Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2186/2024 09.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin baş əmək müfəttişi X9 tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 13 mart 2024-cü il tarixli İnzibati xəta haqqında protokola əsasən, hüquqi şəxs Şəxs MMC əmək müqaviləsi hüquqi qüvvəyə minmədən vətəndaş Şahid xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ilədək sürücü işinin yerinə yetirilməsinə cəlb etmişdir. Buna görə hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə İnzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək, hüquqi şəxs Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Nümayəndə H.A.Quliyev verilmiş suallara cavab olaraq bildirmişdir ki, hüquqi şəxs Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi və Əmək müqaviləsinə xitam verilməsi barədə 24 yanvar 2024-cü il tarixli 01 nömrəli Əmrdə göstərilən məlumatlarla təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Nümayəndə inzibati xəta haqqında protokolun dəlilləri ilə razılaşmayaraq izahatında bildirmişdir ki, hüquqi şəxs Şəxs MMC 16 iyun 2023-cü il tarixdə dövlət qeydiyyatından keçməsinə baxmayaraq 2023-cü iyun ayında fəaliyyət göstərməmişdir. Cəmiyyətin əsas fəaliyyəti yol tikintisində daşınma xidmətindən ibarət olmuşdur. “X10” MMC ilə 20 iyun 2023-cü il tarixdə bağlanmış Xidmət müqaviləsinə əsasən Şəxs MMC işğaldan azad edilmiş rayonlarda, yəni “Füzuli-Ağdam” layihəsində 01 iyul 2023-cü il tarixdən 20 yanvar 2024-cü il tarixə qədər olan dövrdə daşınma xidməti göstərmişdir. Qeyd olunan işlər 01 iyul 2023cü il tarixdən icarəyə götürülmüş maşın-texnikalar vasitəsilə yerinə yetirilmişdir. Şahid Aliyabas oğlu ilə Şəxs MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən o, sürücü vəzifəsinə qəbul edilmiş, lakin işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Belə ki, həmin dövrdə cəmiyyət sürücü işinə yararlı ola biləcək şəxslərin axtarışı ilə məşğul olmuş, 01 iyul 2023-cü il tarixdən başlayacaqları daşınma işinə hazırlıq görmüşdür. İcarəyəverən “X12” MMC-in mülkiyyətində olan avtonəqliyyat və mexaniki nəqliyyat vasitələrini 01 iyul 2023-cü il tarixdən Şəxs MMC-yə icarəyə verəcəyi qətiləşdiyindən Şahid Aliyabas oğlunun əmək müqaviləsi xx.xx.2023-cü ildə sistemə daxil edilmiş və o, 01 iyul 2023-cü ildən sürücü kimi işçlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Şahid Aliyabas oğluna öncədən xüsusi təyinatlı texnikaların 01 iyul 2023-cü il tarixdən icarəyə götürüləcəyi halda məhz həmin tarixdən işə başlaya biləcəyi barədə məlumat verilmiş, Şahid başqa yerdə işlədiyindən 01 iyul 2023-cü il tarixin onun üçün uyğun olduğunu bildirdiyindən, bir növ onu itirməmək üçün onunla öncədən əmək müqaviləsi bağlanmış, lakin heç bir işin yerinə yetirilməsinə cəlb edilməmişdir. Cəmiyyət bunu istəsə idi belə bu mümkün deyildi, çünki Şahid həmin dövrdə başqa yerdə işləmişdir. Qeyd olunanları və hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törədilmədiyini nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: X6 “mailto:zeris3392504@gmail.comElektron ünvan 1” elektron poçt ünvanından 01 fevral 2024-cü ildə saat 3:15-də X7 Xidmətinin “mailto:demx@sosial.gov.azElektron ünvan 2” elektron poçt ünvanına göndərdiyi müraciətində göstərilmişdir: “Şahid xx.xx.1969 Yaşadığı yer Şirvan şəhəri Z.Tağıyev küç ev 53 iş yerinin adı Kristal Yol 020 MMC şirkətin müdiri Tural Akif oğludu onun əlaqə nömrəsi 050 451 41 31 di. Mən bu gün 2023 12 tarixinin əmək haqqını aldım işdən istədiyi vaxt cıxardır işə istədiyi vaxtda çağırır. Heç bir ərizə qol işçi tərəfindən imzalanmır. Əmək kartını özündə saxlayır heç bir işçiyə vermir kartı. Ayın 24 işdən çıxmağa xitam verilib yanvar ayının əmək haqqını özü istədiyi formada işdən çıxdığım üçün mexanikdən əlaqə saxladıb mexanik verir. 1000 azn əmək haqqı alıram vedmosta imza atıram. Amma 400 manatla pensiyonu vergi ödənişi edir. Qeyri qanuni özünə sərf edən formada şoferləri işlədir və sair. Çox əmək müqaviləsini pozur. Bir söz soruşanda deyir heç kim mənə heç nə edə bilməz. Mən lazımı adamları yedizdim. Şəxsiyyət vəsiqəmin fin kodu 5LN4859. Öz əlaqə nömrəm 050 339 25 04.” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş çıxarışdan görünür ki, Şəxs MMC xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır. Dövlət qeydiyyat nömrəsi (VÖEN) **********, təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət, Hüquqi ünvanı: AZ1130, ünvan 1 Bir tərəfdən “X10” MMC (sifarişçi) ilə digər tərəfdən Şəxs MMC (icraçı) arasında bağlanmış 20 iyun 2023-cü il tarixli 23-NWT-FZL-714 nömrəli Xidmət müqaviləsindən görünür ki, Şəxs MMC (icraçı) “Füzuli-Ağdam” layihəsində tam təchiz olunmuş saz vəziyyətdə olan xüsusi təyinatlı texnikalar ilə daşınma xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür. Bir tərəfdən “X12” MMC (icarəyəverən) ilə digər tərəfdən Şəxs MMC (icarəyəgötürən) arasında bağlanmış 20 iyun 2023-cü il tarixli 01/K020 nömrəli Nəqliyyat vasitələrinin icarə müqaviləsindən görünür ki, icarəyəverən qanuni əsaslarla mülkiyyətində olan Avtonəqliyyat və mexaniki nəqliyyat vasitələrini 01 iyul 2023-cü il tarixdən icarəyə verir, İcarəyəgötürən isə qeyd olunan nəqliyyat vasitələrini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir. “X12” MMC (icarəyəverən) ilə Şəxs MMC (icarəyəgötürən) arasında bağlanmış 20 iyun 2023-cü il tarixli 01/K020 nömrəli Nəqliyyat vasitələrinin icarə müqaviləsinə əsasən icarəyə verilmiş maşın-texnikaların 01 iyul 2023-cü il tarixli təhvil-qəbul Aktından görünür ki, “X12” MMC siyahıda markaları və dövlət nömrə nişanları göstərilmiş avtonəqliyyat və mexaniki nəqliyyat vasitələrini Şəxs MMC-yə həmin tarixdə təhvil vermişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şahid Aliyabas oğlu ilə işəgötürən Şəxs MMC ilə xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü ildə sistemə daxil edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə 24 yanvar 2024-cü il tarixli 01 nömrəli Əmrdən görünür ki, “Nəqliyyat sahəsi” bölməsində “sürücü” vəzifəsində işləyən Şahid ilə bağlanmış 5LN********** nömrəli əmək müqaviləsinə “AR ƏM-in 68.2.2 “a”-tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmiş, işçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 12 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibatlığa həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsi İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyət yaradır. Halbuki, məhkəmə araşdırmaları zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC tərəfindən vətəndaş Şahid əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilməmişdir. Belə ki, “mailto:zeris3392504@gmail.comElektron ünvan 1” elektron poçt ünvanından 01 fevral 2024-cü il tarixdə saat 3:15-də X7 Xidmətinin “mailto:demx@sosial.gov.azElektron ünvan 2”elektron poçt ünvanına göndərilmiş müraciətdə vətəndaş Şahid əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ilədək sürücü işinin yerinə yetirilməsinə cəlb edildiyini bildirməmiş, əmək haqqının düzgün rəsmiləşdirilməməsindən şikayətlənmişdir. X7 Xidməti isə vətəndaş Şahid elektron müraciəti ilə əlaqədar Xidmətə dəvət edib izahatını almamışdır. Bu məsələ məhkəmədə araşdırma mövzusu olmuş, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsindən vətəndaş Şahid yazılı izahatının alındığı halda məhkəməyə təqdim olunması istənilmiş, lakin həmin şəxsin izahatının alınmadığı müəyyən edilməmişdir. Məhkəmə Şahid iş materiallarında olan mobil telefon nömrəsinə Elekron Məhkəmə İnformasiya Sistemi vasitəsilə sms göndərsə də, habelə onunla telefon əlaqəsi yaradılsa da, o, məhkəməyə gəlməmişdir. Belə olan halda aydın olur ki, X7 Xidməti Bakı şəhər idarəsi hüquqi şəxs Şəxs MMCin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolu Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindəki məlumatlar və Əmək müqaviləsinə xitam verilməsi barədə 24 yanvar 2024-cü il tarixli 01 nömrəli Əmrdə göstərilənlər əsasında tərtib etmişdir. Belə ki, işdə olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şahid Aliyabas oğlu ilə işəgötürən Şəxs MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü ildə sistemə daxil edilmiş, Əmək müqaviləsinə xitam verilməsi barədə 24 yanvar 2024-cü il tarixli 01 nömrəli Əmrdə isə işçinin iş dövrü olaraq xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan dövr götürülmüşdür. Məhkəmə hesab edir ki, qeyd olunan bidirişdəki və əmrdəki məlumatlar əsasında vətəndaş Şahid əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ilədək sürücü işinin yerinə yetirilməsinə cəlb edildiyini iddia etmək və buna görə hüquqi şəxs Şəxs MMC-in barəsində cəriməsi kifayət qədər yüksən olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmək qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə görə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. Başqa sözlə qanunda məsuliyyət əmək müqaviləsinə dair bildirişin sistemə gec daxil edilməsinə görə deyil, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə nəzərdə tutulmuşdur. Bununla bağlı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi Nümayəndə məhkəmədə bildirmişdir ki, Şəxs MMC “Füzuli- Ağdam” layihəsində xüsusi təyinatlı texnikalarla daşınma xidmətləri göstərməyi planlaşdırdığından sürücü axtarışına başlamış, Şahid Aliyabas oğlunun məlumatları həmin işdə işləməsinə imkan verdiyindən onunla fərdi söhbət aparılmış, öncədən ona xüsusi təyinatlı texnikaların 01 iyul 2023-cü ildən icarəyə götürüləcəyi halda məhz həmin tarixdən işə başlaya biləcəyi barədə məlumat verilmiş, Şahid başqa yerdə işlədiyindən 01 iyul 2023-cü il tarixin onun üçün uyğun olduğunu bildirdiyindən, bir növ onu itirməmək üçün onunla öncədən əmək müqaviləsi bağlanmış, lakin o, heç bir işin yerinə yetirilməsinə cəlb edilməmişdir. Cəmiyyət bunu istəsə idi belə bu mümkün deyildi, çünki Şahid həmin dövrdə, yəni xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək başqa yerdə rəsmi olaraq işləmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə 24 yanvar 2024-cü il tarixli 01 nömrəli Əmrdə Şahid iş dövrü olaraq xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan dövrün götürülməsi isə onun xx.xx.2023-cü ildən işlərin yerinə yetirilməsinə cəlb edilməsi kimi qiymətləndirilməməlidir. Çünki, hüquqi şəxs Şəxs MMC bunu işdən öz xahişi ilə ayrılan Şahid maddi təminatının daha da yaxşılaşdırılması üçün etmişdir. Nümayəndə bildirdikləri “X10” MMC ilə Şəxs MMC arasında bağlanmış 20 iyun 2023cü il tarixli 23-NWT-FZL-714 nömrəli Xidmət müqaviləsi, “X12” MMC ilə Şəxs MMC arasında bağlanmış 20 iyun 2023-cü il tarixli 01/K020 nömrəli Nəqliyyat vasitələrinin icarə müqaviləsi və İcarəyə verilmiş maşın-texnikaların 01 iyul 2023-cü il tarixli təhvil-qəbul Aktındakı məlumatlarla da təsdiq olunur. Beləliklə, təsvir olunanlardan görünür ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil, hüquqi şəxs Şəxs MMC-in əmək müqaviləsi hüquqi qüvvəyə minmədən vətəndaş Şahid xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ilədək sürücü işinin yerinə yetirilməsinə cəlb etməsinin sübut olunmasında şübhələr yaranmışdır və yaranmış şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün deyil. Belə ki, vətəndaş Abasov X5 Əmək Müfəttişliyi Xidmətinin elektron poçt ünvanına göndərilmiş müraciətində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ilədək sürücü işinin yerinə yetirilməsinə cəlb edildiyini bildirməmiş, X7 Xidməti vətəndaş X3 Xidmətə dəvət edib elektron müraciəti ilə əlaqədar izahatını almamışdır. Bununla yanaşı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in nümayəndəsinin öz müdafiəsi üçün gətirdiyi yuxarıda qeyd olunan dəlillər onların yoxlanılması zamanı təsdiqini tapmışdır. Bu dəlilləri təsdiq edən sübutlar “X10” MMC ilə Şəxs MMC arasında bağlanmış 20 iyun 2023-cü il tarixli 23-NWT-FZL-714 nömrəli Xidmət müqaviləsi, “X12” MMC ilə Şəxs MMC arasında bağlanmış 20 iyun 2023cü il tarixli 01/K020 nömrəli Nəqliyyat vasitələrinin icarə müqaviləsi və İcarəyə verilmiş maşın-texnikaların 01 iyul 2023-cü il tarixli təhvil-qəbul Aktındakı məlumatlardır. Məhkəmə hesab edir ki, qeyd olunanlar hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsində və inzibati xəta törətməkdə hüquqi şəxs Şəxs MMC-in təqsirinin sübut olunmasında yaranan ciddi şübhələrdir, həmin şübhələr inzibati xəta haqqında protokolun mötəbərliyini şübhə altına alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İşin təsvir edilmiş qeyd edilən mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından hüquqi şəxs Şəxs MMC ilə bağlı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta hadisəsi olmadığından hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 13 mart 2024-cü il tarixli İnzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-2186/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2186/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver