Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2197/2021 05.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X8 iclas katibliyi ilə, X1 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin 08.12.2020-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsinin iclasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: X2 Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin 08.12.2020-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki,Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti tərəfdə karantin rejimi qaydalarına uyğun olaraq maska taxılı vəziyyətdə hərəkət edərkən polis mayoru tərəfindən 08.12.2020ci il tarixdə İXM-nin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin pozulması maddəsi ilə 100 manat məbləğində cərimə olunmuşdur.Maska taxmağını nəzərə almayıb, danışan zaman çənə tərpəndiyinə görə maska ondan asılı olmayan səbəbdən çənəsinə düşmüş və polis əməkdaşı bu vəziyyəti nəzərə almayaraq onun barəsində protokol tərtib edlmişdir.O, həmin əməkdaşa etirazını bildirmiş, amma buna baxmayaraq ona qayda pozuntusu etdiyi bildirilmişdir.O bildirmişdir ki, barəsində tərtib edilmiş protokolun hüquqi əsası olmadığı üçün həmin protokol əsasında qəbul edilmiş MN ******* saylı, 08.12.2020-ci il tarixli qərar ləğv edilməlidir.Belə ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri qaydalarına uyğun olaraq, inzibati xəta törətmədən maskadan düzgün istifadə etdiyini bildirmişdir. Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən MN ******* saylı, 08.12.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar 30.04.2021-ci il tarixli, ***-**** saylı rəsmi məktubla 17.05.2021-ci il tarixdə poçt vasitəsilə ona göndərilmişdir.Sözügedən qərarın İXM-nin tələblərini pozaraq 5 aydan sonra ona göndərilməsi əsassızdır. X2 yuxarıda göstərilənləri nəzərə alaraq Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin 08.12.2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati orqan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci PB-nə və şikayətçiyə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin protokolu tərtib edən İdarənin nümayəndəsi və şikayətçi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Buna görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin 08.12.2020-ci il tarixli, MN ******* saylı qərarına əsasən məlum olur ki, X3 rejiminin tələbləri pozduğuna (yəni maskadan düzgün istifadə etmədiyinə görə) Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən 100 manat cərimə edilmişdir. İnzibati xəta baş verən zaman qüvvədə olan Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd edilməlidir.Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin 08.12.2020-ci il tarixli, MN ******* saylı qərarına əsasən məlum olur ki, araşdırma zamanı X5 tərəfindən qanunun qeyd edilən tələblərinə tam əməl olunmamış, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsininin tələbləri pozulmuş, qəbul edilmiş qərar düzgün qərara alınmışdır.Belə ki, inzibati xəta baş verən zaman qüvvədə olan Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabr ayının 19-da qəbul etdiyi yeni qaydalara əsasən həmin tarixdən Azərbaycan Respublikasında açıq və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi müəyyən olunmuşdur.Həmin qaydalara əsasən məlum olur ki, tibbi maskadan düzgün istifadə edilməməsi də (məsələn: üz nahiyyəsinin, yəni-ağız və burun nahiyyəsinin natamam örtülməsi, maskanın aşağı çəkilməsi, çənədə saxlanılması və sair) İXM-nin 211-ci maddəsinin tərkibini yaradır.X7 məhkəməyə ünvanladığı ərizədə göstərmişdir ki, maska danışan zaman çənə nahiyəsinə enmişdir.Əgər vətəndaş C.Səfərəliyev maskadan düzgün istifadə etsəydi, yəni maska ağız və burun nahiyyəsini tam örtsəydi, o zaman danışarkən maska çənə nahiyyəsinə enə bilməzdir.Bununla da aydın olur ki, X9 maskadan düzgün istifadə etməmiş, ağız-burun nahiyyəsini tam örtməmişdir.Buna görə də, məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin 08.12.2020-ci il tarixli, MN ******* saylı qərardan verdiyi şikayətə rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 128 və 130cu maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin 08.12.2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayət rədd edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2197/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2197/2021
05.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver