Məhkəmə qərarları › İş №3(001)-2219/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2219/2020

11.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2219/2020 11.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X5 Yol patrul xidməti inspektoru polis kiçik serjantı X1, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Xaliq oğlunun, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bərdə rayonu, Zümürxan ərazi dairəsi, Zümürxan kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.3 və 511.1-ci maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi Dövlət X3 daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə baxılması üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.3 və 511.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx.xx.2020-ci il tarixdə Mercedes Benz E220 CDİ minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmasına görə, xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi, avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol vermişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 329.3, 332.3 və 511.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X5 Yol patrul xidməti inspektoru polis kiçik serjantı X2 izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixində təxminən saat 03:30 radələrində Qaraçuxur qəsəbəsində Ə.Mehbalıyev küçəsində işıq cihazları nasaz olduğu üçün tərəflərindən saxla işarəsi verilmişdir. Buna baxmayaraq sürücü sürətini artıraraq hərəkətini davam etdirmişdir. Sürücü Şəxs dəfələrlə saxla əmrinə tabe olmayıb, yüksək sürətlə manevr etmə qaydalarını pozub işıqforların qırmızı işıqlarına məhəl qoymayaraq dinc əhaliyə açıq aşkar şəkildə hörmətsizlik edərək avtoxuliqanlıq hərəkətləri ilə təhlükəli vəziyyət yaratmışdır. Buna baxmayaraq sürücü Suraxanı rayonu ərazisindən həmin hərəkətlərlə Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisinə daxil olmuş orada digər YPX əməkdaşlarının köməkliyi ilə avtomaşın tərəflərindən saxlanılmışdır. Yoxlama zamanı məlum olmuşdur ki, sürücünün sürücülük hüquuq yoxdur və avtomaşının üzrərində qabaq hissədə “VAZ 21011”-ə məxsus **-HP-*** dövlət qeydiyyat nişanı, arxa hissəsində isə “Mercedes Benz E220 CDİ” məxsus **-BM-*** dövlət qeydiyyat nişanı üzərində olmuşdur. Avtomaşın evakuator vasitəsi ilə müvəqqəti duracağa aparılmış, sürücü isə Binəqədi rayon 4-cü polis bölməsinə təhvil verilmişdir. Sürücü tabesizlik edərək, səs-küy salırdı və sənədlərini təqdim etmək istəmirdi. Qeyd olunanlara əsasən Şəxs haqqında qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında materiala baxarkən barəsində inzibati haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətanı qəbul edərək xx.xx.2020-ci il tarixində saaat 03:30 radələrində Qaraçuxur qəsəbəsində Ə.Mehrəliyev küçəsində YPX-nin saxla əmrinə tabe olmamış, sürətini artıraraq hərəkətini davam etdirmişdir. Daha sonra Banıçiçək restoranın qarşısında işıqforun qırmızı işığına məhəl qoymayaraq hərəkətini davam etdirmişdir. Yaşadığı ünvanın istiqamətində hərəkət edərkən M.Aslanov küçəsi döngə 11də yaşadığı evin qarşısında YPX əməkdaşları onu saxlamış və onlar tərəfindən ona güc tətbiq olunmuşdur. Ondan sonra isə 4-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gəlmiş, onu bölməyə aparmışlar. O, bir daha belə hərəklərə yol verməyəcəyini bildirərək, əməlindən peşman olduğu üçün məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Müdafiəçi Vəkil Xaliq oğlu məhkəmədən hüquqlarını müdafiyə etdiyi Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 329.3, 332.3 və 511.1-ci maddələr ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında əlavə edilmiş xx.xx.2020-ci il tarixli, AZA № 001046 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə Bakı şəhər BPİ DYP İdarəsinə bilavasitə tabe olan YPX Alayı YPX baş inispektoru polis mayoru Talib Qasımov, Bakı şəhər BPİ DYP İdarəsinə bilavasitə tabe olan YPX Alayı YPX inispektoru polis serjantı Davud Allazov və Bakı şəhər BPİ DYP İdarəsinə bilavasitə tabe olan YPX Alayı YPXinspektoru polis serjantı Elşən Hüseyinli tərəfindən tərtib edilmiş aktdan görünür ki, xx.xx.1991-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası, Bərdə rayonu, Zümürxan ərazi dairəsi, Zümürxan kəndində qeydiyatda olan və yaşayan vətəndaş Şəxs xx.xx.2020-ci il tarixdə saat 03:13 radələrində idarə etdiyi «MERCEDES BENZ E220 CDİ MİNİK» markalı AZ ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı pozaraq avtoxuliqanlıq etdiyinə görə dayandırılmış, vətandaş Şəxs izahat verməsi təklif olunmuş, lakin o, hal üzrə izahat verməkdən imtina etmişdir. Sənədlərini yoxlama zamanı avtomobili etibarnaməsiz və sürücülük vəsiqəsi olmadan idarə etdiyi aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş CD diskə aparılan baxışdan məlum olur ki, həqiqətən Şəxs İXM-nin 329.3, 332.3 və 511.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, o, yol hərəkəti qaydalarını nümayəşkaranə şəkildə dəfələrlə müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşahidə edilən qərəzli hərəkətlər edib ictimai qaydanı pozaraq cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol vermişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla barəsində inzibati haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2020-ci il tarixdə nəqliyyat vasitəsini, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsi öz təsdiqini tapdığı üçün onun İXM-in 329.3, 332.3 və 511.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xətalarıın xarakterini nəzərə alaraq inzibati xəta törədən şəxs Şəxs barəsində daha ciddi xətaya görə, yəni Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.3 və 511.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən 511.1-ci maddəsi ilə 01 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 4-cü PB-nə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Şəxs döyülməsi faktı ilə əlaqədar Binəqədi Rayon Prokurorluğuna müraciət etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar