Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2190/2020 04.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru X6, Tələbkar X3, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, “xxxxxxxxxxx” MMC-də mühəndis vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 mənzil 118 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdim: Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 rayon Məhkəməsinə müraciət edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında material onunla əsaslandırılmışdır ki, icra sənədinə əsasən borclu Şəxs icra sənədində sadalanan əmlakların dəyərindən 5.040 (beş min qırx) manat və 12 ədəd əmlakın dəyəri alınaraq X4 ödəməlidir. Borclu borcunu ödəməmiş, 5.040 manatı ödəməkdən yayınmışdır. Qeyd olunanlara əsasən icra məmuru X2 Vaqif Vidadi oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayon icra və probasiyası şöbəsinin icra məmuru X17 məhkəmə prosesində verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətdiyi üçün barəsində protokol tərtib olunduğunu, onun inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, bildirmişdir ki, Naxçıvan şəhər Məhkəməsinin 2(078)-616/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən əmlakların dəyərindən ödənilməmiş 5000 manat borcu qalmışdır. O, “xxxxxxxxxxx” MMCdə mühəndis vəzifəsində işləyir. Həmin borcu ödəyə bilməmişdir. Belə ki, pandemiya dövrünə düşdüyünə görə işə mütəmadi çıxa bilməmiş, aldığı 1370 manat əmək haqqının 625 manatını kredit borcuna çıxıblar. Borcun hissə-hissə ödənilməsi barədə Naxçıvan şəhər məhkəməsinə müraciət etmiş, lakin məhkəmə ərizəsini təmin etməmişdir. Məhkəmə qərarını icra etməkdən yayınmır, ayda 400 manat tələbkar X5 ödəməyə razıdır. Borcun əmək haqqısına yönəldilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X8 bildirmişdir ki, o, icra məmuru tərəfindən tərtib olunmuş protokolla razıdır, borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil borclu Şəxs qərəzli olaraq borcundan yayınmamasını və borcu borclunun əmək haqqısına yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi əlavə olaraq bildirmişdir ki, icra məmurunun işə səthi yanaşması səbəbindən bu günə qədər borc icra edilməmişdir. Belə ki, borclu işləyir və onun sabit əmək haqqısı var borc bu günə qədər əmək haqqına yönəldilsəydi mübahisə həll olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq proses iştirakçılarını dinləyib iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas yoxdur. İş materiallarında olan Naxçıvan şəhər Məhkəməsinin 2(078)-616/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən X7 məxsus olan cehiz əşyaları: “İstikbal” markalı qonaq otağı mebel dəsti (1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd jurnal stolu, 1 ədəd güzgülü servant, 1 ədəd şüşəli kamot, 1 ədəd televizor altlığı, 1 ədəd stol, 6 ədəd stul) və ya onların cəmi dəyəri olan 8000 manat, ağ rəngli “İstikbal” markalı yataq otağı mebel dəsti (2 nəfərlik yataq çarpayısı (baza ilə), 1 ədəd bəzək stolu, 1 ədəd stul, 1 ədəd sürgülü şifoner, 2 ədəd tumba) və ya onların cəmi dəyəri olan 6000 manat, dəhliz mebeli (1 ədəd güzgülü şifoner) və ya onun dəyəri olan 600 manat, 1 ədəd “LG” markalı paltaryuyan və ya onun dəyəri olan 1000 manat, 1 ədəd “LG” markalı qabyuyan və ya onun dəyəri olan 1000 manat, 1 ədəd “Hitachi” markalı soyuducu və ya onun dəyəri olan 1*300 manat, 1 ədəd “LG” markalı 121 sm diaqonal qara rəngli televizor və ya onun dəyəri olan 1400 manat, 1 ədəd “Panasonic” markalı ətçəkən və ya onun dəyəri olan 250 manat, 1 ədəd ütü stolu və ya onun dəyəri olan 80 manat, 2 ədəd “Pierre Cardin” markalı qonaq otağı xalçası və ya onların cəmi dəyəri olan 1300 manat, 1 ədəd “Royal” markalı yataq otağı xalçası və ya onun dəyəri olan 500 manat, 1 ədəd “Pierre Cardin” markalı dəhliz xalçası və ya onun dəyəri olan 300 manat, 1 ədəd “Pierre Cardin” markalı uşaq otağı xalçası və ya onun dəyəri olan 300 manat, 2 ədəd balaca ayaqaltı xalça və ya onların cəmi dəyəri olan 40 manat, 1 ədəd qonaq otağı üçün çilçıraq və ya onun dəyəri olan 550 manat, 1 ədəd yataq otağı üçün çilçıraq və ya onun dəyəri olan 400 manat, 1 ədəd uşaq otağı üçün çilçıraq və ya onun dəyəri olan 100 manat, 2 ədəd yataq otağı üçün gecə işıqları və ya onların cəmi dəyəri olan 100 manat, qonaq otağı üçün qəhvəyi rəngli pərdə və ya onun dəyəri olan 700 manat, yataq otağı üçün bənövşəyi rəngli pərdə və ya onun dəyəri olan 450 manat, uşaq otağı üçün qəhvəyi rəngli pərdə və ya onun dəyəri olan 350 manat, “Pierre Cardin” markalı çəngəl dəsti hər birindən 12 ədəd 120 hissə və ya onların cəmi dəyəri olan 1200 manat, “Pierre Cardin” markalı qabların hər birindən 12 ədpd və ya onların cəmi dəyəri olan 1500 manat, “Pierre Cardin” markalı böyük, orta və kiçik ölçülü 12 ədəd stəkan və ya onların cəmi dəyəri olan 1000 manat, “Tom” firması 2 əcfəd xrustal meyvə qabı və'ya onların cəmi dəyəri olan 600 manat, 2 ədəd böyük xrustal çərəz qabı və ya onların cəmi dəyəri olan 450 manat, 2 ədəd mürəbbə qabı və ya onların cəmi dəyəri olan 220 manat, 1 ədəd külqabı və ya onun dəyəri olan 100 manat, 1 ədəd qənd qabı və ya onun dəyəri olan 110 manat, 1 ədəd paxlava formalı meyvə qabı və ya onun dəyəri olan 300 manat, 12 ədəd xrustal stəkan dəsti və ya onların dəyəri olan 360 manat, 2 ədəd limon qabı və ya onların cəmi dəyəri olan 50 manat, 2 ədəd şamdan və 1 ədəd lampa və ya onların cəmi dəyəri olan 350 manat, “VVeimar” firmasının kobalt meyvə qabı və ya onun dəyəri olan 550 manat, 1 ədəd dekor kobalt qab və ya onun dəyəri 500 manat, 3 ədəd qızıl suyuna salınmış Türkiyə istehsalı qab və ya onların dəyəri olan 500 manat, 2 ədəd qəhvəyi rəngli “Bohema” markalı vaza və ya onların cəmi dəyəri olan 300 manat, 6 ədəd rəngli qədəh dəsti və ya onların cəmi dəyəri olan 150 manat, 1 ədəd qara kobalt konfet qabı və ya onun dəyəri olan 400 manat, 1 ədəd “Gold” markalı vaza və ya onun dəyəri olan 800 manat, 12 ədəd kobalt nəlbəki dəsti və ya onların cəmi dəyəri olan 540 manat, 6 ədəd mürəbbə qabı (rozetka) dəsti və ya onların cəmi dəyəri olan 120 manat, 5 ədəd süfrə və ya onların cəmi dəyəri olan 300 manat, yataq üçün 7 dəst və ya onların cəmi dəyəri olan 700 manat, “Tac” firmasının ağ rəngli yataq örtüyü və ya onun dəyəri olan 500 manat, “Eyfel” yazılı bənövşəyi rəngli yataq örtüyü və ya onun dəyəri olan 1000 manat, 1 ədəd qaz tükündən yorğan və 4 ədəd qaz tükündən yastıq və ya onların cəmi dəyəri olan 400 manat, həmçinin S.Ə.Naibovaya məxsus olan qızıl-zinət əşyaları: ağ qızıl ilə brilliant dəsti (2 ədəd sırğa, 1 ədəd klon, 1 ədəd üzük) və ya onların dəyəri olan 450,0 manat, 1 ədəd 750 əyarlı bilərzik qara dəri kəmərli qızıl və ya onun dəyəri olan 900 manat, 1 ədəd 750 əyarlı qarışıq sarı və ağ qızıldan bilərzik və ya onun dəyəri olan 1200 manat, 1 ədəd 585 əyarlı üzərində qara kəmər qızıl üzük və ya onun dəyəri olan 200 manat, 1 ədəd “Apple watch” markalı saat və ya onun dəyəri olan 700 manat, tərəflərin birgə nikahı dövründə əldə etdikləri “Wolkswagen Polo” markalı, buraxılış ili 2012-ci il olan, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 12000 (on iki min) manat pulun yarısı, yəni 6000 (altı min) manat iş üzrə cavabdeh Şəxs alınaraq iş üzrə iddiaçı X7 qaytarılması, iddia ərizəsində dəyəri 700 manat kimi qeyd olunmuş 1 ədəd “Regal” markalı 106 sm diaqonal qara rəngli televizor, dəyəri 100 manat kimi qeyd olunmuş 1 ədəd qonaq otağı üçün tablo, dəyəri 70 manat kimi qeyd olunmuş 1 ədəd dəhliz üçün tablo, dəyəri 50 manat kimi qeyd olunmuş 1 ədəd yataq otağı üçün tablo, cəmi dəyəri 500 manat kimi qeyd olunmuş 1 ədəd qaz plitəsi və 1 ədəd aspirator, dəyəri 500 manat kimi qeyd olunmuş Çexiya istehsalı xrustal divar saatı tərəfləin birgə niukahları dövründə əldə etdikləri əmlaklar hesab olunsun və tərəflər arasında bərabər qaydada bölünməsi qət edilmişdir. Bakı şəhəri Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X15 xx.xx.2019-cu il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edərək, tələbin könüllü icrası üçün Şəxs bildiriş göndərmiş, tələb könüllü icra edilmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyinə dair xəbərdarlıq göndərmişdir. Bakı şəhəri Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X15 xx.xx.2019-cu il tarixdə “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərar qəbul edərək, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1.2-ci maddəsinə əsasən Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-616/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədini icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ələddin Hüseynov xx.xx.2019-cu il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edərək, tələbin könüllü icrası üçün Şəxs bildiriş göndərmiş, tələb könüllü icra edilmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyinə dair xəbərdarlıq göndərmişdir. İş materiallarında olan tələbkar X8 tərəfindən yazılmış iltizamdan görünür ki, Naxçıvan şəhər məhkəməsinin 2(078)-616/2018 sayı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, Şəxs qızıl-zinət əşyaları; ağ qızıl ilə brilliant dəsti (2 ədəd sırğa, 1 ədəd klon, 1 ədəd üzük), 1 ədəd 750 əyarla qara dərili qızıl bilərzik, 1 ədəd 750 əyarlı qarışıq sarı və ağ qızıldan bilərzik, 1 ədəd 585 əyarlı qara kəmərli qızıl üzük, 1 ədəd apple watch saatı almış, həmin zinət əşyaları ona məxsusdur. İş materiallarında olan tələbkar X8 tərəfindən yazılmış ərizədən görünür ki, Naxçıvan şəhər məhkəməsinin 2(078)-616/2018 sayı, xx.xx.2018-ci il tarixli icra vərəqəsində göstərilən birgə nikah dövründə əldə etdikləri əmlak bərabər paylarda bölünmüş, həmin əmlakdan 960 manat borclu Şəxs payına düşmüş və tələbkara olan borcdan çıxılmışdır. Şəxs ona 5040 manat borcu qalmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 8(108)-02/2020 saylı qərardadından görünür ki, Şəxs şikayəti təmin edilməyərək, Naxçıvan şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(078)-12/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə borclu Şəxs iş yerinin olmasını, qeyd olunan borcun əmək haqqına yönəldilməsinin icra məmuru tərəfindən hərəkətsiz qalmasını nəzərə alaraq hesab edir ki, hazırkı məqamda onun icra sənədini icra etməkdən qəsdən və qərəzli olaraq yayınması müəyyən olunmur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməl olduğunu xüsusilə qeyd edərək hesab edir ki, borclu Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətan tərkibi olmadığı üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, MN №0390481 saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-2190/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2190/2020
04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver