Məhkəmə qərarları › İş №3(001)-2207/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2207/2023

07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2207/2023 07.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X17, X1 müdafiəçisi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN seriyalı ******* nömrəli 22 may 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X5 müdafiəçisi Nümayəndə tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına X1 müdafiəçisi Nümayəndə tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN seriyalı ******* nömrəli 22 may 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin 22 may 2023-cü il tarixli MN ******* nömrəli qərarına əsasən İran İslam Respublikasının vətəndaşı X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsində nəzərdə tutulmuş (ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırmasına) inzibati xətanı törətdiyinə görə 400 manat cərimə olunmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma və Azərbaycan Respublikasına gəlmək hüququ 3 ilədək müddətə məhdudlaşdırılmışdır. X8 ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müddətin uzadılması üçün yenidən müraciət etmiş, lakin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* nömrəli, 17 aprel 2023-cü il tarixli qərarı ilə Miqrasiya Məcəlləsinin 50-ci maddəsini rəhbər tutaraq onun Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması barədə qərar qəbul etmişdir. Həmçinin qərarda H.Amirhosseinin üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyinin qoyulduğu qeyd edilmişdir. Sözügedən qərarın icrasının dayandırılması barədə müvəqqəti xarakterli müdafiə barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş və məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Eyni zamanda mübahisələndirilən işlə bağlı həmin məhkəməyə iddia ərizəsi verilmiş və məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. X3 İslam Respublikası vətəndaşıdır. O, 4 ildir müvəqqəti yaşama barədə icazə vəsiqəsi almaqla Azərbaycan Respublikası ərazisində yaşayır və işləyir. Bu müddət ərzində o, Azərbaycan Respublikasının vətəndaşı X18 ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. X18 ilə birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü Elisa adlı qızları dünyaya gəlmişdir. Övladı Azərbaycan Respublikasının vətəndaşıdır. Sonradan məhkəmə qətnaməsi ilə nikahları pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(060)- 213/2022 nömrəli qətnaməsi ilə X6 övladı xx.xx.2019-cu il təvəllüdlü X11 ilə hər həftənin şənbə və bazar günü saat 15:00-dan 19:00-dək görüş təyin edilməklə ünsiyyət qaydası müəyyən edilmişdir. Göründüyü kimi X8 hər həftənin şənbə və bazar günləri uşağı ilə görüşməlidir, eləcə də həmin uşağına görə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hər ay aliment ödəməkdədir. Məhkəmə prosesinin nəticəsi gözlənilmədən X8 Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmış və 400 manat məbləğində cərimə edilməklə ölkə ərazisinə girişi 3 ilədək məhdudlaşdırılmışdır. Məhkəmə iclasında iştirak edən X5 müdafiəçisi Nümayəndə şikayətin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X19 şikayəti qəbul etməmiş və izahatında göstərmişdir ki, İran İslam Respublikasının vətəndaşı Amirhossein Hajramezani ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə xx.xx.2023-cü il tarixdə DMX-yə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə müvəqqəti yaşamaq icazəsinin verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmiş və sözügedən qərarda onun üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuşdur. Şəxs barəsində qəbul edilmiş qərar ona xx.xx.2023-cü il tarixli 3-37/2-96xx-xx/2023 nömrəii məktubla birlikdə göndərilmək üçün xx.xx.2023-cü il tarixdə poçta təqdim edilmişdir Həmin tarixdən 5 gün keçdikdən sonra qərarın təqdim olunmuş sayılmasına dair “İnzibatı icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.2-ci maddəsinin tələbini nəzərə alaraq bildirir ki, “İnzibai icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.2-ci maddəsinə əsasən inzibati akt ona 5 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə çatmış hesab olunur. Şəxs 10 gün ərzində ölkəni tərk etmə öhdəliyi qoyulduğunu nəzərə alsaq, mayın 4-nə qədər ölkə ərazisini tərk etməli idi. Lakin şəxs vaxtında ölkə ərazisini tərk etmədiyi üçün onun ölkə ərazisindən çıxışı məhdudlaşdırılmış və Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarı ilə İXM-nin 575.1.6-cı maddəsi ilə təqsirləndirilərək 400 manat məbləğində cərimə olunmuş və ölkəyə gəlmək hüququ 3 il müddətinə məhdudlaşdırılmışdır. Göstərilən xüsusatları nəzərə alaraq məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: MN seriyalı ******* nömrəli 22 may 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Amirhossein Hajramezani tərəfindən İXM-in 575.1.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 manat cərimə olunmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma və Azərbaycan Respublikasına gəlmək hüququ 3 ilədək müddətə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* nömrəli, 17 aprel 2023-cü il tarixli qərarından görünür ki, İran İslam Respublikası vətəndaşı Hajramezani Amirhosseinin 14 mart 2023-cü il tarixli müraciəti təmin edilməmiş, İran İslam Respublikası vətəndaşı B97427639 nömrəli pasportla malik olan Hajramezani Amirhosseinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı ******* nömrəli qərar ləğv edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X2 Amirhosseinin övladıdır. Azəraycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, Hajramezani Amirhosseinə xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Azəraycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, Hajramezani Amirhosseinə xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Azəraycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, Hajramezani Amirhosseinə xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Azəraycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, Hajramezani Amirhosseinə xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-213/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı X6 övladı xx.xx.2019-cu il təvəllüdlü X11 ilə hər həftənin şənbə və bazar günü saat 15:00-dan 19:00-dək görüş təyin edilməklə ünsiyyət qaydası müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-193/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, X4 xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək hər ay 175 (yüz yetmiş beş) manat miqdarında sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub X16 verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 52.3-cü maddəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. Sadalanan normalardan aydın olur ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün müvafiq qaydada icazə almalıdırlar. Bu tələblərin pozulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur ki, bu da İXM-in 575.1.6-cı maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddəyə əsasən ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırmağa görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan MYİ seriyalı ******* nömrəli Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, icazənin etibarlılıq müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. İran İslam Respublikası vətəndaşı X8 icazə müddətinin uzadılması ilə bağlı müraciət etsə də, onun ərizəsi təmin edilməmiş və X10 Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı ******* nömrəli qərar ləğv edilmişdir. Buna baxmayaraq, İran İslam Respublikası vətəndaşı X8 müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi olmadan Azərbaycan Respublikasının ərazisində yaşamağa davam etmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla İran İslam Respublikası vətəndaşı X5 müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi olmadan Azərbaycan Respublikası ərazisində yaşayaraq İXM-in 575.1.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi təsdiq olunmuşdur. İXM-in 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə belə qənaətə gəlir ki, İran İslam Respublikası vətəndaşı X5 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN seriyalı ******* nömrəli 22 may 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN seriyalı ******* nömrəli 22 may 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından İran İslam Respublikası vətəndaşı X5 müdafiəçisi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar