Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2229/2020 08.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, taksi sürücüsü olan, ünvan 1 mənzil 2 ünvanda qeydiyyatda olmaqla ünvan 26 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X2 daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2020-ci il tarixdə “DAEWOO Gentra” minik markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Bununla əlaqədar olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair İnzibati xəta haqqında İXP №3421032 saylı protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X4 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, idarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə, idarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, o, xx.xx.2020-ci il tarixdə sərxoş olmadığı halda YPX-nin əməkdaşı tərəfindən aldadılaraq protokola «birdaha spirtli içki içib avtomoil idarə etməyəcəyini və alkotestin nəticələri ilə razıyam» sözlərini yazdırmışlar. O, polis əməkdaşları tərəfindən aldadıldığını başa düşdükdən sonra dərhal həkimə gedərək qan analizi vermiş və onun ayıq olduğuna dair 2/11257 saylı akt tərtib olunmuşdur. O, ayıq olmasını təsdiq edən tibbi aktın nəzərə alınmasını və barəsində başlanmış inzibati iş izrə icraata əməlində inzibati xəta tərkibinin olmaması üçün xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İXP №3421032 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs sərxoş vəziyyətdə avtomaşını idarə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X4 bilavasitə tabe olan YPX Alayının 7-ci tağımının YPX inspektoru polis X1 tərəfindən tərtib edilmiş Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında İXP ******* saylı protokoldan görünür ki, Şəxs özü sərxoş olduğunu etiraf etmiş və bir daha spirtli içki içib avtomobil sürməyəcəyinə söz vermişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sərxoşlun vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs ayıqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə sərxoşluq aktına hüquqi qiymət verərək hesab edir ki, DYP əməkdaşı tərəfindən ilkin müayinə xx.xx.2020-ci il tarixdə saat 08:40 dəqiqədə, tibbi müayinə isə həmin gün saat 10:50 dəqiqədə aparılmışdır. İlkin müayinə ilə sonuncu müayinə arasında 2 saatdan artıq müddət keçmiş və bu müddət ərzində qanda spirtin miqdarının azaldığı üçün sonuncu yoxlamanın nəticəsində spirtin qanda miqdarı müəyyən edilməmişdir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsini məsuliyyətdən yayınmaq üçün seçdiyi üsul kimi qiymətləndirir. Hesab edirəm ki, Şəxs xx.xx.2020-ci il tarixdə “DAEWOO Gentra” minik markalı, **-UH-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Bu hal onun özünün ifadəsi və izahatı ilə tam təsdiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törədildiyi tam sübuta yetirildiyi üçün barəsində İXM-nin 333.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-2229/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2229/2020
08.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver