Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2211/2021 24.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş 03.06.2021-ci il tarixli, TP ******* saylı qərardan verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş 03.06.2021-ci il tarixli, TP ******* saylı qərar qəbul edilmişdir. X3 həmin qərarın araşdırılması və düzgün qiymət verilməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə şikayət təqdim etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, qeyd edilən qərar qanunsuz və əsassızdır. Belə ki, 19.03.2021-ci il tarixdə, saat 07-20-də Binəqədi rayonu, Karl Marks dairəsində şəxsi avtomiobili ilə hərəkətdə olduğu zaman polis əməkdaşı ona avtomobili saxlamağı əmr etmiş, o, əmrə tabe olaraq avtomobili saxlamış, alkotesterin nəticələrinə görə polis əməkdaşı ona içkili olduğunu bildirmiş, o, etiraz etsə də, polis əməkdaşı ona fikir verməmişdir. polis əməkdaşı maşını saxlayıb onunla birgə maşına əyləşməyi bildirmiş, maşına əyləşəndə avtomobilin duracağa aparılacağı bildirilmişdir. Orada ona mobil nömrə verərək “bu bizim əməkdaşdı, əlaqə saxla onunla, sənə desin hansı otağa yaxınlaş” deyərək getmişdir. Həmin nömrə ilə əlaqə saxladığı zaman əməkdaş 1 saata yaxınlaşacağını bildirmişdir. O, vaxt itirmədən taksi ilə alkoqollu olub-olmamasının yoxlanılması üçün həkimə getmiş, nəticədə müəyən olunmuşdur ki, 0 promilli içkilidir. Daha sonra polis idarəsinə qayıdaraq 20-ci otağa yaxınlaşmış, analiz nəticəsini göstərmiş, ona bildirmişlər ki, sənədləri məhkəməyə göndərəcəklər. Daha sonra məhkəməyə yaxınlaşmış, lakin sənədlərin hazır olmamasını bildirmişlər. Sonra isə məlum olmuşdur ki, qeyd edilən sənədlər natamam olduğundan inzibati xəta haqqında işə baxılmadan sənədlər polisə geri qaytarılmışdır. Təkrarən polisə müraciət etdiyi zaman öyrənmişdir ki, ona 400 manat cərimə yazılmışdır. Göstərilənlərə əsasən qərarı əsassız və qanunsuz hesab edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X2 ərizəsində qeyd etdiyi xüsusatları təkrarlayaraq 03.06.2021-ci il tarixli, TP ******* saylı qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət təmin olunmalıdır. Belə ki, Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş 03.06.2021-ci il tarixli, TP ******* saylı qərarından məlum olur ki, X5 barəsində 03.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə təhlükəsizlik kəmərini bağlamadan və içkili vəziyyət avtomobil idarə etməsi ilə bağlı inzibati tənbeh tədbiri kimi cərimə tətbiq edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X5 barəsində Polis İdarəsində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə, sonuncu inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş 03.06.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən çoxsaylı kobud prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş 03.06.2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər X10 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş 03.06.2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər X10 İdarəsinə göndərilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-2211/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2211/2021
24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver