Məhkəmə qərarları › İş №3(001)-2221/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2221/2020

12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2221/2020 12.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PBnin sahə inspektoru X1, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Balakən rayonu, Gərəkli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Balakən rayonu, Gərəkli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində ondan ötrü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, xx.xx.2019-ci il tarixdə A.Kunanbayev küçəsi Ankara şadlıq sarayının yaxınlığında meyvə maqazinindən vətəndaş Həbibullahov Şöhrəddin Şərafəddin oğlunun telefonunu danışmaq məqsədi ilə alaraq oğurluq etmiş, eləcə də narkotik vasitə istehlak etmişdir. Törədilmiş inzibati xəta ilə əlaqədar Bakı şəhəri Binəqədi rayon Pİ-nin 5-ci PB-nin sahə inspektoru Kamran Hüseyzadə tərəfindən inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli MN №0697516 saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməklə barəsində inzibati həbs tənbeh tədbiri tətbiq olunmasını xahiş etmişdir. İnspektor bildirmişdir ki, Şəxs xx.xx.2019-cu il tarixdə Həbibullahov Şöhrəddin Şərafəddin oğlunun Binəqədi rayonu, 7-ci mkr, “Ankara” restoranının yaxınlığında işlədiyi meyvə-tərəvəz mağazasında Ş.Həbubullahova məxsus 300 manat dəyərində “X13 7A” markalı mobil telefonu dələduzluq yolu ilə ələ keçirmişdir. F.X5 müayinədən keçirilərkən sidiyində narkotik vasitə, heroin aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ötən ilin noyabr ayında 7-ci mkr, Ankara şadlıq sarayının yaxınlığında meyvə mağazasında qiyabi tanış olduğu satıcıdan satıcıya məxsus olan mobil telefonu danışmaq məqsəi ilə almış, sonradan onun başının qarışıq olduğunu görüb mobil telefonu götürüb oradan uzaqlaşmışdır. Həmin telefonu ehtiyacı və borcu olduğu üçün Azadlıq metrosunun yaxınlığında tanımmadığı şəxsə 150 manata satmışdır. Hadisədən bir neçə gün əvvəl isə narkotik vasitədən istifadə etmişdir. Törətdiyi əməldən peşimandır, nəzərə alınmasını məhkmədən xahiş etmişdir. Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Binəqədi RPİ-nin 5-ci PB-nin sahə rəisi, polis mayoru Arzu İsmayılov tərəfindən qəbul edilən xx.xx.2019-cu il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” qərardan görünür ki, xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında yaşayan Həbibullahov Şöhrəddin Şərafəddin oğlunun Binəqədi rayonu, 7-ci mkr. “Ankara” restoranının yaxınlığında işlədiyi meyvə-tərəvəz mağazasına gələn şəxs tərəfindən 300 manat dəyərində “X13 7A” markalı 356-433-083- 460-819 və 356-434-083-460- 817 imei kodlu mobil telefonun dələduzluq yolu ilə ələ keçirilməsi faktı ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırma aparılması qərara alınmışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis mayoru X7 tərəfindən qəbul edilmiş Həbibullahov Şöhrəddin Şərafəddin oğlunun müraciəti əsasında toplanmış material üzrə xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, vətəndaş Həbibullahov Şöhrəddin Şərafəddin oğlunun Azərbaycan Respublikası DİN-in “102” xidməti-zəng mərkəzi sisteminə zəng etməsi faktı əsasında toplanılmış material üzrə hadisəni törətmiş şəxsin əməlində cinayət tərkini olmadığından, həmin fakta görə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Binəqədi RPİ-nin 5-ci PB-nin rəisi X3 tərəfindən qəbul edilən “İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında” xx.xx.2019-cu il tarixli MN №0053164 saylı qərardan görünür ki, xx.xx.2019-cu il tarixdə vətəndaş Həbibullahov Şöhrəddin Şərafəddin oğlunun işlədiyi mağazada ona məxsus mobil telefonun dələduzluq yolu ilə mənimsənilməsi barədə müraciəti Azərbaycan Respublikası İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında icraat dayandırılmışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş Şəxs Binəqədi RPİ-nin rəisi polis mayoru Cavid İsmayılzadəyə verdiyi yazılı izahatından görünür ki, o, 2019-cu ilin noyabr ayında 7-ci mkr, Ankara şadlıq sarayının yaxınlığında meyvə mağazasında qiyabi tanış olduğu satıcıdan satıcıya məxsus olan mobil telefonu danışmaq məqsəi ilə almış, sonradan onun başının qarışıq olduğunu görüb mobil telefonu götürüb oradan uzaqlaşmışdır. Həmin telefonu ehtiyacı və borcu olduğu üçün Azadlıq metrosunun yaxınlığında tanımmadığı şəxsə 150 manata satmışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli MN №0697516 saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədlərdən aydın olur ki, X10 xx.xx.2020-ci il tarixdə Narkoloji Mərkəzdə müayinədən keçirilərkən sidiyində narkotik vasitə, heroin aşkar olunmuş və həmin tarixdə bu barədə 1/4245 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli AZA № 000533 saylı İnzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi əməldən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xətalarıın xarakterini nəzərə alaraq inzibati xəta törədən şəxs X2 barəsində daha ciddi xətaya görə, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 34.3-cü maddəsinə əsasən 227-ci maddəsi ilə 02 (iki) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların müvəqqəti saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar