Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2216/2021 08.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X2 iclas katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tələbkar “xxxx” Group MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1, Müdafiəçi – Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1978-ci il tarixdə Gürcüstan Respublikası, Meqri rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Bakı şəhəri,Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 15, 40 ünvanında qeydiyyatda olan və ünvan 2a yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Binəqədi rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 08 iyun 2021-ci il tarixli, MN № ******* saylı protokola əsasən məlum olur ki, Bakı Kommersiya Məhkəməsinin 15.10.2020-ci il tarixli, e-2-2(113)-1912/2020 saylı icra sənədinə əsasən məlum olur ki, borclu Şəxs 2 118.45 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun tutularaq tələkar «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir.İcra sənədinin ödənilməsi üçün borcluya bildiriş göndərilməsinə baxmayaraq bu günədək icra sənədi borclu tərəfindən icra olunmamışdır. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – (borclu) Şəxs bildirdi ki, o, «EUROHOME» adlı tikinti materialları bazarında icarədar qismində mağaza işlətmiş, sonradan müxtəlif şirkətlərdən aldığı mallar həmin mərkəzdə baş vermiş yanğın nəticəsində yanmışdır.Hal-hazırda maddi vəziyyəti ağır olduğuna və işləmədiyinə görə məhkəmə qərarını tam icra edə bilmir.Buna görə də, məhkəmədən maddi vəziyyətinin ağır olmasını və işləmədiyini nəzərə alaraq ona inzibati qaydada yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin maddi vəziyyəti ağır olduğuna və işləmədiyinə görə məhkəmə qərarını icra edə bilmir.Buna görə də, məhkəmədən hüquqlarını müdafiə etdiyi şəxsin maddi vəziyyətinin ağır olduğunu nəzərə alaraq ona inzibati qaydada yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən tələbkar “xxxx” Group MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 borclunun maddi imkanı olduğu halda uzun müddət icra sənədini icra etmədiyini nəzərə alaraq borclu Şəxs inzibati qaydada cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra şöbəsinin icra məmuru Mirzəyev Kamran Əli oğlu üzün müddət ərzində icra üzrə icra sənədi üzrə borcunu ödəmədiyini və protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə (borclunu) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, müdafiəçini, tələbkarı, icra məmurunun çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Beləki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, uzun müddət ərzində icra sənədi üzürsüz səbəbdən tam icra olunmadığını, borclu Şəxs özünün gündəlik işlərdən qazancının olmasına baxmayaraq icra sənədinin icra edilməməsində Şəxs təqsiri sübuta yetirilmişdir. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, həmçinin yüngülləşdirici hallar qismində təqsirləndirilən şəxsin il ərzində ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu, təqsirini etiraf etməsini, əməlindən peşman olmasını və gələcəkdə icra sənədini icra etməyə söz verdiyini nəzərə alaraq borclu Şəxs inzibati qaydada minimum həddə cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə təqsirli bilinsin və inzibati tənbeh olaraq 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2216/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2216/2021
08.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver