Məhkəmə qərarları › İş №3(001)-2219/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2219/2021

08.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2219/2021 08.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu X1 Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 04-cü Polis Bölməsinin 16.12.2020-ci il tarixli, MN № 09690070 saylı, 16.01.2021-ci il tarixli, MN № ******* saylı, 02.03.2021-ci il tarixli, EPQ № ******* saylı, 06.06.2021-ci il tarixli, EPQ № ******* saylı qərarlarından verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şikayətçi X4 Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 04-cü Polis Bölməsinin 16.12.2020-ci il tarixli, MN № 09690070 saylı, 16.01.2021-ci il tarixli, MN № ******* saylı, 02.03.2021-ci il tarixli, EPQ № ******* saylı, 06.06.2021-ci il tarixli, EPQ № ******* saylı qərarlarından şikayət ərizəsi ilə 08 iyun 2021-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətçinin ərizəsini və iş materiallarını nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Belə ki, şikayətin və şikayətə əlavə edilmiş sənədlərin məzmunundan görünür ki, şikayət ərizəsinin ərazi aidiyyatı üzrə düzgün verilib-verilmədiyini müəyyən etmək mümkün deyildir.Belə ki, iş materiallarına əsasən X3 Bakı şəhəri, Binəqədi rayonu ərazisində yaşaması barədə hər hansı məlumat yoxdur.Həmçinin, inzibati xəta haqqında qərarlara əsasən məlum olur ki, müxtəlif tarixdə tərtib olunmuş 4 inzibati xəta haqqında qərardan bir şikayət vermişdir.Halbuki, inzibati xəta haqqında bir neçə qərardan birlikdə şikayət verilməsi nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin» 129.1.3-cü maddəsinin şərh edilməsinə dair 04 noyabr 2020-ci il tarixli qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər.İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyatı barəsində qərar çıxarılmış şəxsin «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elekton daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Hesab edirəm ki, şikayətçi X8 oğlu şikayəti ərazi aidiyyatı üzrə düzgün vermədiyindən İXM-nin 129.1.3-cü maddəsinə əsasən X1 Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 04cü Polis Bölməsinin 16.12.2020-ci il tarixli, MN № 09690070 saylı, 16.01.2021-ci il tarixli, MN № ******* saylı, 02.03.2021-ci il tarixli, EPQ № ******* saylı, 06.06.2021-ci il tarixli, EPQ № ******* saylı qərarlarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı m: X1 Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 04-cü Polis Bölməsinin 16.12.2020-ci il tarixli, MN № 09690070 saylı, 16.01.2021-ci il tarixli, MN № ******* saylı, 02.03.2021-ci il tarixli, EPQ № ******* saylı, 06.06.2021-ci il tarixli, EPQ № ******* saylı qərarlarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayətçiyə izah edilsin ki, o, ərazi aidiyyatı üzrə müvafiq məhkəməyə şikayət ərizəsi ilə müraciət edə bilər. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar