Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2215/2021 07.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən müəyyən etdim: Məhkəmənin icraatına Şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş 07.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş 07.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Belə ki, toplanmış inzibati xəta haqqında baxılmağa hazırlanması zamanı işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanmaması müəyyən edilmişdir. Çünki 07.06.2021-ci il tarixli qərardan müəyyən etdim ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən aparılmış təhqiqat zamanı iş üzrə Şəxs əməlində inzibati xətanın olması xüsusatı üzrə təhqiqatçı tərəfindən gəlinən qənaət şübhə doğurucudur. İlk növbədə qeyd edilməlidir ki, gəlinən nəticə üzrə təhqiqat zamanı səlahiyyətli şəxs tərəfindən Şəxs 500 manatdan artıq məbləğdə maddi ziyan vurmamaqla özgə əmlakını talaması göstərilərək sonuncu barəsində cinayət işinin başlanması rədd edilsə də, Şəxs taladığı əmlakın olduğu yerə, yəni ünvan 1 ünvanında olan zirzəmiyə sərbəst girib-çıxmaq hüququnun olub-olmaması araşdırlmayaraq qiymət verməmişdir. Digər tərəfdən qeyd olunan qərarda təhqiqatçı tərəfindən Şəxs əmlakı talayan zaman buna mane olmağa çalışan mühafizəçinin onu görməsinə və Şəxs mühafizəçiyə məhəl qoymayaraq öz hərəkətini davam etdirməsinə heç bir münasibət bildirməmişdir Halbuki qeyd olunan hallar təhqiqat zamanı araşdırılaraq, həmin hərəkətlərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177 və ya 180-ci maddələrindən hər hansı birinin 2-ci hissəsinə tövsif olunub-olunmaması, tövsif olunmadığı təqdirdə hansı əsaslara görə mümkünsüzlüyünə qiymət verilməli idi. Sadalanan hallar Şəxs hərəkətlərində yalnız inzibati xətanın olmasına şübhə doğurduğundan işə mahiyyəti üzrə baxılmasını istisna edir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. İXM-in 109.1.7-ci maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, hesab edirəm ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş 07.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş 07.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə geri qaytarılsın. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-2215/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2215/2021
07.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver