Məhkəmə qərarları › İş №3(001)-22/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-22/2024

10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-22/2024 10.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, Şikayətçi "xxxx" MMC-nin direktor müavini X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin rəis müavini X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv olunması barədə şikayətə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Şikayətçi "xxxx" MMC-nin direktor müavini X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin rəis müavini X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin rəis müavini X5 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsilə ona 1 500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir.Qərar ona poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Aşağıda qeyd edilənlərə görə inzibati tənbeh vermə haqqında qərarın qəbul olunmasını əsassız və qanunsuz hesab etmişdir.Qərarda göstərilmişdir ki, inzibati tənbeh vermə haqqında qərar şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş bir illik müddət keçdikdən sonra inzibati orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmişdir.Halbuki, əmək qanunvericiliyinin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.Bu hal inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və başlanılmış icraata xitam verilməsi üçün əsasdır.AR İXM-nın 38.1ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər.Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Onun Cəmiyyətdə tutduğu vəzifənin adı direktor müavinidir və əmək müqaviləsi üzrə əmək şəraitinin təmin edilməsi, əmək haqlarının ödənilməsi və digər öhdəliklərin icra edilməsi onun səlahiyyətlərinə, öhdəliklərinə, vəzifələrinə aid deyil. əmək müqaviləsində o, işəgötürən deyildir.Həmin səlahiyyətlər və öhdəliklər Cəmiyyətin direktoruna aiddir. İşəgötürən isə qanunvericiliyə əsasən hər hansı bir vəzifəli şəxs, o cümlədən direktor müavini deyil, məhz direktordur, yəni Cəmiyyətin rəhbəridir.Beləliklə, həmin inzibati xətanın törədilməsinə onun aidiyyəti yoxdur.Digər tərəfdən, Cəmiyyətin vəzifəli şəxsi olaraq, onun tərəfindən qərarda göstərilmiş qanun pozuntusu törədilməmiş və qanun pozuntusunun törədilməsi inzibati orqan tərəfindən sübuta yetirilməmişdir.İnzibati orqan öz mülahizələri əsasında belə bir qərar qəbul etmişdir.Halbuki, onun inzibati xəta hadisəsini törətməyini sübutetmə yükü məhz inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, tərəfindən qanun pozuntusunun törədilməsi inzibati orqanın vəzifəli şəxsi tərəfindən sübuta yetirilməmişdir, şikayətçi hesab edir ki, qərar əsassız və qanunsuzdur və belə bir qərar qəbul edilməklə İXM-nin təqsirsizlik prinsipi pozulmuşdur. Şikayətçi göstəmişdir ki, AR İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Şikayətçi "xxxx" MMC-nin direktor müavini X6 yuxarıda göstərilənləri rəhbər tutaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin rəis müavini X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv olunması və başlanılmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin tərəflər məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər. Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarına əsasən məlum olur ki, "xxxx" MMC-nin direktor müavini X6 tərəfindən vətəndaş X1 əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə və X2 əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verildiyi, lakin Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbləri pozularaq onlara düşən bütün ödənişlərin tam məbləğdə işdən çıxdıqları sonuncu gün ödənilmədiyinə görə Azərbaycan Respublikası İXMnin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməklə cərimə cəzası tətbiq olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarına əsasən məlum olur ki, "xxxx" MMC-nin direktor müavini X6 tərəfindən vətəndaş X1 əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə və X2 əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verildiyi, lakin Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbləri pozularaq onlara düşən bütün ödənişlərin tam məbləğdə işdən çıxdıqları sonuncu gün ödənilmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməklə cərimə cəzası tətbiq olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.Şikayətçi inzibati xəta törətməməsi barədə heç bir sübutu iş materiallarına əlavə etməmiş və ya məhkəməyə gələrək təqdim etməmişdir. Belə olan halda, hesab edirəm ki, şikayətçi X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayətçi "xxxx" MMC-nin direktor müavini X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin rəis müavini X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar