Məhkəmə qərarları › İş №3(001)-2185/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2185/2020

11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2185/2020 11.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, Qarayev Rövşən İntiqam oğlunun katibliyi, Qərarından şikayət verilən orqan-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X5 Şikayət verən X6 etibarnamə əsasında sələhiyyətli nümayəndəsi X1 iştirakları ilə, X6 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2019-cu il tarixli ******* №-li inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X10 məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2019-cu il tarixli ******* №-li inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X6 etibarnamə əsasında sələhiyyətli nümayəndəsi X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə “Asanpay.az” portalından “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tərəfindən AR İXM-nin 192.4 maddəsinə əsasən (tarix xx.xx.2019, Protokol MN 0411524) 1200 manat məbləğində cərimə olunduğu barədə SMS vasitəsilə məlumat daxil olmuşdur. Bununla bağlı xx.xx.2019-cu il tarixdə 166 N-li məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə və Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi cənab Fuad Heydərova rəsmi müraciət edərək cərimənin nəyin əsasında yazılması barədə müraciət etsə də (məktubun surəti əlavə olunur) bu günə qədər məktubuna cavab verilməmişdir.Sonradan Binəqədi Rayon İcra və Probasiya şöbəsindən qeyd olunmuş cərimə məbləğinin icraya yönəldilməsi barədə bildiriş daxil olmuşdur. Bununla bağlı Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Aynurəxanım Ağalarovaya və Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmova müraciət edərək xx.xx.2019-cu il tarixli ******* N-li Qərarın ona aid olan hissəsinin (əslinin) təqdim olunması barədə rəsmi müraciət etsə də bu günə qədər Qərar ona təqdim olunmamışdır. Hesab edirəm ki, ciddi qanun pozuntuları ilə verilmiş Qərar bilərəkdən təqdim edilmir.Nəzərinizə çatdırıram ki, sonradan adı gedən qərarın kserokopiyası qeyri rəsmi olaraq xx.xx.2020-ci il tarixdə ona təqdim olunmuşdur. Qərara əsasən guya, A.Ə.Rəsulovun və Z.Ə.Rəsulovun əmək müqavilələrinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbləri pozularaq son haqq-hesab sonuncu iş günü işəgötürən tərəfindən ödənilmədiyi müəyyən edilmişdir. Hörmətli məhkəmə heyəti müəyyən edildiyi iddia edilən faktın hansı sənədlə! əsasında müəyyən edilməsi bəlli deyildir, çünki inzibati xəta haqqında işin aparılmasından xəbərim olmayıb, bu barədə mənə rəsmi bildiriş verilməyib və məndən sabiq işçiləim barədə heç bir təsdiqləyici sənəd tələb edilməyibdir. Hesab edirəm ki, Bir şəxsin xəbəri olmadan onun inzibati məsuliyyətə cəlb olunması insan hüquqlarının və təqsirsizlik prezumpsiyasınm kobud şəkildə pozulması və İXM -nin 61.1.1, 61.1.2, 61.1.3-cü maddələrində qeyd olunmuş hüqularımm kobud şəkildə məhdudlaşdırılması halıdır. Adları çəkilən işçilərə son haqq-hesab 2019-cu ilin iyun ayının əmək haqqları ilə birlikdə hesablanaraq xx.xx.2019-cu il tarixdə ödənilmişdir. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X11 protokolun əsəslı olduğunu və şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “xxxx” MMC-nin direktoru X8 barəsində Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsi ilə 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” Construction MMC-nin direktoru Elşən Məmmədovun 319 K nömrəli xx xxxxxx 2020-ci il tarixli “Əmrinin çıxarışından və Əmək müqaviləsinə xitam verilməsilə bağlı əmək müqaviləsi bildiriş”-lərindən görünür ki, həmin müəssisədə rəngsaz kimi çalışan işçilər X4 və X7 əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə xitam verilmişdir. İş materiallarında olan Kapital Bankın ödəniş kartı üzrə elektron çıxarışından görünür ki, X7 “VSDC Electron Salary” kart üzrə xx.xx.20190-cu il tarixdə 431 manat mədaxil olunmuş, xx.xx.2019-cu il tarixdə isə qeyd olunan məbləğ məxaric edilmişdir. İş materiallarında olan ödəniş kartı üzrə elektron çıxarışından görünür ki, X2 “VSDC Electron Salary” kart üzrə müvafiq olaraq xx.xx.2019-cu il tarixdə 1200 manat mədaxil olunmuş, həmin tarixdə də 1000 və 200 manat olmaqla iki dəfə məxaric edilmişdir.Həmçinin həmin çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdə 2162 manat mədaxil olunmuş, xx.xx.2019-cu il tarixdə iki dəfə 1000 manat və xx.xx.2019-cu il tarixdə isə 162 manat olmaqla məxaric edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İşin təsvir edilmiş hallarından göründüyü kimi, inzibati xəta hadisəsi xx xxxx 2019-cu il tarixədə baş vermişdir. Əmək qanunvericiliyinin pozulması isə (İXM: maddə 192.4) növünə görə “Siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xətalar”dır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə bu növ inzibati xətaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Belə olan halda aydın olur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sözügedən inzibati xətaya görə ən geci xx xxxxxxx 2019-cu il tarixə kimi məsuliyyətə cəlb edilə bilərdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0-cı maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:.... 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda. Həmin Məcəllənin 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X6 Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx xxxxxx 2019-cu il tarixli MN ******* saylı qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-438-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : X6 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2019-cu il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2019-cu il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X6 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinib 1200 manat cərimə edilməsi ilə bağlı iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar