Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2209/2024 04.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi, X1, İnzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi X4 iştirakı ilə, X1 Bakı şəhəri Binəqədi rayon X11 Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə şikayətlə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon X11 Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayət olunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 22:10 radələrində baş vermiş yol nəqliyyat hadisəsinə yazılmış protokola, verilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərardan narazıdır və şikayətçidir. X2 məhkəmə iclasında iştirak edərək şikayətin məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. O bildirmişdir ki, sağa dönmə əməliyyatı zamanı qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşmanın qarşısını almaq üçün bir qədər dayanmış və bu zaman sağ tərəfdə yaranan boşluqdan digər nəqliyyat vasitəsi keçməyə çalışmış və bu zaman özünün idarə etdiiyi nəqliyyat vasityəsinə sürtülərək keçmişdir. Bakı şəhəri Binəqədi rayon X11 Şöbəsinin nümayəndəsi etirazında bildirmişdir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, şikayətçinin hərəkətlərində Yol hərəkəti haqqında qanunun 42-ci maddəsinə uyğunsuzluq olmuşdur. Sürücü yerdəyişmə etməzdən əvvəl müvafiq hərəkət siqnalları vasitəsi ilə manevr təhlükəsizliyini təmin etməlidir. Lakin barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs geniş aspektdə dönmə hərəkəti etmək istəmiş, daha sonra geri sağa doğru nəqliyyat vasitəsini idarə etmiş, bu zaman sağ tərəfdə öz yolu ilə dönmə əməliyyatı həyata keçirən nəqliyyat vasitəsinin olduğunu nəzərə almadan manevr etdiyindən sürtünmə baş vermişdir. Şikayət formal olaraq verilmiş, yol hərəkəti haqqında qaydalar sürücü tərəfindən pozulmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən: TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X6 idarə etdiyi "Opel Signum minik" markalı,** UU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə AR İXM-nin 327.1-ci maddəsinin tələblərini pozmuşdur. Nəticədə 40 manat mələğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı baş vermiş yol nəqliyyat hadisəsinin qeydə alındığı bir ədəd CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, "Opel Signum minik" markalı,** UU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü sağa dönmə əməliyyatını həyata keçirmək istəmiş, qarşıdan gələn digər nəqliyyat vasitəsi keçdikdən sonra birdən-birə sağa meyl etməklə sağa dönmə əməliyyatını başa çatdırmaq istəmiş, bu zaman sağ tərəfdən öz yolu ilə dönmə əməliyyatını həyata keçirən nəqliyyat vasitəsini nəzərə almadan, ona xarici işıq siqnalları vasitəsi ilə xəbərdarlıq etmədən, sağa doğru təhlükəli manevr etmişd, yol hərəkətinin digər iştirakçısına maneə törətmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi inzibati xətalar haqqında işlər üzrə icraata başlanılmaması və başlanmış icraata xitam verilməsinin əsaslarını müəyyən edir. İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yol hərəkəti haqqında Qamnunun 42-ci maddəsinin İ bəndinə əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Göründüyü kimi X6 tərəfindən sağa dönmə zamanı nə xarici işıq siqnallarından istifadə edilmiş, nə də sağdan öz yolu ilə hərəkət edən nəqliyyat vasitəsinin hərəkətdə olması nəzərə alınmamış, təhlükəsiz manevr edilmiş, yol hərəkətinin digər iştirakçısına maneə yaradılmış və bununla da inzibati xəta hadisəsi törədilmiş və əsaslı olaraq barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. İnzibati xəta hadisəsinin mövcudluğu məhkəmə araşdırması zamanı iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, formal əsaslar inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğvi üçün əsas ola bilməz. Məhkəmə xüsusi olaraq qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri ictimai mənəviyyatı, ictimai qaydanı və ictimai təhlükəsizliyi, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İstər fiziki və hüquqi şəxslər, istərsə də inzibati orqanlar tərəfindən inzibati xətaların qarşısının alınması istiqamətində bütün tədbirlər həyata keçirilməli və heç biri qanunun onlara verdiyi imkanlardan sui-istifadə etməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhəri Binəqədi rayon X11 Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-2209/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2209/2024
04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver