Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2192/2021 03.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X10 iclas katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X6, X1, X3, X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnun, Müdafiəçi – Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1965-ci il tarixdə Gürcüstan Respublikası,Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, hal-hazırda subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxsnun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X14 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Binəqədi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müyyən etdi: Binəqədi rayon İcra şöbəsinin icra məmuru X14 tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şəxs qızının inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 03 iyun 2021-ci il tarixli, MN № ******* saylı protokola əsasən məlum olur ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-9387/2015 saylı, 21 dekabr 2015-ci il tarixli icra sənədinə əsasən iddiaçılar X4, X2 və X7 cavabdeh Şəxs qarşı “cinayət əməli nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi barədə” iddia ərizəsi təmin olunmuş, cavabdeh Şəxs X7 xeyrinə 23 500 (iyirmi üç min beş yüz) manat, X3 xeyrinə 35 600 (otuz beş min altı yüz) manat, X2 xeyrinə 7 000 (yeddi min) manat məbləğində vəsait tutularaq iddiaçılar X8, X5 və X20 oğluna ödənilməsi qət edilmişdir. Buna görə də, icra məmuru tələbin Şəxs tərəfindən tam icra olunmamasına əsaslanaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barəsində qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra şöbəsinin icra məmuru X14 protokolda göstərilənləri nəzərə alaraq təqdimatın təmin olunmasını və Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – (borclu) Şəxs bildirdi ki, maddi vəziyyəti ağır olduğuna və hal-hazırda işləmədiyinə və həbsdən yeni çıxdığına görə məhkəmə qərarını tam icra edə bilmir.Buna görə də, məhkəmədən qadın olmasını və maddi vəziyyətini nəzərə alaraq ona inzibati qaydada yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin maddi vəziyyəti ağır olduğuna və işləmədiyinə və həbsdən yeni çıxdığına görə məhkəmə qərarını tam icra edə bilmir.Buna görə də, məhkəmədən ona qadın olmasını və maddi vəziyyətini nəzərə alaraq inzibati qaydada yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən X9 Əliağa qızı, X13, X15 borclunun maddi imkanı olduğu halda uzun müddət icra sənədini icra etmədiyini nəzərə alaraq borclu Şəxs ciddi şəkildə cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra şöbəsinin icra məmuru X14 uzun müddət ərzində icra üzrə icra sənədi üzrə borcunu ödəmədiyini və bunun nəticəsində tələbkarların çoxsaylı şikayətlər etdiyini və protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə (borclunu) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, müdafiəçini, tələbkarları, icra məmurunun çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Beləki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, uzun müddət ərzində icra sənədi üzürsüz səbəbdən tam icra olunmamış, borclu Şəxs özünün gündəlik işlərdən qazancının olmasına baxmayaraq icra sənədinin icra edilməməsində Şəxs təqsiri sübuta yetirilmişdir. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs qızının şəxsiyyətini, məhkəmə qərarının uzun müddət tam icra olunmadığını və nəticədə bunun icra sənədi üzrə vəsaiti almalı olan tələbkarları uzun müddət maddi sıxıntıya məruz qoyduğunu, bunun tələbkarların çoxsaylı əsaslı şikayətlərinə səbəb olduğunu, həmçinin yüngülləşdirici hallar qismində təqsirləndirilən şəxsin il ərzində ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu, təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, gələcəkdə borcu ödəməyə söz verdiyini, borclunun qadın olmasını nəzərə alaraq borclu Şəxs inzibati qaydada cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə təqsirli bilinsin və inzibati tənbeh olaraq 500 (beş yüz) manat inzibati qaydada cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2192/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2192/2021
03.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver