Məhkəmə qərarları › İş №3(001)-2198/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2198/2020

06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2198/2020 06.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, X1 barəsində tərtib olunan inzibati xəta haqqında protokolundan verdiyi ərizəyə baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxx 2020-ci ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına X1 barəsində tərtib olunan inzibati xəta haqqında protokolundan verdiyi ərizə daxil olmuşdur. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə icraata qəbul edilmədən onu vermiş şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XVİİ fəslində inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydaları qeyd olunmuşdur. Həmin fəsildə inzibati xəta haqqında protokolda şikayətlərə baxılması nəzərdə tutulmamışdır. Lakin Z.Quliyev qərardan şikayətlə yox ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6.-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edildikdə, protokol və digər materiallar natamam olduqda işə baxarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Bundan başqa təsvir olunanlarla müəyyən edilir ki, fiziki şəxs onun barəsində tərtib olunan inzibati xəta haqqında protokoldan yox qərardan şikayət verə bilər. X2 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərardan yox, inzibati xəta haqqında protokoldan ərizə verdiyindən məhkəmə hesab edir ki, X1 barəsində tərtib olunan inzibati xəta haqqında protokolundan verdiyi ərizə icraata qəbul edilmədən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 barəsində tərtib olunan inzibati xəta haqqında protokolundan verdiyi ərizə icraata qəbul edilmədən geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra Binqədi Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Hakim Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar