Məhkəmə qərarları › İş №3(001)-2197/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2197/2022

18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2197/2022 18.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Muradova Nigar Yunis qızının katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X3, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X8 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli, 2(001)-3756/2019 nömrəli icra sənədində borclu Şəxs 2078,37 manat əsas borc, 81,40 manat faiz borcu və 56,18 manat cərimə borcu olmaqla, ümumilikdə 2215,95 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən icra sənədi əsasında xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərar və bildirişə əsasən iş üzrə icraat başlanılmış və borcludan tələbi könüllü icra etmək tələb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-2519/2020 nömrəli icra sənədində Şəxs xx.xx.2018-ci il tarixli, 3-Y-1-0-314-18 saylı kredit müqaviləsi üzrə əsas borca görə 3446,10 manat, faiz borcuna görə 307,56 manat, cərimə bocuna görə 43,10 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 3826,76 manat pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması göstərilmişdir. xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar və bildirişlə icra sənədi üzrə icraat başlanılmış və borcludan tələbin icrasını könüllü təmin etməsi tələb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-6710/2020 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 25 mart 2019-cu il tarixli müqavilə üzrə 394 manat əsas, 39 manat cərimə borcu, 27 mart 2019-cu il tarixli müqavilə üzrə 224 manat əsas, 22 manat cərimə borcu olmaqla, cəmi 679 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-yə ödənilməsi göstərilmişdir. xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqına bildirişlə borcluya tələbin könüllü icrası üçün 10 gün müddət verilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-527/2021 nömrəli icra sənədində xx.xx.2017ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, cavabdeh Şəxs hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimenti tutularaq iddiaçı X2 ödənilməsi göstərilmişdir. Qeyd olunan icra sənədi Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və xx.xx.2021-ci il tarixdə icraata qəbul edilmişdir. Bundan sonra borclu ilə əlaqə saxlanılmış və icra sənədləri üzrə borcunu ödəməsi tələb edilmişdir. Tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-527/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(001)-3756/2019 saylı, xx.xx.2019-cu il tarixli, 2(001)-6710/2020 saylı, xx.xx.2020-ci il tarixli və 2(001)-2519/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Borclu Şəxs göstərilən icra sənədləri üzrə borcunu ödəməkdən qərəzəli şəkildə yayınır. Hazırda müxtəlif icra sənədləri üzrə borcları var. Aliment borcundan bu günə qədər cəmi 200 manat pul məbləği ödəmişdir. Hazırda aliment tələbi üzrə 3825 manat, tələbkar "xxxx" ASC-yə 2245 manat, "xxxx" MMC-yə 709 manat, "xxxx" ASC-yə isə 3826 manat əsas borcu var. Hətta, borcludan icra sənədləri üzrə borcun ödənilməsinə dair qəbzləri təqdim etməsi tələb olunsa da, borclu Şəxs onları təqdim etməmişdir. Aparılmış icra hərəkətləri zamanı borclunun yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün xx.xx.2021-ci il tarixli qərara əsasən onun barəsində axtarış elan edilmiş və Binəqədi RPİnin 6-cı PB-də borclu Şəxs barəsində 40507 nömrəli axtarış işi açılmışdır. Binəqədi RPİnin 6-cı polis bölməsi 18 iyul 2022-ci il tarixdə Şəxs icra şöbəsinə təqdim edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar tərəfindən zəruri icra tədbirləri görülməsinə baxmayaraq, Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir, onun səhhəti ilə bağlı problemləri var, ayağı 2 ay əvvəl işdə yıxılması nəticəsində zədələnmişdir.Pandemiya dövründə heç bir yerdə işləmədiyi üçün icra sənədləri üzrə ödənişlərdə gecikmələr yaranmışdır. Lakin o icra sənədləri üzrə olan borcunu ödəməkdən yayınmır. Təyin edilmiş aliment məbləğindən hazırki vaxta qədər 200 manat ödəniş etsə də, anası hər ay öz təqaüdündən təxminən 50-100 manat məbləğində pul göndərir. Digər icra sənədləri üzrə banklara olan borclarından isə hər ay 30-50 manat məbləğində ödəniş edəcəkdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, icra sənədini icra etməkdən boyun qaçırmır və barəsində əsassız olaraq axtarış elan edilmişdir. Daimi işlətdiyi 2 mobil nömrəsi vardır ki, onların heç birinə icra məmuru tərəfindən zəng olunmamışdır. Sonuncu dəfə 25 iyun 2022-ci il tarixdə xx.xx.2020-ci il tarixli, 2(001)- 6710/2020 nömrəli icra vərəqəsi üzrə olan borcundan 30 mana məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X9 çıxış edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sağlamlığının pozulmasını, icra sənədi üzrə 30 manat məbləğində ödəniş etməsinin nəzərə alınmasını və hüquqlarını müdafiə etdiyi şəxs Şəxs barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli, 2(001)- 3756/2019 nömrəli icra sənədindən görünür ki, borclu Şəxs 2078,37 manat əsas borc, 81,40 manat faiz borcu və 56,18 manat cərimə borcu olmaqla, ümumilikdə 2215,95 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qərar alınmışdır. Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərar və bildirişindən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-2519/2020 nömrəli icra sənədindən görünür ki, borclu Şəxs xx.xx.2018-ci il tarixli, 3-Y-1-0-314-18 saylı kredit müqaviləsi üzrə əsas borca görə 3446,10 manat, faiz borcuna görə 307,56 manat, cərimə bocuna görə 43,10 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 3826,76 manat pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərar və bildirişindən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-6710/2020 nömrəli icra vərəqəsindən görünür ki, borclu Şəxs 25 mart 2019-cu il tarixli müqavilə üzrə 394 manat əsas, 39 manat cərimə borcu, 27 mart 2019-cu il tarixli müqavilə üzrə 224 manat əsas, 22 manat cərimə borcu olmaqla, cəmi 679 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməsi göstərilmişdir. Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərar və bildirişindən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-527/2021 nömrəli icra vərəqəsindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs hər ay 175 (bir yüz yetmiş beş) manat aliment sabit pul məbləğində tutularaq iddiaçı X2 ödənilməsi qərara alınmışdır. Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərar və bildirişindən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmiş və Binəqədi RPİ-nin 6-cı PB-də 40507 nömrəli axtarış işi açılmışdır. X1 tərəfindən Binəqədi Rayon İcra şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, tələbkar borclu tərəfindən ona cəmi 200 manat məbləğində aliment ödənildiyini göstərmiş, ödənilməmiş 3125 manat alimentin tam şəkildə ödənilməsini tələb etmiş, ödənilmədiyi təqdirdə isə borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli qərardan göünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-527/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(001)-3756/2019 saylı, xx.xx.2019-cu il tarixli, 2(001)-6710/2020 saylı, xx.xx.2020-ci il tarixli və 2(001)-2519/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, borclu Şəxs adına borcunun əmlakına yönəldilə biləcək qiymətli əşya, daşınar, danşınmaz əmlak, pensiya, banklarda girov və ya pul hesabları, həmçinin əmək müqaviləsi qeydə alınmamışdır. “Akademik M.Ə.Mrqasımov adına Respublika Klinik Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 7091 saylı ambulator xəstənin tibbi vərəqindən görünür ki, Şəxs 30 may 2022-ci il tarixdə həkim müayinəsində olmuş və ona “sol qasıq nahiyəsində limfa düyünlərinin şişməsi” diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-527/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(001)-3756/2019 saylı, xx.xx.2019-cu il tarixli, 2(001)-6710/2020 saylı, xx.xx.2020-ci il tarixli və 2(001)-2519/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədləri üzrə yaranmış borc ödənilməyərək icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol düzgün olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Muxtarov X5 Rayon Məhkəməsinin 2(001)-527/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(001)-3756/2019 saylı, xx.xx.2019-cu il tarixli, 2(001)-6710/2020 saylı, xx.xx.2020ci il tarixli və 2(001)-2519/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədlərini heç bir üzrlü səbəb olmadan icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqələri, bildirişlər, özünün məhkəməyə verdiyi izahat ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xəstəliyini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan, yəni 18 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 18 iyul 2022-ci tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar