Məhkəmə qərarları › İş №3(001)-2205/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2205/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2205/2023 14.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X14 katibliyi ilə, X5 xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Baş Polis İdarəsi X18 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X9 şikayətini onunla əsaslandırmışdır ki, 11 may 2023-cü il tarixdə, saat 16:45 radələrində X3 mülkiyyətində və nəqliyyat vasitəsini idarəetmə etibarnaməsi ilə istifadəsində olan “TOYOTA PRİUS” (HİBRİD) markalı, 90-GY- 752 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Binəqədi rayonu ərazisində DSK yolu dalanda (1 may massivi) küçəsi ilə hərəkət edərək qanunun tələblərinə uyğun sağa dönərək hərəkətini davam etmək istəmişdir. Buna baxmayaraq, həmin zaman sözügedən DSK yolu (1 may massivi) küçəsi ilə qarşıdan nizamlanmayan yol ilə hərəkətdə olan “OPEL MERİVA” markalı, **-CB- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi gəldiyi istiqamətdə nizamlanmayan yolun sağ hissəsi ilə gəlib sola dönmə əməliyyatı aparmalı olduğu halda yolun sol hissəsi ilə gəlməsi nəticəsində nəqliyyat vasitələri toqquşmuşdur. Həmin hadisə nəticəsində polis leytenantı X6 məhz onun barəsində guya əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə AR İXM-nin 327.1-ci maddəsinin tələblərini pozduğuna görə əsassız və qanunsuz olan İXP ******* saylı, 11 may 2023-cü il tarixli protokol və onun əsasında inzibati tənbehin tətbiq edilməsi barədə qərar qəbul etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı o hərəkətdə olduğu nizamlanmayan yolun sağ hissəsi ilə gələrək sağa dönmə əməliyyatı aparmaq istəyirdi. Onun yol hərəkəti qaydalarına tam əməl etməyi və hadisənin onun günahı səbəbindən baş verməməsi hadisə zamanı çəkilmiş fotaşəkillərdən də öz təsdiqini tapır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şikayət vermiş şəxs X9 şikayətin məzmununa uyğun çıxış edərək, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanan inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi X6 bildirmişdir ki, X9 xx.xx.2023-cü il tarixdə, saat 16:45-də DSK yolu dalanda idarə etdiyi “Toyota Prius” minik markalı, ** GY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Nəticədə onun barəsində Azərbaycan Respulikası İXM-nin 327.1-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu səbəbdən, X9 tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X9 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AD 871419 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Prius” minik markalı, ** GY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 adına dövlət qeydiyyatına alınmışdır. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamədən görünür ki, “Toyota Prius” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair X8 tərəfindən X10 və X7 nqəliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. BB 114130 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2021-ci ildən xx.xx.2031-ci il tarixə kimi qüvvədə olan sürücülük vəsiqəsi verilmişdir. Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə DSK yolunda ikitərəfli hərəkət yolunun “Toyota Prius” markalı, ** GY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Opel Meriva A” markalı, **-CB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində baş vermişdir. xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X9 tərəfindən İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 İXM-in 327.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X5 barasində başlanılmış inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 49-cu maddəsinin 1-ci bəndinin tələblərinə əsasən normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır. Belə ki, iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, X5 idarə etdiyi “Toyota Prius hibrid” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda “Opel Meriva A” markalı, **-CB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsinin sxemi və hadisə zamanı çəkilmiş foto şəkillərdən görünür ki, hadisənin baş verdiyi “Opel Meriva A” markalı, **-CB- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin hərəkətdə olduğu yol ikitərəfli hərəkət yoludur. “Opel Meriva A” markalı, **-CB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü isə sağ zolaqla hərəkət etməli olduğu halda öz hərəkət zolağında deyil, digər hərəkət zolağında avtomobili idarə etmişdir. Bunun da nəticəsində “Toyota Prius hibrid” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X2 dönmə əməliyyatı həyata keçirərkən “Opel Meriva A” markalı avtomobillə toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi törədilmişdir. Göründüyü kimi sözügedən yol-nəqliyyat hadisəsinin törədilməsində “Toyota Prius hibrid” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X5 təqsiri müəyyən edilməmişdir. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat məbləğində cərimə edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin inzibati xəta törədilməsinə aidiyyəti və inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmir. Beləliklə, məhkəmə hesab edir ki, X9 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi X18 Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi X18 Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X9 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar