Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2195/2020 13.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru X7, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 rayon Məhkəməsinə müraciət edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında material onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 10800 manat tələbkar X4 ödəməlidir. Borclu borcunu ödəməmiş, 7820 manatı ödəməkdən yayınmışdır. Qeyd olunanlara əsasən icra məmuru X1 Leyla Oqtay qızı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayon icra və probasiyası şöbəsinin icra məmuru X10 məhkəmə prosesində verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətdiyi üçün barəsində protokol tərtib olunduğunu, onun inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2910/2011 saylı xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən X4 3000 manat ödəniş etmiş, 7820 manat borcu qalmışdır. K.Cahangirova ilə razılaşmışlar ki, hər ay 200 manat miqdarında ona ödəniş etməlidir, mart ayına qədər ödənişləri etmişdir, sonra özü koronavirus xəstəliyinə tutulduğu üçün işləməmiş və ödənişləri edə bilməmişdir. O, hazırda “Modul” xəstəxanasında işləyir. Hər ay hissə-hissə ödəyəcəyinə söz verir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X11 borclu Şəxs qərəzli olaraq borcundan yayınmamasını nəzərə alaraq barəsində icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq proses iştirakçılarını dinləyib iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas yoxdur. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 2(001)-2910/2011 saylı xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən iddia qismən təmin edilərək, cavabdeh Şəxs X3 xeyrinə 10800 manat borc və 20 manat dövlət rüsumu, cəmi 10820 manat borc tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rəşad Əliyev xx.xx.2011-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edərək, tələbin könüllü icrası üçün Şəxs bildiriş göndərmiş, tələb könüllü icra edilmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyinə dair xəbərdarlıq göndərmişdir. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 3(001)-943/2011 saylı xx.xx.2011-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən xəbərdalıq edilmişdir. İş materiallarında olan tələbkar X5 tərəfindən yazılmış xx.xx.2012-ci il tarixli ərizədən görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2910/2011 saylı xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 10800 manat məbləğində borc və 20 manat dövlət rüsumu, cəmi 10820 manat tutulması qət edilmişdir. Borclu borcunu ödəməkdən yayınır və Azərbaycan Respublikasını tərk etmək istəyir. Şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılmasını xahiş etmişdir. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 8(001)-735/2012 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Əliş Salahovun təqdimatı təmin edilərək, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(001)-2910/2011 saylı icra sənədi üzrə borclu – xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Şəxs ölkədən getmək hüququ icra sənədinin icrası başa çatanadək məhdudlaşdırılmışdır. Məhkəmə borclu Şəxs iş yerinin olmasını, qeyd olunan borcun əmək haqqına yönəldilməsinin icra məmuru tərəfindən təmin edilməməsini, ölkə ərazisində karantin rejimi ilə əlaqədar iş yerlərinin çoxunun bağlı olmasını, özünün koronavirus xəstəliyinə düçar olmasını nəzərə alaraq hesab edir ki, hazırkı məqamda onun icra sənədini icra etməkdən qəsdən və qərəzli olaraq yayınması müəyyən olunmur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməl olduğunu xüsusilə qeyd edərək hesab edir ki, borclu Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanın tərkibi olmadığı üçün Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, MN №0390465 saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-2195/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2195/2020
13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver