Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2228/2024 15.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X5 katibliyi, şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X3 şikayətini onunla əsaslandırmışdır ki, 18 fevral 2024-cü il tarixdə, saat 18:20 radələrində, ona məxsus olan “KİA SPORTAGE" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi ilə üzü “Elite” ticarət mərkəzi istiqamətində hərəkət edərkən, Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində olan svetoforun icazə verilən (yəni yanıb sönən yaşıl) işığında keçib hərəkətini davam etmişdir. Qarşıda xidmət aparan Yol patrul xidmətinin əməkdaşı onu saxlayaraq, qayda pozduğunu bildirmiş, yolayrıcını svetoforun sarı işığında keçdiyini qeyd etmişdir. O, buna etiraz edərək, heç bir qayda pozmadığını bildirmişdir. Həmin inspektora hadisəni olduğu kimi danışıb, yol kəsişməsində olan Təhlükəsiz Şəhər kamerasının görüntülərinin baxılmasını ondan xahiş etmişdir. Bütün haqlı iradlarına baxmayaraq inspektor onu dinləmədən Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsinə əsasən İXP ******* saylı elektron protokol tərtib edilmişdir. O da öz növbəmdə barəsində qəbul edilmiş protokoldan şikayət edəcəyini bildirmişdir. Baş verən hadisə ilə bağlı o, Baş Dövlət Yol Polis İdarəsinin rəsmi internet saytına elektron qaydada müraciət edib hadisəni orda ətraflı izah etmişdir. Bakı şəhər DYPİ həmin protokolu qanunauyğun hesab edərək, ona xx.xx.2024-cü il tarixli TP6316869 saylı qərar tərtib etmişdir. Həmin inzibati xəta haqqında protokolun və qərarın surətləri ona Nərimanov rayon Yol Polis şöbəsində xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Tərtib olunan protokol və qərar ilə tamamilə razı deyil. Heç bir qayda pozmamış və svetoforun hər hansı qadağanedici nişanında yolayrıcını keçməmişdir. Qeyd etdikləri isə həmin nəzarət kamerasının video görüntüsündə öz əksini tapacaqdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanan inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 03 mart 2024-cü il tarixli iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi Nümayəndə şikayətçi X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş, şəxs tərəfindən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini sübut edən həmin videogörüntünün məhkəməyə təqdim edilməsi məqsədi ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi Nümayəndə şifahi vəsatəti təmin edilmiş, sözügedən görüntünün məhkəməyə təqdim edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmə iclası 05 aprel 2024cü il tarixə təxirə salınmışdır. Məhkəmə iclasında iştirak edərək növbəti məhkəmə iclasının vaxtı və yeri barəsində məhkəmə bildirişini imza edərək qəbul etməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə iclası 09 aprel 2024-cü il tarixə təxirə salınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi Nümayəndə 09 aprel 2024-cü il tarixdə məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq xx.xx.2024-cü il tarixə təyin edilmiş iclasının Bakı Apellyasiya Məhkəməsində eyni vaxtda proses olması səbəbilə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə təkrar olaraq nümayəndə tərəfindən verilmiş ərizəni təmin etmiş, məhkəmə iclasını 15 aprel 2024-cü il tarixə təxirə salınmışdır. Məhkəmənin 15 aprel 2024-cü il tarixə təxirə salınmış məhkəmə iclasında nümayəndə təkrar olaraq Bakı apellyasiya məhkəməsində məhkəmə iclasında iştirak etməsi səbəbindən verilmiş şikayətlə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyinə dair məhkəməyə şifahi şəkildə məlumat vermiş, lakin, sözügedən görüntünü məhkəməyə təqdim etməmişdir. Məhkəmənin 15 aprel 2024-cü il tarixli iclasında qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclaslarının artıq bir neçə dəfə sözügedən görüntünün təqdim edilməsi məqsədi ilə təxirə salındığını, hazırki vaxta qədər həmin görüntülərin təqdim edilmədiyini,bu səbəbdən verilmiş şikayətə nümayəndənin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədi ilə məhkəmə iclasının təxirə salınmasına etiraz etdiyini bildirnmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə video görüntü təqdim edilmədiyindən inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə kifayətlənərək, onları şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X2 barasində başlanılmış inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin, qanunvericiliyin tələbindən aşkardır ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, hətta onun təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunmalıdır. Şikyətin dəlillərindən görünür ki, şikayət müəllifi onun tərəfindən hər hansı inzibati xətanın törədilmədiyini, tərtib edilmiş protokolun qanunun tələbinin pozulması ilə tərtib edildiyini göstərmişdir. İnzibati orqan xətanın mövcudluğunun videogörüntü ilə təsdiq edildiyini iddia etmiş, lakin sözügedən görüntünün məhkəməyə təqdim edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmə iclası üç dəfə təxirə salınsa da, sözügedən görüntü məhkəməyə təqdim edilməmişdir. İş üzrə digər sübut olmamışdır. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin inzibati xəta törədilməsinə aidiyyəti və inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmir. Beləliklə, məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X3 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-2228/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2228/2024
15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver