Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2233/2022 16.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Abbas Əhəd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bayramov Tural Ural oğlunun katibliyi, şikayət vermiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X10 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinərək 4 000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir.X5 20 nəfərdən çox şəxsin "xxxx" MMC tərəfindən əmək müqaviləsi olmadan işə cəlb edilməsi iddiası ilə Binəqədi Rayon Prokurorluğuna şikayət etmişdir.Həmin şikayətlə bağlı aparılan araşdırmanın sonunda qəbul edilmiş 20 iyun 2022ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, lakin həmin tarixli inzibati xəta haqqında iş üzrə icraat başlamaq haqqında qərarla "xxxx" MMC barəsində İXM-nin 192.1ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və qərar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir.Hal-hazırda sözügedən qərarla bağlı işə Binəqədi Rayon Məhkəməsində baxılır və "xxxx" MMC-nin iddia edilən inzibati xətanın törədilməsində təqsirli olması hələ ki təsdiqini tapmamışdır.Paralel olaraq Binəqədi Rayon Prokurorluğunda toplanmış materiallar və 20 iyun 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlamaq haqqında qərar şirkət rəhbəri (vəzifəli şəxs) olaraq, onun barəsində də qərar qəbul edilməsi üçün aidiyyəti üzrə X10 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilmişdir.Adı qeyd olunan qurum tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarla o, İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli hesab edilmişdir.Şikayət edən X5 onların işçisi olmamışdır.Belə ki, şirkətə (Kontakt Home) məxsus obyektlərin təmiri zamanı xidmət müqaviləsi (podrat) əsasında bu işi görən sahibkarlar və ya müəssisələr cəlb olunmuş və işləri görən, sahədə çalışan şəxslər də bu tipli müqavilə bağladıqları şəxslərin işçiləri olmuşdur.Yəni sahədə çalışan şəxslərin əmək müqaviləsi onları işləmək üçün sahəyə göndərən sahibkarlarla bağlanmışdır.Onlar sadəcə işə nəzarət edən sahə əməkdaşları vasitəsilə işin keyfiyyətli görülməsinə nəzarət etmişlər.Şikayət edən şəxs də, bu qəbildən olan işçilərdən olmuş, sadəcə əraziyə nəzarət edən əməkdaş həmin şəxsin işini bəyənmədiyindən işdən uzaqlaşdırmışdır. Bunu əsas götürərək Ramazan Ramazanov şikayəti şirkətdən etmiş, lakin şirkətin bu şəxslə hər hansı əlaqəsi olmamışdır.Şirkətə məxsus obyektlərdə təmirtikinti işlərini podrat işlərini görən, mülki-hüquqi xarakterli müqavilələr əsasında çalışdıqları şəxslər həyata keçirmişdir.Sahədə çalışanlar da bu şəxslərin (sahibkar və müəssisələr) göndərdiyi və cəlb etdiyi şəxslər olmuşdur.Belə olan halda, sahədə çalışan şəxslərlə əmək müqaviləsi bağlamaq öhdəliyi "xxxx" MMC-yə aid olmamışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Buna görə də, məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən şikayət vermiş şəxs X3 müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Vəkil şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş, nəticədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 4 000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli xidmət müqaviləsindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 (sifarişçi) ilə X4 (icraçı) arasında xidmət müqaviləsi bağlanmış, qeyd edilən müqaviləyə əsasən icraçı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə göstərilən məbləğdə, həcmdə, tərkibdə və göstəricilərə uyğun olan işləri yerinə yetirib müvafiq hesabatla birlikdə sifarişçiyə təhvil verməyi, sifarişçi isə bunun müqabilində xidmətin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmədə tədqiq edilmiş və işdə olan ödəniş tapşırıqlarından görünür ki, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X2 hesabına müxtəlif məbləğlərdə pul vəsaiti köçürülmüşdür. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(001)1825/2022 nömrəli qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Binəqədi rayon Məhkəməsinin 3(001)-2233/2022 saylı, 11 avqust 2022-ci il tarixli qərarına əsasən məlum olur ki, "xxxx" MMC-nin direktoru X3 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2304/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən verilmiş şikayət qismən təmin edilmiş və Binəqədi rayon Məhkəməsinin 3(001)-2233/2022 saylı, 11 avqust 2022-ci il tarixli qərarı ləğv edilərək yenidən baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, hüquqi şəxs "xxxx" MMC onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan cəmiyyətin baş direktoru, vəzifəli şəxs X6 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsində qeyd olunmuş Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minməsinə dair tələbi pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X5, X12 və X7 Binəqədi rayonu ərazisində "xxxx" MMC-nin açılması üçün nəzərdə tutulan baş ofisin təmir-tikintisində fəhlə kimi müvafiq işlərin yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, şikayət rədd edilməlidir.Belə ki, iş materiallarına əlavə olunmuş X10 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinərək 4 000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir.İş materallarında olan Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul olunmuş 20 iyun 2022-ci il tarixli qərara əsasən məlum olur ki, "xxxx" MMC onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan cəmiyyətin baş direktoru, vəzifəli şəxs X3 barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin göstərişlərinə uyğun olaraq işə yenidən baxılarkən "xxxx" MMC-nin baş direktoru X3 əməlində inzibati xəta tərkibinin olmasını təkzib edən digər halların olub-olmaması araşdırılmış və müəyyən edilmişdir ki, "xxxx" MMC-nin baş direktoru X3 əməlində inzibati xəta tərkibi vardır.Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, hüquqi şəxs "xxxx" MMC onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan cəmiyyətin baş direktoru, vəzifəli şəxs X6 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsində qeyd olunmuş Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minməsinə dair tələbi pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X5, X12 və X7 Binəqədi rayonu ərazisində "xxxx" MMC-nin açılması üçün nəzərdə tutulan baş ofisin təmirtikintisində fəhlə kimi müvafiq işlərin yetirilməsinə cəlb edilmişdir.Məhkəmə tərəfindən inzibati işə təkrar baxılarkən X3 təqsirsiz olmasına dair hər hansı tutarlı sübutlar məhkəməyə təqdim olunmamışdır.Buna görə də, məhkəmə hesab edir ki, X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 128 və 130-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayətçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti əsassız olduğundan rədd edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2233/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2233/2022
16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver