Məhkəmə qərarları › İş №3(001)-2205/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2205/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2205/2020 07.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəriBinəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlu, X1 xx xxx 2020-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ M: xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəriBinəqədi Rayon Məhkəməsinin icraatına X1 xx xxx 2020-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət daxil olmuşdur. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki,Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilə bilər. Göründüyü kimi qanunverici səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından təkcə fiziki şəxsin deyil, həm də hüquqi şəxsin şikayət vermək hüququnu təsbit etmiş, bunun qaydasını isə fiziki şəxsə münasibətdə fiziki şəxsin yaşayış yeri olaraq, hüquqi şəxsə münasibətdə isə hüquqi şəxsin ünvanının olduğu yer üzrə müəyyən etmişdir. Başqa sözlə, Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsində göstərilmiş hüquqi şəxs məfhumu inzibati xəta haqqında qərar qəbul etmiş orqanı deyil, barəsində qərar çıxarılmış hüquqi şəxsi özündə ehtiva edir. Belə olan halda aydın olur ki, fiziki şəxs səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayəti yalnız yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verə bilər. İş materiallarında olan X1 şikayət ərizəsindəki və şəxsiyyət vəsiqəsindəki yaşayış ünvanından göründüyü kimi, o, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İ.Anaşkin küçəsi, ev 7, mənzil 1 də yaşayır. Belə olan halda, X2 sözügedən şikayətlə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə deyil, aidiyyətı üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə müraciət etməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Həmin Məcəllənin 109.1 və 109.1.7-ci maddələrinin tələbinə görə əgər işə baxılması hakimin səlahiyyətinə aid deyildirsə inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sözügedən şikayət baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə təqdim edilsə də, həmin işə baxılması Binəqədi rayon Məhkəməsi hakiminin səlahiyyətinə aid deyil. Beləliklə də, təsvir olunanlarla əsasən məhkəmə hesab edir ki, X1 xx xxx 2020-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılması Binəqədi Rayon Məhkəməsi hakiminin səlahiyyətinə aid olmadığından baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 xx xxx 2020-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar