunur ki, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsində qeyd olunur ki, hakimin, sələhiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması halı müəyyən olunduqda inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq oluna bilər. Belə olduğu halda inzibati tənbeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin rəisi tərəfindən tərtib olunmuşdur. Həmin Məcəllənin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında aparılan fiziki şəxsin izahatı alınmalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Hesab edirəm ki, X5 barəsində Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı işin bütün faktiki halları araşdırılmadan qəbul edildiyi, maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübut edilmədiyindən, hüquqi şəxs barəsində inzibati protokol tərtib olunaraq işə baxılması üçün məhkəməyə göndərilməli olduğu halda heç bir əsas olmadan X5 barəsində qərar qəbul edilməsi, şirkət fəaliyyətini rəsmi dayandırdığı və işə işçi cəlb etmədiyi halda cərimələndiyi üçün həmin qərar ləğv edilməli, işə yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şikayət qismən təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və həmin iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar