Məhkəmə qərarları › İş №3(001)-2210/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2210/2024

04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2210/2024 04.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X5 iclas katibliyi ilə, X1, İnzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə2 iştirakı ilə, X1 Binəqədi rayon X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 19980922 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə şikayətlə müraciət edərək bildirmişdir ki, Binəqədi rayon X10 Şöbəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən qanunsuz inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 19980922 nömrəli qərar tərtib edilmişdir. Həçminin şikayətdə göstərmişdir ki, X4 etibarnamə əsasında idarə etdiyi “Mersedes" markalı **-GG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini işi ilə əlaqədar X9 küç. 66 ünvanında heç bir nəqliyyat vasitəsinə və piyadaya maneə yaratmayan, dayanma və durma qadağan edən yer olmayan, eyni zamanda dayanma və durmanı qadağan edən yol nişanı olmayan kənar yerdə saxlamışdır. xx.xx.2024-cü il tarixdə onun istifadəsində olan ***-***-**- ** mobil telefonuna sms gələrək, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1 -ci maddəsi ilə protokol tərtib edildiyi bildirilmişdir. Nəqliyyat vasitəsini saxladığı yerdə yuxarıda qeyd etdiyi dayanma və durma qaydalarını pozacaq bir halın olmadığını düşünərək, Binəqədi Rayon X10inin əməkdaşı tərəfindən 346.1 - ci maddəsini hansı əsasla tərtib etdiyini bilmək üçün Nizami Rayon X10indən həmin qərarı xx.xx.2024-cü il tarixdə götürmüşdür. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun 52-ci maddəsinin İV bəndində dayanma qaydasını qadağan edən 11 norma, Vİ-cı bəndində durma qaydasını qadağan edən 5 norma nəzərdə tutulmuşdur. Qərarla tanış olarkən, nəqliyyat vasitəsini saxlamağında “Yol hərəkəti haqqında" Qanunda nəzərdə tutulmuş ümumilikdə dayanma və durma qaydasını qadağan edən 16 tələbdən hansına əməl etmədiyi, yəni törətdiyi xətanın mahiyyəti göstərilməmişdir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun 52-ci maddəsində göstərilir ki, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir (Maddə 1). Odur ki, yuxarıda şərh olunanlara əsasən, Binəqədi rayon X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 19980922 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. X2 məhkəmə iclasında iştirak edərək şikayətin məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon X10 Şöbəsinin nümayəndəsi etirazında bildirmişdir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun qanunun 52-ci maddəsinin 9-cu bəndinin tələbləri pozulmuşdur. Odur ki,X2 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 19980922 nömrəli qərar qanuni və əsaslıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Məhkəmə şikayətçinin Binəqədi rayon X10 Şöbəsinin İXM-nin 124.6-cı maddəsinin tələbləri pozulmaqla qərar qəbul etməsi səbəbilə həmin qərarın ləğv edilməli olduğu barədə arqumentləri nəzərdən keçirərək aşağıdakıları qeyd edir: İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi inzibati xətalar haqqında işlər üzrə icraata başlanılmaması və başlanmış icraata xitam verilməsinin əsaslarını müəyyən edir. Belə ki, 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqa inzibati xətalar haqqında işlər müzrə icraata başlanıla bilməz və başlanılmış icraata xitam verilməlidir. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmçinin İXM-nin 135-ci maddəsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasları müəyyən edir. Belə ki, 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə hesab edir ki, X1 şikayət ərizəsində qeyd etdiyi xüsusatlar özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Ona görə də onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 20 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından onun şikayəti əsassızdır. İş materiallarına əlavə edilmiş foto şəkillərdən görünür ki, X4 “Mercedes Benz C200” minik markalı **-GG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini səkidə saxlayaraq dayanma və ya durma qaydalarını pozmuşdur. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 16-cı bəndinə, həmin qanunun 52-ci maddəsinin 9-cu bəndinə istinad edərək məhkəmə hesab edir ki, X2 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 19980922 nömrəli qərar qanuni və əsaslı olaraq tərtib edilmişdir. Belə ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 16-cı bəndində göstərilir ki, səki — yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. Həmin Qanunun 52-ci maddəsinin 9-cu bəndində göstərilmişdir ki, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa — səkilərdə dayanma qadağandır. İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə xüsusi olaraq qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri ictimai mənəviyyatı, ictimai qaydanı və ictimai təhlükəsizliyi, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İstər fiziki və hüquqi şəxslər, istərsə də inzibati orqanlar tərəfindən inzibati xətaların qarşısının alınması istiqamətində bütün tədbirlər həyata keçirilməli və heç biri qanunun onlara verdiyi imkanlardan sui-istifadə etməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Binəqədi rayon X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 19980922 nömrəli inzibati qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar