Məhkəmə qərarları › İş №3(001)-2231/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2231/2024

16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2231/2024 16.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X1, Qərarından şikayət verilən Bakı şəhəri Binəqədi RPİ-in DYPŞ-in nümayəndəsi X3 iştirakı ilə, X1 Binəqədi RPİ-in DYPŞ-in inzibati tənbeh vermə haqqında 22 mart 2024-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X4 məhkəməyə müraciət edərək, Binəqədi RPİ-in DYPŞ-in inzibati tənbeh vermə haqqında 22 mart 2024-cü il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətini onunla əsaslandırmışdır ki, Binəqədi RPİ-in DYPŞ-in inzibati tənbeh vermə haqqında 22 mart 2024-cü il tarixli TP ******* nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 (qırx) manat cərimə edilmişdir. Halbuki, o həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməmişdir. Belə ki, 09 mart 2024-cü il tarixdə özünə məxsus “Mercedes C220 minik” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Binəqədi rayonu Ə.Həsənov küçəsi ilə düzünə hərəkətdə olarkən “BMW” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü “Yol hərəkəti haqqında” qanunun 77-ci maddəsinin tələbini, meteoroloji vəziyyəti, havanın yağışlı olmasını, asfalt örtüyünün sürüşkən olmasını, həmçinin üstdən aşağı hərəkətdə olarkən sürət həddini nizamlamaq kimi tələbləri kobud surətdə pozaraq avtomobilin sol ön hissəsi ilə onun idarə etdiyi avtomobilin sol yan hissəsindən vurmuşdur. Qəzanın təsirindən “BMW” markalı **- HY-*** dövlət qeydiyyat nişanlı avtomobil öz yoluna qayıtmışdır. Nəticədə avtomobilinin sol ön, sol arxa qapılarına və sol ön təkər üstünə ziyan dəymişdir. Hadisə yerinə gəlmiş Binəqədi rayon DYPŞ-in əməkdaşı hər ikisinin sənədlərini götürmüş, fotoşəkillər çəkərək, onları xx.xx.2024-cü il tarixdə şöbəyə dəvət etmişdir. Nəticədə inzibati tənbeh vermə haqqında 22 mart 2024-cü il tarixli TP ******* nömrəli qərara əsasən o, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 (qırx) manat cərimə edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və ədalətsizdir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən Bakı şəhəri Binəqədi RPİ-in DYPŞ-in nümayəndəsi X5 şikayəti əsassız hesab etməklə yanaşı izahatında bildirmişdir ki, R.Məlikəliyev “Mercedes Benz C220 minik” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ə.Həsənov küçəsində hərəkətdə olarkən, əks istiqamətli hərəkət üçün nəzərdə tutulmuş yolla avtomobili idarə etmiş, nəticədə eyni əhəmiyyətli yolla hərəkət edən və yolların kəsişdiyi yerdə sağa dönən “BMW” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili onun hərəkət yolunda vurmuşdur. Ona görə də inzibati tənbeh vermə haqqında 22 mart 2024-cü il tarixli TP ******* nömrəli qərara əsasən o, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 (qırx) manat cərimə edilmişdir. Qərar qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi RPİ-in DYPŞ-in inzibati tənbeh vermə haqqında 22 mart 2024-cü il tarixli TP ******* nömrəli qərarından görünür ki, “Mercedes Benz C220 minik” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İXM-in 327.1ci maddəsi ilə təqsirli bililib 40 (qırx) manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü ildə saat 17:10-da həmin avtomobil ilə Bakı şəhəri Binəqədi rayonu Ə.Həsənov küçəsi ilə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmuşdur. Bakı şəhəri Binəqədi RPİ-in DYPŞ tərəfindən məhkəməyə təqdim edilmiş videofayldan görünür ki, X4 idarə etdiyi “Mercedes Benz C220 minik” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Binəqədi rayonu Ə.Həsənov küçəsi ilə hərəkətdə olarkən, nişanlama xətti vasitəsilə bölünməmiş, lakin avtomobillərin əks istiqamətli hərəkəti nəzərdə tutulmuş yolun sol (əks istiqamətli) hissəsi ilə hərəkət edir, bu zaman üst tərəfdən eyni əhəmiyyətli yolla onunla parelel hərəkət edən “BMW” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yolların kəsişdiyi yerdə sağa (R.Məlikəliyevin hərəkət etdiyi yolun sağ hissəsinə) dönərkən öz hərəkət yolunda X1 idarə etdiyi “Mercedes Benz C220 minik” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşur. Videogörüntüdən aydın olur ki, X4 idarə etdiyi “Mercedes Benz C220 minik” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ə.Həsənov küçəsində öz yolu ilə (yolun sağ hissəsilə) hərəkət edərdisə, qeyd olunan yol-nəqliyyat hadisəsi baş verməzdi. Başqa sözlə, sözügedən yol-nəqliyyat hadisəsinin yaranmasının səbəbi məhz R.Ə.Məlikəliyevin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydaları pozmasıdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 36-cı maddəsinin birinci hissəsinin birinci bəndinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Üçüncü bəndinə görə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Belə olan halda aydın olur ki, şikayətin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qayda pozuntusuna yol verilmədiyinə dair dəlilləri əsassızdır. Göstərilənlərə əsasən məhkəmə şikayət verən şəxs X2 istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət etmiş və onun əməli düzgün olaraq İXM-in 327.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Binəqədi RPİ-in DYPŞin inzibati tənbeh vermə haqqında 22 mart 2024-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X1 Binəqədi RPİ-in DYPŞ-in inzibati tənbeh vermə haqqında 22 mart 2024-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar